Uca Allah buyurur ki:
"İnanların içərisində Allahdan qeyrilərini Allaha şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir…" (Bəqərə, 2/165)
İbn Qeyyim deyib ki: "Uca Allah bu barədə belə xəbər verir: Kimsə Uca Allahı sevdiyi kimi bir başqa şeyi sevərsə, o, Allahdan kənarda Allaha tay tutanlardandır. Bu, yaradılış və rübubiyyət baxımından deyil, məhz sevgidə tay tutulmasıdır. Yer üzündə yaşayan heç bir kəs yaratmaqda və rübubiyyətdə Allaha tay qoşmamışdır. Lakin məhəbbətdə şərik qoşmaq belə deyil. Yer üzündəkilərin əksəriyyəti Allahdan kənarda bir sıra varlıqları sevgi və təzim məsələlərində Ona şərik etmişlər.
Uca Allahın: "… onları Allahı sevən kimi sevənlər…" buyruğu Allahı sevdikləri kimi onları da sevərlər deməkdir. Bu isə, bilavasitə Allaha yönəldilməli olan məhəbbətin Allahdan qeyrisinə ünvanlanmasıdır. Belələri öz sevgilərində Allahla bərabər başqalarını da Ona tay etmişlər.
Daha sonra Uca Allah: "… Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir…" – deyə buyurur.
Yəni, iman gətirənlərin Allaha olan məhəbbəti, şərik qoşanların şərik qoşduqları varlıqlara – Allahdan başqa sevdikləri və təzim etdikləri tanrıçalarına bəslədikləri sevgidən qat-qat güclüdür".
Şeyxülislam İbn Teymiyyə aşağıdakı sözləri ilə bu təfsiri bəyəndiyini belə bildirir:
Bunların məzəmmət edilmələrinin səbəbi Allaha şərik qoşduqları varlıqları sevgidə Allaha şərik etmələri və möminlərin etdiyi tərzdə, sevgilərini Allaha olduğu kimi verməmələridir. Bax, sevgidə belə şərik qoşma Uca Allahın, onların od içində olarkən nə deyəcəklərinə xəbər verdiyi aşağıdakı buyruğunda da toxunmuşdur. Onlar od içində yanarkən öz tanrıçalarına və şərik qoşduqları varlıqlara, şərik qoşulan varlıqlar da onlarla birlikdə odda hazır edildikləri zaman belə deyəcəklər:
"Allaha and olsun ki, biz haqq yoldan açıq-aydın azmışdıq! Çünki biz sizi siz bütlərialəmlərin Rəbbi ilə bərabər tuturduq" (Şura, 26/97-98)
Məlum olduğu kimi, onlar, yaratmaq və rübubiyyət baxımından, ortaqlarını aləmlərin rəbbinə şərik qoşmurdular. Onlar ancaq sevgi və təzimlə bağlı olduqda o varlıqları Ona şərik etmişdilər (Bax: İbn Qeyyim, Mədaricus-Salikin, III, 13-14)
Qeyd etməliyəm ki, sufilər arasında olan bəzi müsəlanlar Allahı sevdikləri kimi, şeyxlərini də sevir və ona təzim edirlər. Onlar bu vəziyyətləri ilə birinci kərim ayədə (Bəqərə, 2/165 –red.) Allahın məzəmmət etdiyi müşriklərə bənzəyirlər. Onlardan olan müsəlmanlar da, təəssüflər olsun ki, Allaha dua etdikləri kimi, övliya qəbul etdikləri şəxslərə də dua edirlər. Bunlar belə etməklə duada onlarla Allahı bərabərləşdirmiş olurlar. Bu isə, Allahdan qeyrisi üçün icra edilməsinə icazə verilməyən ibadət növlərindəndir. Bu vəziyyətdə son kərim ayə onlara uyğundur. Hədisdə də deyilir ki: "Dua ibadətin lap özüdür" (Tirmizi rəvayət edərək, onu yaxşı və səhih adlandırmışdır) – deyə buyrulur.
Sufilər arasında bəzi (Qərbi Dəməşqdə olan İbn Ərəbi kimi) şəxslər Allahla yaratdıqlarını eyniləşdirirlər. O belə deyir:
"Rəb quldur, qul da Rəbdir.
Hayıf ki, bilmirəm cavabdeh kimdir?"
Uca Allah onların söylədiklərindən daha uca və pakdır.
(Belələrinin Allah sevgisini iddia etmələri cəfəngiyatdan başqa bir şey deyildir.Allah bizi belə küfrlərdən qorusun.
Y.Q)
Tarix: 08.05.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 71 Bölmə: Maraqlı melumatlar