İmam Hüseynə (ə) ağlamaq və əzadarlığın çox əhəmiyyətli fəzilətləri var
1.İmam Hüseynin (ə) məqsədini canlandırmaq: Ağlamaqla onun məhəbbəti bir daha canlanır. Allah yolunda əmr be-məruf (yaxşılıqlara dəvət etmək) və nəhy əz-münkər (pis¬liklərdən çəkindirmək) etməsi, İslama böyük, xidmətləri qəlblərə həkk olur. Ağlamaqla qəflətdə olanlar, yolunu azanlar ayılırlar. Kərbəla faciəsi kimi bəşəriyyət tarixində baş verən olan ikinci hadisə varmı? Əza saxlamaqla, Kərbəla hadisəsi zehinlərdə canlanır. İmam Hüseynin (ə) məqsədini canlandırmaq, əsl mənada İslamı qoruyub saxlamaqdır.
Qərb alimi Murik Dukberi yazır: «Əgər tarixçilərimiz Aşuranın mahiyyətini anlasaydılar, buna sadə baxmzdılar. Hüseynin (ə) ardıcılları zəlillik və acizliyə baş əyməzlər. Çünki əsas şüarı zülmə baş əyməmək, təslim olmamaqdır. Hüseynin (ə) əzadarlıq məclisində insanların namusu, şərəfi və İslamın əzəməti naminə mübarizəsindən danışılır. O, can, mal və övladından keçdi, amma Yezidə tabe olmadı. Gəlin, biz də şərəflə ölməyi, zəlilliklə yaşamaqdan üstün tutaq.»
2. İmama sonsuz məhəbbət və düşmənlərinə nifrət: İmam Hüseynə (ə) ağlamaq, vəhy ailəsinə məhəbbət və sadiqliyin aliliyini göstərir. Bu, ona məhəbbəti artırmaqla yanaşı, düşmənlərinə nifrət oyadır. Bəli, İmamın haqqını tanıyaraq ağlamaq, qatillərinə nifrət deməkdir.
3. Dinin həqiqəti ilə yaxından tanışlıq: İmam Hüseynə (ə) əzadarlıq məclisinin əsas faydalarından biri də budur ki, camaat İslam həqiqəti ilə dərindən tanış olur. Dinin Quran və Əhli-Beytə bağlılığını dərk edir.
4. Günahların bağışlanması: Rəyyan ibn Şəbib İmam Rzadan (ə) rəvayət edir: «Ey Şəbibin oğlu, əgər Hüseynə (ə) ağlasan yanaqlarına axan ilk yaşla Allah sənin kiçik və böyük günahlarını bağışlayar.»
Başqa yerdə İmam buyurur: «Ağlayanlar heç olmasa, Hüseyn (ə) kimisinə ağlasınlar. Çünki ona ağlamaq, böyük günahların bağışlanmasına səbəb olur.»
5. Behiştdə qalmaq: İmam Baqir (ə) buyurur: «Hüseynin (ə) əzasında ağlayanı Allah Behişt otaqlarının birində yerləşdirər.»
İmam Sadiq (ə) buyurub: «Kim Hüseyn (ə) haqqında şer oxuya, ağlaya, yaxud kimisə ağlada, hər ikisi Behiştə gedər. Kimin yanında Hüseyn (ə) adı çəkilsə və gözündən damcı da olsa, yaş axarsa, əvəzini Allah Behiştlə qiymətləndirər.»
İmam Sadiq (ə) başqa yerdə buyurur: «Kim Hüseynin (ə) əzasında ağlasa, yaxud özünü ağlayanlara oxşada, Behişt ona vacib olar.»
