Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QIZIL KÜPƏSİ

Qədim zamanlarda bir kişi birindən torpaq sahəsi satın alır. Aldığı ərazidə bir qızıl küpəsi tapır və aldığı adama:
– Qızıllarını götür, mən səndən torpağ aldım, qızılları yox, – deyir. Torpağı satan da:
– Mən sənə torpaqla yanaşı onun içindəkiləri də satmışam, – deyə qızılları götürmür. Beləliklə, hər ikisi barələrində düzgün hökm çıxarılması üçün qazinin yanına gəlirlər. Qazi:
– Sizin övladınız varmı? – deyə soruşur. Onlardan biri:
– Mənim bir oğlum var, – deyir. O birisi də:
– Mənim də bir kənizim var, – deyə cavab verir. Bundan sonra qazi:
– Oğlanla qızı evləndirin, qızılları da özünüzə xərcləyin, – deyərək hökm verir. Hər iki iddiaçı bu hökmlə razılaşır.


Tarix: 09.05.2013 / 13:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 110 Bölmə: Maraqlı melumatlar
loading...