Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəl əxlaqın Nəticələri

Gözəl əxlaq
Allahın Peyğəmbəri (ə):«İslam gözəl əxlaqdır.»

Allahın Peyğəmbəri (s):«Gözəl əxlaq dinin yarısıdır.»

İmam Əli (ə):«Gözəl əxlaq möminin kitabının sərlövhəsidir.»

İmam Əli (ə):«Gözəl xasiyyət bütün yaxşılıqların mənşəyidir.»

İmam Sadiq (ə):«Gözəl əxlaqdan ləzzətli həyat yoxdur.»

Gözəl əxlaqın səmərələri
Allahın Peyğəmbəri (s):«Bəndə, hərçənd ibadətdə zəif olsa da, özünün gözəl əxlaqı ilə axirətdə böyük dərəcələrə və ali məqamlara çatar.»

Allahın Peyğəmbəri (s):«Həqiqətən, xoşxasiyyət insan gündüzlər oruc tutan və gecələr ibadət edən kəsin savabına sahibdir.»

Allahın Peyğəmbəri (s):«Əməllər tərəzisində gözəl əxlaqdan ağır bir şey yoxdur.»

Allahın Peyğəmbəri (s):«Sizlərdən mənə ən sevimli və Qiyamət günü ən yaxın olan şəxs ən xoşxasiyyətliniz və ən çox təvazökar olanınızdır.»

Allahın Peyğəmbəri (s):«Əxlaqı daha gözəl olan möminin imanı daha kamildir.»

Gözəl əxlaqın mənası
İmam Əli (ə):«Gözəl əxlaq üç şeydədir: haram işlərdən uzaqlaşmaqda, halal dalınca getməkdə, ailənin asayişini və rifahını təmin etməkdə.»

İmam Əli (ə):«Salam vermək gözəl əxlaqdan irəli gəlir.»

İmam Sadiq (ə) -hədd və gözəl əxlaqın mənası barədə verilən sualın cavabında: «Gözəl əxlaqlı insan yumşaq xasiyyətli, mehriban, danışığında saf və ədəbli olan, qardası ilə mehriban rəftar edən kəsdir.»

Ali əxlaqi sifətlər
Allahın Peyğəmbəri (s):«Allah-taala gözəl xasiyyətləri sevər və alçaq xasiyyətlərdən xoşlanmaz.»

İmam Əli (ə):«Sizə, əxlaqi kəramətləri kəsb etməyi tövsiyə edirəm. Çünki onlar yüksəliş və başıucalığın mənşəyidir. Pis xasiyyətlərdən uzaqlaşın, Çünki onlar şərəfli insanları alçaq edər, əzəmət və alicənablığı aradan götürər.»

İmam Əli (ə):«Əxlaqi kəramətləri əldə etmək yolunda ciddi və sabitqədəm olun.»

Əxlaqi kəramətlərin izahı.
Allahın Peyğəmbəri (s):«Həqiqətən, mən əxlaqi kəramətləri kamilliyə çatdırmaq üçün göndərilmişəm.»

İmam Sadiq (ə):«Allah-taala öz peyğəmbərinə (s) əxlaqi kəramətləri ilə imtiyaz verdi. Beləliklə, siz də özünüzü imtahan edin. Əgər bu xoş xasiyyətlərdən sizdə varsa, Allaha şükr edin və bu kəramətlərin artmasını diləyin.» Sonra onlardan onunu saydı: əminlik, qənaət, səbr, şükr, dözümlülük, xoş xasiyyət, səxavət, qeyrət, şücaət, mərdlik.»

İmam Sadiq (ə) -əxlaqi kəramətlər barədə: «Sənə zülm edən kəsə güzəştə getmək. Səninlə əlaqəni kəsən şəxslə əlaqəni bərpa etmək. Səndən bir şeyi əsirgəyənə bəxşiş etmək. Haqqı danışmaq, hərçənd sənə zidd olsa da.»

Ən gözəl əxlaqi kəramətlər.
İmam Əli (ə):«Ən gözəl əxlaqi kəramət isardır.»

İmam Əli (ə):«Ən yaxşı əxlaqi kəramət güclünün (intiqam almaqdan) güzəştə getməsi və özünün ehtiyacı olan şəxsin bəxşiş verməsidir.»

İmam Əli (ə):«Ən üstün kəramət və səxavət, neməti (bir kəsə) tamamlamaqdır.»

Gözəl əxlaqın nəticələri
Allahın Peyğəmbəri(s):«Gözəl əxlaq dostluq ipini möhkəmlədər.»
İmam Əli (ə):«Əxlaqını gözəl et ki, Allah sənin hesabını asan etsin.»

İmam Sadiq (ə):«Gözəl əxlaq ruzini artırar.»

İmam Sadiq (ə):«Yaxşılıq etmək və gözəl əxlaq evləri abad, ömürləri uzun edər.»

İmam Sadiq (ə):«Günəş buzu əridən kimi, gözəl əxlaq da günahları əridər.»

Pis əxlaq
Allahın Peyğəmbəri (s):«Pis əxlaq, bağışlanmayan günahdır.»

Allahın Peyğəmbəri(s):«Həqiqətən, bəndə özünün pis əxlaqına görə Cəhənnəmin ən aşağı dərəcəsinə enər.»

«Biharul-ənvar»:«Peyğəmbərə (s) ərz etdilər:«Filan qadın gündüzləri oruc tutur, gecələr ibadət edir, amma bədrəftardır. Qonşularına (acı) dili ilə əziyyət verir.» Həzrət buyurdu:«Onda bir xeyir yoxdur, o, Cəhənnəmlikdir.»

İmam Əli (ə):«Pis əxlaq ruzinin azalmasına və ruhun işgəncəyə məruz qalmasına səbəbdir.»

İmam Sadiq (ə):«Sirkə balı xarab etdiyi kimi, pis əxlaq da əməli xarab edər.»

Pis əxlaqın aqibəti
İmam Əli (ə):«Pis əxlaq sahibinin ailəsi onun əlindən sıxıntıya düşüb bezar olar.»

İmam Əli (ə):«Hövsələsiz (və tündxasiyyət) olanın rahatlığı az olar.»

İmam Əli (ə):«Əxlaqı pis olanın ruzisi az olar.»

İmam Sadiq (ə) :«Ət, ət gətirər. Kim qırx gün ət yeməsə, əxlaqı pis olar.»

Ən üstün əxlaq
İmam Əli (ə):«Ən çox ehtirama layiq olan xasiyyət səxavət, faydası daha əhatəli olan xasiyyət isə ədalətdir.»

İmam Əli (ə):«Ən şərafətli xasiyyətlər təvazökarlıq, dözümlülük və mehribanlıqdır.»

İmam Baqir (ə) «ən üstün əxlaqi kəramət hansıdır?» sualının cavabında buyurub: «Səbr və səxavət.»

Əxlaqi keyfiyyətlərin əlaqəliliyi
İmam Əli (ə):«Əgər kimsədə bir gözəl xasiyyət olarsa, ondan digər gözəl xasiyyətlərin də üzə çıxmasını gözləyin.»

İmam Sadiq (ə):«Gözəl əxlaqi xüsusiyyətlər bir-birinə bağlıdır.»


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 106 Bölmə: Maraqlı melumatlar
loading...