Allaha həmd, Elçisinə salavat (xeyir-dua) və salam olsun!
İslamın vacib saydığı əməllərdən biri də yaxşı işlər görməyi tələb edib, pis işlərdən çəkindirməkdir. Qurtuluş gəmisi olan bu əməl cəmiyyətin rifahına və əmin-amanlıq içində olmasına, dünya və axirətdə nicat tapmasına səbəb olur. Buxari "Səhih" əsərində Numan ibn Bəşirin belə eşitdiyini rəvayət etmişdir: "Allahın əmrlərini qoruyanlarlaPeyğəmbərdən onları aşanların halı bir gəmidə püşk atıb bəzilərinin gəminin göyərtəsinə, digərlərinin isə anbarına düşməsi misalına bənzəyir. Gəminin aşağısında olanlar hər dəfə su üçün göyərtədəkilərin yanından keçər və deyərdilər: "Bəlkə payımıza düşən yerdən dəlik açıb göyərtədəkilərə əziyyət verməyək". Sonra Peyğəmbər dedi: "Onları istəkləri ilə baş-başa buraxsalar hamı həlak olar, buna yol verilməzsə onları da, özlərini də xilas etmiş olarlar".
Ey müsəlman! Əgər Adəm övladının seyidi, aləmlərin Rəbbinin elçisi, cəmiyyətin vəziyyətini, onun islah olma və fəsada uğrama səbəblərini hamıdan yaxşı bilən bir şəxsiyyətin çəkdiyi bu dəyərli misala diqqət yetirsən, yaxşı işləri tələb edib pis işlərdən çəkindirməyin necə böyük bir əməl, cəmiyyətin islahı və xilası yolu olduğunu açıq-aşkar görə bilərsən. Həmçinin çəkilən misaldan belə bir işin müsəlmanlara vacib olması və onun mütləq yerinə yetirilməsi aydın olur. Belə ki, o, cəmiyyəti həlaka aparan səbəbləri aradan qaldırmaq üçün bir vasitədir.
Uca Allah Qurani Kərimin bir çox ayələrində yaxşı işləri tələb edib pis işlərdən çəkindirməyi buyurmuşdur. Həmçinin, Məhəmməd ümmətinin tərifəlayiq əməlləri etməsi onların ən xeyirli ümmət olmasına səbəb kimi göstərilmişdir. Bu əməllərin mühüm sayılanlarından biri də, yaxşı işləri tələb edib pis işlərdən çəkindirməkdir. İzzət və Cəlal sahibi olan Allah buyurur: “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. (Onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız”. (Ali İmran, 110).
Ey dininin qayğısını çəkən və cəmiyyətinin islahı üçün çalışan müsəlman! Əgər Allahın yaxşı əməllər görməyi əmr edib pis işlərdən çəkindirmək haqqında ayəsini imandan öncə qeyd etməsinə diqqət yetirsən, bu vacib əməlin nə qədər böyük əhəmiyyət daşıdığını görərsən. Allahın bu əməli önə çəkməsinə səbəb, onun bütün cəmiyyətin mənafeyini əks etdirməsidir. İzzət və Cəlal sahibi Allah buyurmuşdur: "Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət və hikmət sahibidir!" (ət-Tövbə, 71).
Ey qardaşım! Ayədə yaxşı işlər görməyi tələb edib pis işlərdən çəkindirməyin namaz qılıb zəkat verməkdən öncə qeyd olunmasına diqqət yetir. Buna səbəb, irəlidə vurğulandığı kimi, həmin əməlin böyük əhəmiyyətə malik olması, ümumi mənafeyə və cəmiyyətə göstərdiyi təsirdə mühüm rol oynamasıdır. Həmçinin ayə, bu əməlin, yəni, yaxşı işləri tələb edib pis işlərdən çəkindirməyin mömin kişi və qadınlara məxsus əxlaqi keyfiyyət və onların mütləq sifətlərindən olmasına dəlildir. Onlar bu işlərindən ayrılmamalı və onun icrasında səhlənkarlığa yol verməməlidirlər. Quranda belə mənalı ayələr çoxdur. Uca Allah İsrail övladlarından kafir olanları bu vacib əməli tərk etdiklərinə görə qətiyyətlə qınamış və onları lənətləmişdir.
Uca Allah Kitabının aydın ayələrində buyurmuşdur: “İsrail oğullarından kafir olanlara həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənət oxundu. Bu onların üsyan etmələrinə və həddi aşmalarına görə idi. Onlar bir-birini etdikləri pis əməldən çəkindirmirdilər. Onların gördükləri iş necə də pis idi!” (əl-Maidə, 78). Uca Allah, bu ayədə İsrail övladlarından kafir olanların asilik, həddi aşmaq və eləcə də bir-birlərini pis işlərdən çəkindirmədiklərinə görə lənətlənməsini və məzəmmət olunmasını göstərməklə Məhəmməd ümmətini haqqa yönəltmək istəmişdir. O, ümməti fəlakətli bir yoldan həzər etdirmiş və bu yaramaz əməldən uzaq olmağa çağırmışdır. İrəlidə deyilənlərdən aydın olur ki, əgər ümmət İsrail övladlarından kafir olanların lənətlənmiş məziyyətlərini daşıyarsa, o da bu lənət və qınağa layiq olacaq. Belə ki, bəndələrlə onların Rəbləri arasında yeganə rabitə ibadət və itaətdir. Kim tək olan Allaha ibadətə, Onun əmrlərini yerinə yetirib qadağan etdiyi şeylərdən çəkinməyə riayət edərsə, Allahın lütf və mərhəməti sayəsində Onun səxavətinə nail olar. Bununla da gözəl tərif və xoş sonluq qazanar. Kim də haqq yoldan üz çevirərsə, qınağa və lənətə gəlib ziyan və xəsarətə uğrayar.
