8 yaşlı oğlan anasina şam yeməyi zamani bir kağız uzadır.Anası kagizi alir yazılan bu sözləri oxuyur:
*Həyəti təmizlədim: 3 manat
*Otağımı səliqeye saldım: 2manat
*Zibil atdım: 2 manat
*Məktəbdə yaxşı qiymət aldım: 5 manat
*Cəmi borcun: 12 manat.
Ana bir qədər fikrə gedir, sonra qələmi əlinə alıb kağızın arxasına bunları yazır:
*Səni doqquz ay bətnimdə daşıdım: pulsuz
*Xəstə olduğun günlərdə yanında oturub yuxuya getməyini gözlədim və səhərə qədər Allaha dua etdim: pulsuz
*Öz dəcəlliyinlə məni göz yaşları axıtmağa vadar etdin, amma səbr edib nazını çəkdim: pulsuz
*Hər gecə yuxuya getməzdən əvvəl sənin səhərini, sağlam və əməlisaleh olmağını düşünüb Allaha yalvardım: pulsuz
*İstədiyimi geyinməyib səni gözəl geyindirdim, boğazımdan kəsib səni doyurdum: pulsuz
*Səni hamıdan çox sevib əzizlədim: pulsuz
Balaca, anasının yazdıqlarını oxuyub gözləri yaşardı, sonra qələmi götürüb kağıza böyük hərflərlə yazdı:
ANACAN, HAMISI ÖDƏNİLDİ!
Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 69 Bölmə: Maraqlı melumatlar