Bismillahir-rəhmanir-rəhim
MÜQƏDDİMƏ
Fəzl və kərəmi geniş olan, ehsan və nemətləri məxluqata yetən Allaha həmd olsun, ağamız həzrəti Muhəmməd və onun feyz sahibi olan məsum övladlarına salam və salavat olsun.
Əlinizdəki bu kitabçada 14 məsum əleyhimussalamın həyatının xülasəsi verilmişdir və onlar aşağıdakı şəxslərdən ibarətdir:
Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm), Fatimə (əleyha salam) və on iki imam (əleyhimussalam).
Bu kitabçada 14 məsumun (əleyhimussalam) möminlər üçün zəruri olan bəzi xüsusiyyətlərini qeyd edirik. Allah bu işdə bizə yar olsun!
1. NƏBİYYİ ƏZƏM MUHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM)
Şərif ləqəbi: Mustəfa.
Künyələri: Əbül-Qasim, Xeyrül-bəriyyə, Nəbiyyür-rəhmət, Sahibül-mülhimə, Mühəllilüt-təyyibat, Xatəmün-nəbiyyin, Rəsulül-həmmadin, Rəhmətən lil-aləmin, Qaidül-ğürril-mühəccəlin, Əbdüllah, Xiyərətullah, Seyyidül-mürsəlin, İmamül-müttəqin, Həbibullah, Səfiyyullah, Nemətullah, Sahibül-liva, İbnül-Fəvatim, Əl-Əbdül-müəyyəd, Ənnəbiyyül-mühəzzəb, Əssəfiyyül-müгərrəb, Əl-həbibül-müntəcəb, Əl-əminül-müntəxəb, Sahibül-hövzi vəl-Kövsər, Xeyrül-bəşər, Əl-Mürtəza lil-elm, Mühərrimül-xəbais, Miftahül-cənnət, Dəvətü İbrahim, Buşra İsa.
Atası: Əbdüllah.
Anası: Amənə binti Vəhəb.
Doğulduğu gün: 17 Rəbiül-əvvəl, cümə günü, sübh çağı.
Doğulduğu yer: Məkkeyi Müəzzəmə.
Doğulduğu il: Fil ili (amül-fil) (622-ci miladi ili, adil padşah Ənuşirəvanın hakimiyyəti dövrü).
Vəfat etdiyi gün: 28 Səfər, bazar günü, axşam çağı.
Vəfat etdiyi il: Hicrətin11-ci ili.
Ömrü: 63 il.
Vəfat səbəbi: Yeməyinə qatılmış zəhər.
Dəfn olunduğu yer: Mədineyi-Münəvvərə.
Övladlarının sayı: 7 (3 oğul, 4 qız).
Oğlanları:
1. Qasim (Tahir).
2. Əbdüllah (ləqəbi Təyyib); bu iki oğlanın anası Xədicədir.
3. İbrahim (anası Mariyədir).
Qızları:
1. Zeynəb.
2. Rüqəyyə.
3. Ümmü Gülsüm.
4. Fatimə (salamullahi əleyha).
Mübarək üzüyündəki yazı: Kəlиmeyi-şəhadət (əşhədu ən la ilahə illəllah, əşhədu ənnə Muhəmmədən rəsulullah).
2. İMAM ƏLİ (ƏLEYHİSSALAM)
Ləqəbi: Əmirəl-möminin.
Künyəsi: Əbül-Həsən, Əbül-Həsəneyn, Əbüs-Sibteyn, Əbür-Reyhanəteyn, Əbuturab.
Atası: Əbutalib (Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in əmisi. (Başqa adları: İmran, Əbdi Mənaf, İbni Əbdül-Müttəlib).
Anası: Fatimə binti Əsəd.
Doğulduğu gün: 13 Rəcəb, cümə günü.
Doğulduğu yer: Allah Evi (Kəbeyi-Mükərrəmə).
