Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yolunu azmış bəndə və Alim

O vətənindən kənarda oxumuşdu. Doğma ocağına qayıdanda isə artıq Allah və onun varlığı ilə bağlı bəzi şübhələri var idi. Qarşısına çıxan alimlərə müxtəlif suallar verir,ancaq heç cür onu razı salan cavablar ala bilmirdi. Suallarına cavab tapmadığı üçün də şübhələri get gedə artırdı. Bir gün valideynləri onu böyük bir alimin yanına aparırdılar...
- Sən kimsən, mənim suallarıma cavab verə biləcəksənmi?-deyə o dilləndi.
- Allahın bir quluyam və inşallah suallarına cavab verəcəyəm -alim cavab verdi.
- Ancaq ən məşhur professorlar belə mənim suallarıma cavab verə bilmədilər.
- İnşallah cavab verməyə çalışacağam.
- Elə isə 3 sualım var:
1.Allah yaşayırmı?Elə isə onu mənə göstər.
2.Tale(qədər) nədir?
3.Əgər şeytan oddan yaradılmışsa, niyə cəhənnəmə gedəcək, cəhənnəm də odla dolu deyilmi? Od odu nece yandıra bilər?
Bu vaxt alim gözlənilmədən yanındakı saxsısını götürüb onun başına vurdu. O,ağrı içərisində soruşdu:
- Niyə hirsləndin? Mən ki sizə elə bir şey demədim...
- Hirslənmədim. Sadəcə olaraq bu mənim sənin suallarına cavabım idi.
- Heç bir şey başa düşmədim.....
- De görüm, saxsı başında sınanda nə hiss etdin?
- Təbii ki ağrı hiss etdim.
- Yəni ağrının varlığına inanırsan?
- İnanıram.
- Elə isə mənə bu ağrını göstərə bilərsənmi?
- Yox, göstərə bilmərəm.
- Bu mənim ilk cavabım. Yəni hamı Allahın varlığını hiss edir, ancaq Onu gorə bilmir
- Dünən gecə yuxunda mənim sənin başında saxsı sındırdığımı gördünmü?
- Yox.
- Bu gün belə bir şeylə qarşılaşacağını heç düşündünmü?
- Yox.
- Bu da taledir, yəni qədər....
- Biz nədən yaradılmışıq? Torpaqdan, deyilmi?
- Hə, elə deyirlər.
- Elə isə saxsı da torpaqdan deyilmi? Allah istəsə, oddan yaradılan şeytanı odun içində cəzalandıra bilməzmi?
Artıq deməyə bir sözü qalmamışdı...


Tarix: 08.06.2013 / 14:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 128 Bölmə: Maraqlı melumatlar
loading...