Adam pıçıldadı: “Allahım,
danış mənimlə.”
Və bir quş oxudu ağacda.
Amma adam eşitmədi
Sonra adam qışqırdı:
“Allahım,danış mənimlə!”
Və səmada bir ildırım çaxdı.
Amma adam qulaq asmadı
ona.
Adam ətrafına baxdı və
“Allahım səni görməyimə
icazə ver” dedi.
Və bir ulduz parıldadı
səmada.
Amma adam fikir vermədi.
Və adam qışqırdı: “Allahım
mənə bir möcüzə göstər!”
Və bir körpə dünyaya geldi
haralardasa.
Amma adam bundan
xəbərdar ola bilmədi.
Sonra adam çarəsizlik içində
mızıldadı:
“Toxun mənə Allahım və
burada olduğunu başa
düşməyimi təmin elə!”
Bu zaman bir kəpənək ona
toxundu.
Və adam kəpənəyi əlinin tərsi
ilə uzaqlaşdırdı...
Və çıxıb getdi.
Allahın varlığını dərk etmək
üçün Onu görməyimiz vacib
deyil, çünki ətrafımızda olan
hər şeydə Onu hiss
etməyimiz üçün nişanələr
vardır.
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 80 Bölmə: Maraqlı melumatlar