Doğulduğu il: Amül-fildən 30 il keçərkən.
Şəhadət tarixi: Cümə gecəsi, 21 Ramazan.
Şəhadətə çatdığı il: Hicrətdən 40 il keçərkən.
Ömrü: 63 il.
Şəhadət səbəbi: O həzrət Kufə məscidində xəvaricdən olan İbni Mülcəmin qılınc zərbəsi ilə şəhid edilmişdir.
Dəfn olunduğu yer: Nəcəfi Əşrəf.
Övladlarının sayı: 36 (18 oğlan, 18 qız).
Oğlanları:
1. Həsən Müctəba (əleyhissаlam).
2. Hüseyn (əleyhissalam).
3. Məhəmməd ibn Hənəfiyyə.
4. Əbbasül-Əkbər (Əbül-Fəzlil-Əbbas).
5. Əbdüllahül-Əkbər.
6. Cəfərül-Əkbər.
7. Osmanül-Əkbər.
8. Mühəmmədül-Əsğər.
9. Əbdüllahül-Əsğər.
10. Əbdüllah (Əbi Əli).
11. Ovn.
12. Yəhya.
13. Məhəmmədül-Övsət.
14. Osmanül-Əsğər.
15. Əbbasül-Əsğər.
16. Cəfərül-Əsğər.
17. Ömərül-Əkbər.
18. Ömərül-Əsğər.
Qızları:
1. Zeynəbi-Kübra
2. Zeynəbi-Suğra (Ümmü Gülsüm).
3. Rəmlətül-Kübra.
4. Ümmül-Həsən.
5. Nəfisə.
6. Rüqəyyətül-Suğra.
7. Rəmlətül-Кüбра.
8. Rüqəyyətül-Kübra.
9. Məymunə.
10. Zeynəbi-Suğra.
11. Ümmü Hani.
12. Fatimeyi-Suğra.
13. Əmamə.
14. Xədiceyi-Suğra.
15. Ümmü Gülsüm.
16. Ümmü Sələmə.
17. Həmamə.
18. Ümmü Kiram.
Üzüyündəki yazı: “Əl-mülkü lillahil-vahidil-qəhhar” (Mülk və səltənət Vahid və Qəhhar Allaha məxsusdur).
3. FATİMEYİ-ZƏHRA (SALAMULLAHİ ƏLEYHA)
Ləqəbi: Zəhra.
Künyələri: Ümmül-əimmətil-əthar, Ümmül-Həsən, Ümmül-Hüseyn, Ümmül-möminin, Ümmül-fəzail, Səyyidətü-nisail-aləmin, Xəyrün-nisa, Bətul, Ümmül-xiyərə, Ümmün-nücəba, Ümmül-əzhar.
Atası: Muhəmməd Rəsulillah (səlləllahu əleyhi və alihi və səlləm).
Anası: Xədiceyi-Kübra Ümmül-möminin (salamullahi əleyha).
Anadan olduğu gün: 20 Cəmadiüs-sani.
Doğulduğu yer: Məkkeyi-Mükərrəmə.
Doğulduğu il: Besətin beşinci ili (Hicrətdən səkkiz il əввəл).
Şəhid olduğu gün: 3 Cəmadiüs-sani.
Şəhid olduğu il: 11-ci hicri ili.
Ömrü:18 il.
Şəhadətinin səbəbi: Əziz atasının vəfatından sonra başına gətirilən müsibətlər.
Dəfn olunduğu yer: Mədinə.
Övladlarının sayı: 4 - (4 aylıq siqt olunan Möhsündən başqa) 2 oğlan və 2 qız.
Oğlanları:
1. Həsən (əleyhissalam).
2. Hüseyn (əleyhissalam).
Qızları:
1. Zeynəbi-Kübra.
2. Zeynəbi-Suğra (Ümmü Gülsüm)
Üzüyünün yazısı: “Əllahu vəliyyu isməti” (Allah mənim ismətimin (zahiri və batini çirkinliklərdən, nöqsan və qüsurlardan paklığımın) vəlisidir).
