Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İNSANİ MƏSULİYYƏT

Günümüzə də gəldikdə, görürük ki, məsuliyyət - günümüzün ana məsələlərindəndir. Günümüzün ən zəruri, ən mühüm, ən vücudi məsələlərindəndir. Dinindən, dilindən, rəngindən, vəzifəsindən, imkanından asılı olmayaraq, insani məsuliyyət deyilən bir anlayış var. Bu bəhsə bir haşiyə olaraq, zəmanəmizin məsuliyyətini dərk etmiş insanların bir neçəsi haqqında qeyd edək. ABŞ-da 11 sentabr terrorundan sonra islamofoblar xüsusilə aktivləşirlər və o cümlədən, hicablı xanımlara hücumlar edirlər. Bu zaman bir nəfər xanım, özü xaçpərəst olan, incəsənət elmləri üzrə professor olan xanım buna qarşı hərəkata başlayır. Bu xanım, həm də qadın problemləri ilə məşğul olan bir alimdir. Adı Anne De Alleva olan bu xanım, müsəlman olmadığı bir halda, Həzrət Zəhra (s.ə.) yadigarı olan hicabın fəlsəfəsinə varmadığı bir halda hicablıların müdafiəsinə qalxır. Amerika universitetlərində hicablı qadınlara qarşı müəyyən hücumların yer aldığı zaman hicab hərəkatına başlayır. Böyük insani məsuliyyəti olan bu professor xanım hicab geyinir və tələbələrinə də müraciət edir. Deyir, biz hicab hərəkatına başlamalıyıq. İnsani məsuliyyətimizdir o insanların hüquqlarını qorumaq üçün onların bizdən fərqlənməməsini göstərmək üçün, biz də hicablı gəzərək, onları bu müsibətlərində tək qoymamalıyıq! 30 tələbə də bu xanıma qoşulur.

İnsani məsuliyyət budur. Onların hicabında bir mübarək yazı da var idi. Çox gözəl yazıdır. Yazıblar: “onlar bizimlə bərabərdir”. Öz hicablarının arxasında bu yazını yazıblar. Yəni, onlar da insandır, onların da hüququ var, onlar öz əqidəsinə görə bu hicabı taxır və onlara heç kəs bir söz deyə bilməz. Bax, bu insanı məsuliyyətin belə təzahürləri çox ciddi əsər qoyur cəmiyyətdə. Təəsüflər olsun ki, bu, çatmır insanlarda. Bu məsuliyyət çoxlarında olsa, dünya cənnətə dönər. O olsa, insanlar həm fərdi məsuliyyətlərini, həm ictimai məsuliyyətini yerinə yetirmiş olarlar.

Digər bir misal olaraq, Reyçel Korri xanımı çəkmək olar. Fələstin müsibətinə laqeyd qalmayan bu amerikalı gənc xanım, son nəfəsinədək məzlumların hüququnu müdafiə etdi. Axırda sionist buldozeri fələstinlinin evini yerlə yeksan etməyə gələndə, xanım Korri bunun qarşısını almaq istədi. Amma dövrümüzün faşistlərini bununla durdura bilmədi. Həmin buldozerin tırtılları altında şəhid oldu. Amma axıradək öz insanı məsuliyyətinə uyğun yaşadı.
Günümüzdə olan başqa bir nümunə. Hollandiyanın Eindhoven şəhərində "Het Plein" kollecində müəllim işləyən doktor Jos Baisjens, radikal irqçi Geert Vildersin hicaba qarşı başlatdığı qadağa kampaniyasına etiraz olaraq hicab geyindi. O, açıqlamasında "ölkədə yaşayan 1 milyona yaxın müsəlmanın təcrid olunması üçün həyata keçirilən siyasətə etiraz olaraq, bayıra çıxanda hicab taxıram", deyə bildirmişdir.

Bəli, bu gözəl nümunələri davam etdirmək olar. İnsani məsuliyyətə dəlalət edən bu gözəl nümunələri. Bütün bunlar inanc insanının üzərinə xüsusi missiya müəyyən edir məsiliyyətlə bağlı. İslamı gözdən salmaq istəyən, dünyanın müxtəlif yerində min hoqqadan çıxaraq, mübarək dinimizə kölgə salmaq istəyən, cürbəcür “radikal”, “ekstremist” maskaları geyən düşmənləri ifşa etmək üçün, müsəlmanlar elmlənməlidir və elmlərinə əməl etməlidir. Məsuliyyətlərini dərk etməlidir. Günün çağırışlarını layiqincə cavablandırmağı bacarmalıdır. Allah Təala bu işdə cəmi iman əhlinə Öz tofiqatını qismət etsin! Uca Allah bizlərə elm və məsuliyyəti birgə daşımaq bacarığını qismət etsin! Amin!


Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof
İçərişəhər «Cümə» məscidinin imam-camaatı


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 128 Bölmə: Maraqlı melumatlar
loading...