6.Şəfa tapmaq: İmamın əza məclislərinin bərəkətlərindənbiri də şəfa tapmaqdır. Dəfələrlə eşitmişik ki, Hüseyn (ə) əza saxlayanların bəziləri şəfa tapıb. Böyük müctəhid, məhrum Ayətüllahül-üzma Bürucerdi 90 yaşında gözləri sağlam, eynəksiz kitab oxuyurdu. Mərhum alim belə söyləyir: «Bir vaxt, Bürucerd şəhərində yaşayırdım. Güclü göz ağrısına düçar olmuşdum. Müalicənin faydası olmadı. Get-gedə ağrı artırdı. Məhərrəm ayı çatdıqda, əzadarlıq məclisinə gedirdim. Müxtəlif yerlərdən dəstə-dəstə camaat məclisə gəlirdi. Dəstələrdən biri məclisə daxil olanda, sanki mənəviyyət işığı gücləndi. Mən də kənarda oturub ağlayırdım. Bu vaxt həmin dəstənin ayaq tozundan götürüb gözümə çəkdim. Gözlərim sağaldı. İndi görmə qabiliyyətim də artıb. İmam Hüseynin (ə) bərəkətindən, hətta eynəyə də ehtiyac yoxdur.»
7. Hüseynə (ə) ağlayan, qiyamət günü ağlamaz: Rəsul-Əkrəm, (s) qızı Fatimeyi-Zəhraya (s.ə.) buyurdu: «Hüseyn (ə) müsibətinə ağlayan gözlərdən başqa, qiyamətdə bütün gözlər ağlar qalacaq. Ona ağlayan, qiyamət günü şad və gülər üz olacaq.»
8. Ölüm qorxusundan və cəhənnəm atəşindən amanda qalmaq: Müsmə deyir: «Bir gün İmam Sadiq (ə) buyurdu: «heç bilirsən düşmənlərimiz Hüseynlə (ə) necə rəftar etdilər?» Dedim: «Bəli.» «Yadına düşəndə narahat olub ağlayırsanmı?» Dedim: «And olsun Allaha, qəmginləşib ağlayıram.» Buyurdu: «Allah göz yaşlarına rəhm eləsin. Bizim dərdli günümüzə kədərlənib, şad günümüzə sevinən adamlardansan. Ölüm vaxtı əcdadım başın üstündə olarlar. Ölüm mələyi Əzrayıla sənin barəndə xoş danışarlar. Mələk səninlə, ananın övlada mehribanlığı kimi rəftar edər.» Sonra İmam buyurdu: «Kim Əhli-Beytin (ə) müsibətinə kədərlənsə, gözündən yaş axmamış Allahın ona rəhmi gələr. Hər damcısı Cəhənnəmə düşərsə, alovu sönər. Ağlayan gözlər bizə baxmaqla xoşhal olar.»
Bu şərif hədis göstərir ki, Cəhənnəm atəşi, İmam Hüseynə (ə) ağlayan göz yaşı ilə sönürsə, zəif dünya alovunun Hüseyn (ə) əzadarını yandırmaması, heç də təəccüblü deyil. Mərhum seyyid, doktor İsmayıl Mücab Hindistanda gördüyü hadisədən danışır: «Hindistandakı bütpərəstlərdənbəzilərinin İmam Hüseynə (ə) əqidələri olduğundan, Məhərrəmdə başqa müsəlmanlar kimi, əza saxlayıb sinə vururdular. Belə məclislərə maddi köməklik də edirdilər. Bir bütpərəst həmişə əza məclisində sinə vururdu. Dünyasını dəyişdikdə, adət-ənənə üzrə yandırıldı. Bədəni külə döndü, yalnız sağ əli və sinəsi yanmamışdı. Yaxın qohumları sinəsini və əlini gətirib, müsəlman qəbristanlığınadəfn edib dedilər: «Bunlar sizin Hüseynə (ə) aiddir.»
9. Hüseyn (ə) əzasında şerin təsiri: İmam Sadiq buyurur: «Hüseynə (ə) şer deyib ağlayan, yaxud başqasını ağladan şəxsə Allah Behişti vacib edər və günahlarını bağışlayar».
"Huseyn Ashiqi"
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 297 Bölmə: Maraqlı melumatlar