4. İMAM HƏSƏN (ƏLEYHİSSALAM)
Ləqəbləri: Müctəba, Təqiyy, Zəkiyy, Seyyid, Sibt.
Künyəsi: Əbu Muhəmməd.
Atası: Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhissalam).
Anası: Fatimeyi Zəhra (salamullahi əleyha).
Anadan olduğu gün: 25 Ramazan.
Doğulduğu yer: Mədineyi Münəvvərə.
Anadan olduğu il: Hicrətdən 2 il sonra.
Şəhid olduğu gün: 7 Səfər.
Şəhid olduğu il: 49-cu hicri ili.
Ömrü: 47 il.
Şəhadət səbəbi: Əşəsin qızı Cödə, Müaviyənin hiyləsi ilə o Həzrəti zəhərləmişdir.
Dəfn olunduğu yer: Mədineyi-Münəvvərə, “Bəqi” qəbiristanlığı.
Övladlarının sayı: 15 (8 oğlan, 7 qız)
Oğlanları:
1. Zeyd.
2. Həsən.
3. Ömər.
4. Qasim.
5. Əbdüllah.
6. Əbdürrəhman.
7. Hüseyn.
8. Təlhə.
Qızları:
1. Ümmül-Həsən.
2. Ümmül-Hüseyn.
3. Fatimə.
4. Ümmü-Əbdüllah.
5. Fatimə.
6. Ümmü Sələmə.
7. Rüqəyyə.
Üzüyündəki yazı: “Əl-izzəti lillah” (İzzət və qüdrət yalnız Allaha məxsusdur).
5. İMAM HÜSEYN (ƏLEYHİSSALAM)
Ləqəbləri: Seyyidüş-şühəda, Rəşid, Təyyib, Vəfiyy, Zəkiyy, Seyyid, Səid, Mübarək, Sibtüs-sani, Əttabiu-limərzatillah, Əşşəhidu bi-Kərbəla, Əddəlilu əla zatillah, Əl-imamus-salis.
Künyəsi: Əbu Əbdillah.
Atası: Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhissalam).
Anası: Fatimeyi Zəhra (salamullahi əleyha).
Doğulduğu gün: 3 Şəban.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il: Hicrətdən 3 il sonra.
Şəhid olduğu gün: Məhərrəmin onu, cümə günü.
Şəhid olduğu il: 61-ci hicri ili.
Ömrü: 58 il.
Şəhadət səbəbi: Yezid ibn Müaviyənin hökmü ilə öz əhli-beyti ilə birlikdə şəhadətə çatmışdır.
Dəfn olunduğu yer: Müqəddəs Kərbəla şəhəri.
Övladlarının sayı: 6 (4 oğlan, 2 qız).
Oğlanları:
1. Əli Əkbər.
2. Əliyyi Övsət (İmam Zeynül-Abidin əleyhissalam).
3. Cəfər.
4. Əbdüllah.
Qızları:
1. Səkinə.
2. Fatimə.
İmamın nəsli oğlu Zeynəl-Abidindən (əleyhissalam) davam etmişdir. Əli Əkbər atası ilə birlikdə Kərbəlada şəhid olmuş вa o Həzrətin yanında dəfn edilmişdir. Cəfər (anası Qusaiyyədir) atasının sağlığında vəfat etmiş, Mədineyi-Münəvvərədə dəfn olunmuşdur. Əbdüllah isə uşaqlıq çağında (6 aylıq) atasının qucağında şəhid edilmişdir. Ona Əli Əsğər də deyilir.
6. İMAM ƏLİ (ƏLEYHİSSALAM)
Ləqəbləri: Zeynül-Abidin, Səccad, Zeynüs-Salihin, Varisu elmin-nəbiyyin, Mütəhəccid, Zəkiyy, Əmin, Zahid, Abid, Ədl, Bəkka.
