Əslində bu gün İranda hakimiyyətdə fars-molla rejiminin mahiyyətilə Pəhləvi hakimiyyətinin strateji hədəfləri tamamilə üst-üstə düşür. Bu rejimlərin hər ikisi Türk Dünyasının, islam əxlaqının və fəlsəfi təfəkkürünün düşmənidir. Bu rejimlərin yeganə məqsədi öncə "çağdaşlıq", 1979-cu ildən sonra isə "islam inqilabı" pərdəsi altında türklərin təfəkkürünə mutant ideologiyalar yamamaqla, regionun gerçək sahibi olan böyük bir Millətin ayrı-ayrı coğrafiyalarda yaşayan topluluqlarını bir-birinə qarşı qoymaqdan ibarət olub və fars mollakratizmi özünün qeyri-insanı düşüncəsindən, əxlaqından, xəstə eqoizmindən doğan geosiyasi mutasiya strategiyasını davam etdirməkdədir. İran rejimi Ermənistan və təcavüzkar ölkə ilə eyni məzmun daşıyan şər qüvvələr istisna olmaqla, bütün sivil və tərəqqipərvər dünyanın, bəşəri mədəniyyətin, ali insani duyğuların düşmənidir. Dünyanın bütün naqislikləri, insanlığa xas olmayan bütün neqativ, şeytani cizgilər bu dəhşətli rejimin bətnində gizlənir. Fars-molla rejiminin Fələstin və Livanla bağlı bütün populist yanaşmaları yalnız və yalnız özünümüdafiə instiktindən doğan reflektiv çaba xarakteri daşıyır. Fars rejimi öz qısır bətnindən istər mənəvi, istərsə də coğrafi anlamda İslam böyüklükdə din və fəlsəfi dünyagörüşü doğa bilmədiyi üçün ərəb və türk dünyasına sonsuz nifrət bəsləyir. Fələstin və Livan isə İran rejimi üçün sadəcə bufer zonası və bölgəni daim gərginlikdə saxlamaq üçün münaqişə ocağı funksiyasını yerinə yetirir. Vəssalam. Bu rejimdə nəinki islami, heç sadə, bəsit, quldarlıq və feodal dövrünə aid edilə bilən insani duyğular, təəssübkeşlik hissi də yoxdur. Bunun ən bariz nümunəsi fars-molla rejiminin Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan, müsəlman azərbaycanlılara qarşı soyqırımı törətmiş Ermənistana olan münasibətidir. İslam pərdəsi arxasında özünün şeytani simasını gizlətməyə çalışan fars-molla rejiminin əsil siması məhz ermənilərə münasibətdə özünü büruzə verir. Təsadüfi deyil ki, Ermənistanda keçirilən son prezident seçkilərində iştirak edən bütün namizədlər Azərbaycan ərazilərinin işğalı prosesində onlara dəstək verdikləri üçün fars-molla rejiminə hədsiz minnətdarlıqlarını bildirirdilər. İranla Ermənistan arasındakı sərhəd-keçid məntəqəsinin Qarabağ müharibəsi zamanı ermənilər üçün "həyat yolu" olduğunu deyirdilər. Əslində elə bu faktın özü İran rejiminin Ermənistan və Rusiya ilə birlikdə Azərbaycan torpaqlarının işğalı prosesində iştirak etdiyini təsdiqləyir. İranın Ermənistanla bugünki münasibətləri də sübuta yetirir ki, fars-molla rejimi Azərbaycan torpaqlarının işğalında maraqlı olub. İndi bu simasız, İslamın bətnində qara yaraya çevrilən fars-molla hakimiyyətinin Azərbaycana qarşı yaxın qonşuluqdan, ortaq tarixi, mədəni və dini dəyərlərdən çıxış edərək ittihamlar səsləndirməsi sadəcə gülüş doğurur. Pah, Azərbaycanın İsraillə normal münasibətlər qurması molla rejiminin xoşuna gəlmir. Arqumentləri də İsrailin Fələstin torpaqlarını işğal etməsidir. Bu zaman nifrət və aqressiyadan bəsirət gözləri qapanmış mollakratiya təmsilçilərinə sual olunur, bəs siz nə üçün müsləman qardaşlarınızın, yaxın qonşularınızın torpaqlarını işğal edən şərəfsiz və rəzil ermənilərlə əməkdaşlıq edirsiniz? Axı İsrail hazırda İran adlandırılan ölkənin ərazilərini işğal etməyib. Ermənistan isə hələ də Azərbaycan torpaqlarını işğal altında saxlayır. Həmin torpaqlarda İslam abidələri ermənilər tərəfindən darmadağın olunub, Tanrıya ibadətə çağırış üçün nəzərdə tutulan minarələr uçurulub. Bütün ömürlərini Allaha ibadətlə keçirən, İslama İranın əksər ruhanilərindən daha çox və qəlbən bağlı olan müsəlmanların məzarları bir ovuc kafir tərəfindən viran qoyulub. Bəs hanı sizin müsəlman təəssübkeşliyiniz? Hanı sizin qeyrətiniz? Baş yarmaq, zəncir vurmaq, sinə döymək və gözdən zorla bir-iki damla yaş çıxarmaq İslam təəssübkeşliyi deyil. Kərbəla məktəbindən, İmam Hüseyn (ə.s.) şəhadətindən danışmağa öz xalqına və müsəlman qardaşlarına qənim kəsilən, zülm və rəzalət daşıyıcısı olan bir rejimin danışmağa zərrə qədər də olsun mənəvi haqqı yoxdur. ...Fars-molla rejiminin tör-tökütüləri Tehranda, Təbrizdə Azərbaycan bayrağını yandırır, ayaqlar altına atırlar. O bayraqdakı rənglərdən biri İslam dininin simvoludur, Azərbaycan türklərinin İslam mədəniyyətinin daşıyıcısı olduğunu əks etdirir. Biz isə İran adlanan xalqlar həbsxanasının, zülm zinadanının bayrağını yandırmadıq, ayaqlar altına atmadıq. Çünki o bayraqda Allah sözü əks olunub. Allah qəniminiz olsun! Azərbaycan bayrağı onminlərlə şəhidin qanıyla suvarılıb! Bu bayrağı köksünə basan yüzminlərlə igidimiz "Yaşasın Azərbaycan", "Allahu Əkbər" sədaları altında düşmən süngülərinə, güllələrinə sinə gəriblər! O bayrağı başı üzərinə qaldıran qəhrəmanlar onminlərlə müsəlman qadınının namumusunu kafir təcavüzündən qoruyublar! O bayrağı yaradan və bu günə qədər könüllərində daşıyan insanlar təkcə Azərbaycanın deyil, bütün türk və islam dünyasının təəssübünü çəkiblər. Müsəlman Şərqini öz nüfuz dairələrində, əzilmiş, alçaldılmış, aşağılanmış şəkildə saxlamaq istəyən, İslam dünyasını mövhumatın, xurafatın əsarətinə salmaqla öz maraqlarını təmin etməyə çalışan imperiyalara qarşı ideoloji savaş açıblar. Müsəlmanların dünyaya daha açıq gözlə - elmin, mədəniyyətin gözü ilə baxmaları üçün nəhəng və heç zaman iflasa uğramayacaq bir məktəbin əsasını qoyublar! O bayrağın üzərində alov dilimlərilə Allah kəlməsi həkk olunub. Allah qəniminiz olsun!.
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 121 Bölmə: Maraqlı melumatlar