İmam Müslimin "Səhih" əsərində rəvayət buyurmuşdur: "Kim pis əməl edildiyinietdiyi hədislərdən birində Peyğəmbər görərsə onu əli ilə dəyişsin. Əgər bacarmazsa dili ilə, bunu da bacarmazsa qəlbi ilə dəyişsin. Bu isə imanın ən zəif dərəcəsidir". İmam Müslimin İbn Məsuddan buyurmuşdur: "Allah tərəfindənrəvayət etdiyi başqa bir hədisdə Peyğəmbər əvvəlki ümmətlərə göndərilən hər bir peyğəmbərin ümmətindən onun yolunu davam edən, əmrlərini yerinə yetirən davamçıları və səhabələri olmuşdur. Onlardan sonra etmədiklərini danışan və onlara əmr olunmayanları edən bir nəsil gələcək. Bu kimsələrə qarşı əli ilə mübarizə aparan mömindir. Onlarla dili ilə mübarizə aparan mömindir. Onlarla qəlbi ilə mübarizə aparan mömindir. Bundan sonra xardal dənəsi qədər də iman yoxdur".
Ey müsəlman, Allahdan qorx! Onun yolunda nəfsinlə mübarizə apar və əmrlərini yerinə yetir. Ailən, övladların və cavabdehlik daşıdığın şəxslərə qarşı məsuliyyətli ol! Yuxarıda qeyd etdiyim dəlillərə əsaslanaraq hər zaman və hər yerdə bacardığın qədər yaxşı işlərin görülməsini tələb et və pis işlərdən çəkindir! Əxlaqını möminlərin əxlaqına bənzət! Kafir və günahkarların əxlaqından uzaq dur! Özünün, ailənin və müsəlman qardaşlarının nicat tapmasında gücünü əsirgəmə! Uca Allah buyurmuşdur: "Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et". (Taha, 132). Uca Allah buyurmuşdur: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)”. (ət-Təhrim, 6).
İbn Məcənin və İbn Hibbanın nəql etdikləri hədisdə deyilir: "Bir gün minbərə çıxıb Allaha şükür və tərif etdikdən sonra buyurdu: "EyPeyğəmbər insanlar! Allah sizə buyurur ki: "Dualarınızı qəbul etməyəcəyim, istədiklərinizi verməyəcəyim və kömək dilədikdə yardım etməyəcəyim gün gəlməmişdən öncə insanlara yaxşı işləri əmr edib pis işlərdən çəkindirin". Hədisin bu variantı İbn Hibbanındır.
Ey qardaşım! Allah və Onun Elçisinin əməl yaxşı iş, qadağan etdiyi hər bir əməl isə pis iş adlanır. Yaxşı iş məfhumuna dil və əzalarla yerinə yetirilən bütün növ itaətlər, pis iş məfhumuna isə dil və əzalarla icra edilən bütün növ günahlar daxildir. Qardaşım, bil ki, hər bir müsəlman himayəsində olan şəxslərə görə məsuliyyət daşıyır və o, bu insanlar barədə sorğu-sual olunacaq. Buxarinin (Allah rəhmət etsin) İbn Ömərdən buyurmuşdur: "Sizin hər biriniz məsuliyyət rəvayət etdiyi hədisdə Peyğəmbər daşıyırsınız və bu haqda sorğu-sual olunacaqsınız. Rəhbər şəxs öz rəiyyətinə, hər bir kişi də öz ailəsinə görə məsuliyyət daşıyır. Onlar bu barədə sorğu-sual olunacaqlar. Qadın öz ərinin evinə görə cavabdehidir. O, bu haqda sorğu-sual olunacaqdır. Kölə ağasının malına görə cavabdehidir. O da, bu barədə sorğu-sual buyurmuşdur: "Bilin ki, hər biriniz məsuliyyətolunacaqdır". Sonra Peyğəmbər daşıyırsınız və bu haqda sorğu-sual olunacaqsınız".
Ey Allahın qulu, qorx Allahdan! Ölüm səni haqlamamışdan əvvəl bu sualın cavabını hazırla!
Allahdan bizi doğru yola yönəltməsini və bütün müsəlmanları Onun əmrlərini yerinə yetirməyə, dində möhkəm olmağa, yaxşı işləri tələb edərək, pis işlərdən çəkindirməyə, haqqı tövsiyə etməyə və bu işə düzgünlük və səmimiyyətlə səbir etməyə müvəffəq etməsini diləyirəm. Həqiqətən, O buna qadirdir. Allahın qulu və elçisi Məhəmmədə, onun ailəsinə, səhabələrinə və Onun yolunun davamçılarına Allahın salavatı (xeyir-duası) və salamı olsun.
Tarix: 08.05.2013 / 20:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 279 Bölmə: Maraqlı melumatlar