Künyəsi: Əbu Muhəmməd.
Atası: Peyğəmbərin (s) nəvəsi Hüseyn (əleyhissalam).
Anası: Yəzdgirdin qızı Şəhrəbanu (Qadınlar şahı).
Doğulduğu gün: 15 Cəmadiül-əvvəl.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il: 36-cı hicri ili.
Şəhid olduğu gün: 25 Məhərrəm.
Şəhid olduğu il: 95-ci hicri ili.
Ömrü: 57 il.
Şəhadət səbəbi: Hişam ibni Əbdül-məlik qardaşı Vəlidin hakimiyyəti dövründə o Həzrəti zəhərləmişdir.
Dəfn olunduğu yer: “Bəqi” qəbiristanlığında əmisi Həsənin (əleyhissalam) məzarının yanında.
Övladlarının sayı: 15 (11 oğlan, 4 qız)
Oğlanları:
1. Muhəmməd Baqir (əleyhissalam).
2. Əbdüllah.
3. Həsən.
4. Zeyd.
5. Əmr.
6. Hüseyn.
7. Əsğər.
8. Əbdürrəhman.
9. Süleyman.
10. Əli.
11. Məhəmməd Əsğər.
Qızları:
1. Xədicə.
2. Fatimə.
3. Əliyyə.
4. Ümmü Gülsüm.
Üzüyünün yazısı: “Həsbiyəllahu likulli həmmin” (Allah hər bir müsibətdə mənə kifayətdir).
7. İMAM MUHƏMMƏD (ƏLEYHİSSALAM)
Ləqəbləri: Baqir, Zakir, Şakir, Hadi, Sabir, Cami, Hazir, Şəbih, Nasir.
Künyəsi: Əbu Cəfər.
Atası: İmam Zeynül-Abidin (əleyhissalam).
Anası: İmam Həsənin (a) qızı Fatimə.
Doğulduğu gün: 1 Rəcəb.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il: 57-ci hicri ili.
Şəhid olduğu gün: 7 Zilhəccə.
Şəhid olduğu il:114-cü hicri ili.
Ömrü: 57 il.
Şəhadət səbəbi: Hişam ibn Əbdül-məlik o Həzrəti zəhərləmişdir.
Dəfn olunduğu yer: “Bəqi” qəbiristanlığı.
Övladlarının sayı: 8 (6 oğlan, 2 qız).
Oğlanları:
1. Əbu Əbdillah (İmam Sadiq əleyhissalam).
2. Əbdüllah.
3. İbrahim.
4. Übeydullah.
5. Rəca.
6. Əli.
Qızları:
1. Zeynəb.
2. Ümmü Sələmə.
Üzüyündəki yazı: “Əl izzətü lillahi cəmiən” (Bütün izzət və qüdrət Allaha məxsusdur).
8. İMAM CƏFƏR (ƏLEYHİSSALAM)
Ləqəbləri: Sadiq, Tahir, Qaim, Kafil, Münci, Sabir, Müsəddiq, Mühəqqiq, Kaşifül-həqaiq.
Künyəsi: Əbu Əbdillah.
Atası: Muhəmməd Baqir (əleyhissalam).
Anası: Qasim ibni Muhəmməd ibni Əbu Bəkrin qızı Fatimə (künyəsi Ümmü Fərvə).
Doğulduğu gün: 17 Rəbiül-əvvəl.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il: 83-cü hicri ili.
Şəhid olduğu gün: 25 şəvval.
Şəhid olduğu il:148-ci hicri ili.
Ömrü: 65 il.
Şəhadətinin səbəbi: Mənsur Dəvaniqi o Həzrəti zəhərləmişdir.
Dəfn olunduğu yer: “Bəqi” qəbiristanlığı.
