Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Müsəlman" Qanda Deyil, əməldə Olmalıdır

“Müsəlman” o kəsdir ki, namazlarını
yerinə yetirir, oruc tutur, zəkat verir və
həyatını Allahın razı olacağı tərzdə
qurur və yaşayır... Müsəlman dediyin
kəsdən zərər gəlməz. O Allahın yer
üzünə göndərdiyi xəlifədir. “Müsəlman” dediyin kəs həm əxlaq baxımından
həm də insanlıq baxımından öndə
olmalıdır. Zəkat verərək Allahın ona
verdiklərini Allah yolunda
xərcləməlidir. Namazlarını vaxtı
vaxtında yerinə yetirməli və həyatında bir dəfə də olsun Allahın müqəddəs
qıldığı məmləkətə, Kəbəyə getməlidir,
ziyarət etməlidir. Hal- hazında kimdən
soruşsan özünə kor-koranə
“müsəlmanam” deyəcək... Qumarla,
zinayla, içkiylə, min cür əxlaqsızlıqla, oğurluqla, yalanla, faizlə yenə də özünə
“müsəlmanam” deyəcək... Yaxşı, ey
insan! Müsəlman olmağın şərtləri var.
Bunlara əməl etmədən necə
müsəlmanam deyə bilirsən? Bu
bilirsənmi nəyə bənzəyir? Mən işləmirəm amma bütün ömrü boyu hər
kəsə deyirəm ki, “mən işçiyəm”... necə
də gülməlidir elə deyilmi? Sabah bir gün
öləcəksən. Qəbirdə mələklər sənə bir
neçə sual verəcəklər. Bunlardan biri
“Dinin nədir?” olacaq. “Dinim İslam, müsəlmanam” deyə yalan deyəcəksən.
Mələklər sənə deməzlərmi
“müsəlmanam deyirsən amma həyatın
boyu bir dəfə olsun Quranı
vərəqləmədin, bir dəfə olsun namaz
qılmadın, bir dəfə olsun oruc tutmadın, ayda filan qədər maaşla bir dəfə olsun
zəkat vermədin, qurban kəsmədin,
Kəbəyə getmədin... Müsəlmanlığını necə
sübut edəcəksən? Bəlkə “Kəlimeyi
Şəhadət” gətirəsən? –deyə
soruşacaqlar. Bəs Kəlimeyi Şəhadəti bilirsənmi? Cavabın “xeyr”-dirsə o
zaman heç bir qurtuluşun yoxdur...
Allah qorusun.... Unutmayın! Müsəlmanlıq qanla gəlmir.
Atam müsəlmandırsa mən də
müsəlmanam deyə bir şey yoxdur.
Müsəlman əməldə olmalıdır, qanla deyil


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 68 Bölmə: Maraqlı melumatlar
loading...