Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Deli

Yasli insan bir gün dəlixananın
qarşısından keçir. Dəlixana
xidmətçisinin toxmaqla bir şey
döydüyünü görür:
- Nə edirsən?
Xidmətçi:
- Bura dəlixanadır. Dəlilərə dərman
hazırlayıram.
- Mənim xəstəliyimə də bir dərman
tövsiyə edərsənmi?
- Xəstəliyini söylə.
- Mənim xəstəliyim günah
xəstəliyidir... Çox günah işləyirəm..
- Mən günah xəstəliyindən
anlamiram... Mən dəlilərə dərman
hazırlayıram..
Barmaqlığının arasından
danışılanları eşidən bir dəli,
Adama:
- Gəl baba, gəl! Sənin xəstəliyinin
çarəsini mən söyləyim, deyə
səsləndi.
Adam, dəlinin yanına gələrək:
- De görək, mənim dərdimə çarə
nədir? dedi.
Dəli bu dərmanı tövsiyə etdi:
- Tövbə kökü ilə istiğfar yarpağını
qarışdır... Ürək havanında tövhid
toxmağı ilə döy, insaf ələyindən
keçir, göz yaşıyla yoğur, eşq
sobasında bişir... Axşam-səhər bol
miqdarda ye... O zaman
görəcəksən sənin xəstəliyindən
əsər qalmaz, dedi.
Bu gözəl dərmanı öyrənən Adam:
- Ey fani dünya ey! Demək, səni də
dəli deyə bura gətirmişlər, deyib
oradan ayrıldı.
Bu dərman, hələ də günah xəstəsi
olanlara tövsiyə olunmağa dəyər
bir dərmandır. Yəni bu düsturun
hökmü hələ davam etməkdədir...


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 91 Bölmə: Maraqlı melumatlar
loading...