Övladlarının sayı: 10 (7 oğlan, 3 qız)
Oğlanları:
1. İsmail.
2. Əbdüllahi Əftəh.
3. Musayi Kazim (əleyhissalam).
4. İshaq.
5. Muhəmməd Dibac.
6. Əbbas.
7. Əli.
Qızları:
1. Fatimə.
2. Əsma.
3. Ümmü-Fərvə.
Üzüyündəki yazı: “Əllahu Xaliqu kulli şəyin” (Allah hər bir şeyin xaliqidir).
9. İMAM MUSA (ƏLEYHİSSALAM)
Ləqəbləri: Kazim, Zahir, Vəfiyy, Əmin, Zeynül-Müctehidin, Ənnəfsüz-Zəkiyyə, Əbdisaleh, Siqə, Təyyib, Səyyid, Məmun.
Künyəsi: Əbül-Həsən Sani.
Atası: Cəfər Sadiq (əleyhissalam).
Anası: Həmidə.
Doğulduğu gün: 7 Səfər.
Doğulduğu yer: Əbva (Məkkə və Mədinə arasında).
Doğulduğu il: 128-ci hicri ili.
Şəhid olduğu gün: 25 Rəcəb, cümə günü.
Şəhid olduğu il: 183-cü hicri ili.
Ömrü: 55 il.
Şəhadət səbəbi: Harunər-Rəşid zindanda onu zəhərləmişdir.
Dəfn olunduğu yer: Kazimeyn şəhəri.
Övladlarının sayı: 36 (19 oğlan, 17 qız).
Oğlanları:
1. Əli.
2. İbrahim.
3. Əbbas.
4. Qasim.
5. İsmail.
6. Cəfər.
7. Harun.
8. Həsən.
9. Əhməd.
10. Muhəmməd.
11. Həmzə.
12. Əbdüllah.
13. İshaq.
14. Übeydullah.
15. Zeyd.
16. Həsən.
17. Fəzl.
18. Hüseyn.
19. Süleyman.
Qızları:
1. Fatimeyi Kübra.
2. Fatimeyi Suğra.
3. Rüqəyyə.
4. Həkimə.
5. Ümmi Əbiha.
6. Rüqəyyətüs-Suğra.
7. Ümmü Cəfər.
8. Lübabə.
9. Zeynəb.
10. Xədicə.
11. Əliyyə.
12. Amənə.
13. Həsənə.
14. Bərihə.
15. Ayişə.
16. Ümmü Sələmə.
17. Məymunə.
Üzüyünün yazısı: “Kun məəllahi hərzən” (Allah ilə birlikdə möhkəm ol).
10. İMAM ƏLİ (ƏLEYHİSSALAM)
Ləqəbləri: Riza, Siracüllah, Nurul-huda, Qürrəti əynil-möminin, Məkidətül-mülhidin, Küfvül-mülk, Kafil-xəlq, Fazil, Sabir, Vəfiyy, Siddiq, Zəkiyy.
Künyəsi: Əbül-Həsən.
Atası: Musayi Kazim (əleyhissalam).
Anası: Nəcmə (künyələri: Ümmül-Bənin, Xizran, Şədra, Ərvah, Səkinə).
Doğulduğu gün:11 Zilqədə.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il:148-ci hicri ili.
Şəhid olduğu gün: 28 Səfər.
Şəhid olduğu il: 203-cü hicri ili.
Ömrü: 55 il.
Şəhadət səbəbi: O Həzrəti Abbasi xəlifələrindən olan Məmun zəhərləmişdir.
Dəfn olunduğu yer: Müqəddəs Məşhəd şəhəri.
Övladlarının sayı: 6 (5 oğlan, 1 qız)
Oğlanları:
1. Məhəmməd.
2. Qane.
3. Həsən.
4. Cəfər.
5. Hüseyn.
Qızı: Ayişə.
