Təvəssül sözü ərəb sözü olaraq "vəsilə" sözündən götürülmüşdür.
Allahın razılığını qazanmaq istəyən hər bir insan onun razılığını cəlb edən saleh əməlləri onun dərgahına vasitə qərar verir.Duasının qəbul olmasını istəyən hər bir insan şəriətdə vasitə sayılan şeyləri onun hüzuruna təqdim edir.Təvəssül (bəndənin öz Rəbbinə duasının qəbul olması üçün) hər hansı bir şeyin vasitə olaraq təqdim edilməsidir.Misal üçün əgər bəndə Allahın gözəl adlarını,uca sifətlərini,əzəmətini və paklığını xatırlayıb dilinə gətirərsə və sonda isə öz diləyini diləyərsə artıq Allahın gözəl sifətlərini öz hədəfinə yetişməkdən ötrü vasitə qərar vermiş olur.İmam Sadiq (ə) buyurmuşdur-"Allah Təala hadisələri yalnız və yalnız öz səbəbləri ilə baş verməsini istəmiş və buna görə də hər bir şeyə bir səbəb qərar vermişdir."(Şeyx Kuleyni,"Əl-usul minəl-kafi",c.1).
Bütün əsrlərdə yaşayan müsəlmanlar istər səhabələr olsun,istərsə də onlardan sonra gələn tabeinlər bu çərçivədən kənara çıxmamışdır.
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 37 Bölmə: Maraqlı melumatlar