Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zengin Ve Kasib.Ibretamiz Hekaye

IBRETAMIZ HEKAYE...

Bir gün Allahın Rəsulu, sevimli peyğəmbərimiz Məhəmməd (s.a.a) ümmətini, möminləri bir yerə yığaraq, gözəl dinimiz haqda insalara danışırdı. İmanlı insanlar sakitcə oturub, çox diqqətlə Onu (s.a.a.s) dinləyirdilər ki, birdən qapı açılır və içəri bir kasıb ixtiyar daxil olur. Onun pal-paltarına baxanda çox kasıb olduğu görsənirdi. Gecikdiyini görən kasıb, sakitcə boş yer axtarmağa başladı. Bu zaman şəhərin ən tanınmış zəngin bir adamın yanında boş yer olduğunu görür və ora tərəf gedir. Bunu görən zəngin ağız-burnunu əyərək, pal-paltarını özünə tərəf çəkir və narazı şəkildə dodaqları ilə nəsə də deyir. Kasıb pis olsa da ona fikir vermir və sıxılaraq bir küncdə oturur. Bunu görən Peyğəmbər (s.a.a.s) çox sakit bir tərzdə deyir:
- “Sən qorxdun ki, onun kasıblığı sənə də keçər?”
Zəngin bu sualı gözləmirdi, özünü itirərək deyir:
- “Xeyir, ey Allahın Rəsulu”.

- “Bəs onda qorxdun ki, sənin var-dövlətinin yarısı onun olar?”
- “Xeyir, Ya Peyğəmbər”.

- “Hə, bildim, onda sən qorxdun ki, birdən o sənin paltarını çirkləndirər, düzdü?”
- “Xeyir, Ya Allahın Rəsulu”.

- “Bəs onda sən niyə bu hərəkəti etdin?”

Bu zaman zəngin öz hərəkətindən utanaraq dedi:
- “Ya Rəsulallah, mən Allahın iznilə öz var-dövlətimin yarısını ona verəcəm, bəlkə onda Allah məni bağışlayar”.

Sıxılıb bir kənarda oturan kasıb birdən bunu eşidərək, mərd deyir:
- “Yox, yox!!! Səni bu cür edən və insanlığını unutduran pulların mənə lazım deyil. Həyatda puldan dəyərli insanlıqdır.”

Zəngin başını aşağı salır və etdiyi hərkətə görə peşman olur. Bu zaman Peyğəmbərimiz Məhəmməd (s.a.a.s) əlini kasıbın çiyninə qoyaraq deyir:
- “Sən bizim aramızda olan insanların içərisində ən zənginisən”.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 160 Bölmə: Maraqlı melumatlar
loading...