Üzüyünün yazısı: “Maşaəllahu la qüvvətə illa billah” (Hər nə Allah istəsə; Allahdan başqa heç bir qüvvə və qüdrət yoxdur).
11. İMAM MUHƏMMƏD (ƏLEYHİSSALAM)
Ləqəbləri: Cəvad, Təqiyy, Qane, Muxtar, Zəkiyy, Murtəza, Alim, Nuri sate.
Künyəsi: Əbu Cəfər.
Atası: İmam Riza (əleyhissalam).
Anası: Səbikə. (İmam Riza (əleyhissalam) onu Xizran, Dürrə, Reyhan adlandırmışdır).
Doğulduğu gün: 10 Rəcəb.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il: 195-ci hicri ili.
Şəhid olduğu gün: Zilqədənin son günü.
Şəhid olduğu il: 220-ci hicri ili.
Ömrü: 25 il.
Şəhadət səbəbi: O Həzrəti arvadı – Məmunun qızı (Mötəsimin göstərişi ilə) zəhərləmişdir.
Dəfn olunduğu yer: Kazimeyn.
Övladlarının sayı: 4 (2 oğlan, 2 qız).
Oğlanları:
1. Əli (əleyhissalam).
2. Musa Mübərqi.
Qızları:
1. Fatimə.
2. İmamə
Üzüyünün yazısı: “Həsbiyyallahu” (Mənim arxalanacağım Allahdır).
12. İMAM ƏLİ (ƏLEYHİSSALAM)
Ləqəbləri: Hadi, Nəqiyy, Mütəvəkkil, Əskəri, Nəcib, Mürtəza, Alim, Fəqih, Əmir, Dəlil, Əmin, Mötəmən, Təyyib, Nasih, Miftah.
Künyəsi: Əbül-Həsən Salis.
Atası: İmam Muhəmməd Cavad (əleyhissalam).
Anası: Səmmanətül-qanitə (Məğribiyyə, Süsən).
Doğulduğu gün: 15 Zilhиccə (başqa bir rəvayətə görə 5 Rəcəb).
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il: 212-ci hicri ili.
Şəhid olduğu gün: 3 Rəcəb.
Şəhid olduğu il: 254-cü hicri ili.
Ömrü: 41 il.
Şəhadət səbəbi: Əbbasi xəlifələrindən olan Mötəmid onu zəhərləmişdir.
Dəfn olunduğu yer: Samirra.
Övladlarının sayı: 5 (4 oğlan, 1 qız).
Oğlanları:
1. Əbu Muhəmməd Əl-Həsən (əleyhissalam).
2. Hüseyn.
3. Muhəmməd.
4. Cəfəri-Kəzzab.
Qızı: Ayişə.
Üzüyünün yazısı: “Əl-mülkü lillah” (Mülk və səltənət yalnız Allaha məxsusdur).
13. İMAM HƏSƏN (ƏLEYHİSSALAM)
Ləqəbləri: Əsgəri, Zəkiyy, Xalis, Sirac, Müşəffi, Hadi, Səxiyy, Samit, Mövla, Rəfiq, Müzi, Mürzi, Müstəvdi.
Künyəsi: Əbu Muhəmməd.
Atası: İmam Hadi (əleyhissalam).
Anası: Hədisə (Süsən, Hərbiyyə). O ilahi ariflərdəndi.
Doğulduğu gün: 10 Rəbiüs-sani.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il: 232-ci hicri ili.
Şəhid olduğu gün: 8 Rəbiül-əvvəl, cümə günü.
Şəhid olduğu il: 260-cı hicri ili.
Ömrü: 28 il.
Şəhadət səbəbi: Əbbasi xəlifələrindən olan Mötəmid onu zəhərləmişdir.
Dəfn olunduğu yer: Samirra.
Övladlarının sayı: O Həzrətin yeganə övladı Həzrət Məhdidir (əleyhissalam).
