ALLAHla insan arasındakı dialoq
Dedim: Çox tənhayam.
Dedi: Mən ki sənə çox yaxınam. ("Bəqərə",186)
Dedim: Bilirəm SƏN mənə yaxınsan, amma mən
SƏNDƏN uzağam. Kaş ki mən də SƏNƏ yaxın ola biləydim.
Dedi: Səhər-axşam yalvararaq, qorxaraq,
səsini qaldırmadan ürəyində RƏBBİNİ yad et. ("Əraf", 205)
Dedim: Bu da SƏNİN köməyini istəyər.
Dedi: ALLAHIN sizi bağışlamasını istəməzsinizmi? ("Nur", 22)
Dedim: Əlbəttə ki, məni bağışlamağını çox istəyirəm.
Dedi: (Elə isə) RƏBBİNİZDƏN bağışlanmağınızı diləyin və ONA tövbə edin.
Həqiqətən, RƏBBİM (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir! ("Hud", 90)
Dedim: Çox günahkaram, bu qədər günahla mən nə edim?
Dedi: Məgər onlar bilmirlər ki, ALLAH qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar.
Və ALLAH tövbələri qəbul edəndir, rəhmlidir?! ("Tövbə", 104)
Dedim: Dəfələrlə tövbə edib tövbəmi pozdum, artıq üzüm qalmadı.
Dedi: Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük
olan (ALLAHDIR)! Ondan başqa heç bir tanrı yoxdur. ("Ğafir", 3)
Dedim: Bu qədər günahım var, hansının tövbəsini edim?!
Dedi: ALLAH bütün günahları bağışlayandır. ("Zumər", 53)
Dedim: Yəni gəlsəm, yenə məni bağışlayarsanmı?
Dedi: Axı günahları ALLAHDAN başqa kim bağışlaya bilər? ("Ali-İmran", 135)
Dedim: Nə qədər gözəlsən ALLAHIM! Bilmirəm bu sözlərin qarşısında nə üçün
içim içimə sığmır və şam kimi yanmağa başlayıram, Səni çox sevirəm.
Dedi: Şübhəsiz ki, ALLAH tövbə edənləri və təmizlənənləri sevir. Birdən:
“İLAHIM və RƏBBİM, mənim SƏNDƏN başqa kimim var”, -dedim.
O da: “ALLAH ÖZ bəndəsinə kifayət deyilmi?” ("Zumər", 36) - dedi.
ALLAH günahlarmızı bağışlasın İNŞALLAH.......
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 124 Bölmə: Maraqlı melumatlar