Üzüyünün yazısı: “İnnəllahə şəhidun” (Allah hər bir işə nəzarət edəndir).
14. İMAM MEHDİ (ƏCCƏLƏLLAHU TƏALA FƏRƏCƏHUŞ-ŞƏRİF)
Ləqəbləri: Məhdi, Hüccət, Qaim, Basit, Bəqiyyətullah, Bəqiyyətul-ənbiya, Ğəvsül-füqəra, Xatəmül-ovsiya, Müntəzər, Sair, Hüccətullah, Xatəmül-əimmə, Kaşifül-ğimmə, Xələfi Saleh, Xəlifətullah, Xəlifətur-rəhman, İmamul-insu vəl-can, Sahibür-rəcət, Sahibüzzəman, Dai Saət, Sahibüd-dar, Sahibün-nahiyə, Sahibül-əsr, Sahibül-əmr, Səmsami Əkbər, Fəqih, Fərəci əzəm, Ğayət, Ğusva, Qatilül-kəfərə.
Künyəsi: Əbül-Qasim.
Atası: İmam Həsən Əskəri (əleyhissalam).
Anası: Nərcis Xatun.
Doğulduğu gün: 15 Şəban, cümə axşamı gecəsi.
Doğulduğu yer: Samirra.
Doğulduğu il: 225-ci hicri ili.
O Həzrətin ömrünə gəldikdə, atası vəfat edəndə 5 yaşı vardı. Allah Təala onu xəlifə seçərək imam qərar vermişdir. Necə ki, Həzrət Yəhya və İsanı uşaqlıq çağında imam etmişdir. O Həzrət hal-hazırda diri olub Allahın nemətlərindən bəhrələnir və Allahın əmrini gözləyir ki, zühur edib yer üzünü (zülm və zorakılıqla dolduğu kimi) ədalətlə doldursun.
İmam (əleyhissalam) üçün iki qeybət dövrü vardır:
“Qeybəti-suğra” (kiçik qeybət, doğulduğu ildən başlayaraq 329-cu ilə qədər davam edib). Həzrətin o dövrdə 4 xas naibi var idi:
1. Osman ibn Səid Əmri (Əbu Əmr);
2. Muhəmməd ibn Osman ibni Səid (Əbu Cəfər);
3. Hüseyn ibn Ruh (Əbül Qasim);
4. Əliyyibni Muhəmməd Səmri (Əbül Həsən).
4-cü naibin 329-cu ildə vəfat etməsi ilə “qeybəti-kübra” (böyük qeybət dövrü) başlanır.
Bu 4 naibin hamısı Bağdadın şərq nahiyəsində dəfn olunmuşlar. Məzarlarının yeri məlumdur.
O Həzrətin vəkillərinə gəldikdə isə qeyd etmək lazımdır ki, Həzrət Hüccətibnil-Həsən İmam Zəmanın (əleyhissalam) ətraf məntəqələrdə çoxlu vəkilləri olmuşdur. Belə ki, qeyd olunan 4 xas naibin vasitəsi ilə onlara məktublar (tovqiat) çatdırılırdı.
Xas naiblik mərtəbəsinə layiq olanların sayı isə çoxdur. Onlardan bəzilərinin adlarını qeyd edirik: Əbülhəsən Muhəmməd ibn Cəfər Əsədi, Əhməd ibn İshaq Qumi, Qasim ibn Əla Azərbaycani, Haciz ibn Yəzid Vaşi, Əbu Haşim Davud ibn Qasim Cəfəri, İbrahim ibn Məhziyar və onun oğlu Muhəmməd ibn İbrahim, Əhməd ibn Yəsə və s.
Naiblik dövründə bəzi şəxslər olmuşlar ki, onlara da nümayəndə üçün təyin olunan şəxslər tərəfindən məktublar (tovqiat) gəlirmiş.
Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 337 Bölmə: Maraqlı melumatlar