Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əzabın Sonu Cənnət Müjdəsidir...

"İman etdik" deyərək, sınanmadan buraxılacaqlarınımı sandılar? (Ənkəbut Surəsi, 2)

Uca Allah, "iman etdim" deyən qulunu dünya həyatında sınayacağını bildirər. İnsanların yalnız diliylə "mən inanıram" deməsi kafi deyil. Allah qullarından səmimi bir iman istər. İnsanın dünyadakı vəzifə və məsuliyyəti Allaha iman etmək, Quran əxlaqını yaşamaq, Rəbbinin sərhədlərini qorumaq və ONun razılığını qazanmağa çalışmaqdır.
Dini yaşamağa qərar verən insan, şeytanın özünü sapdırmaq üçün göstərəcəyi bütün səylərə baxmayaraq Allahın dümdüz yolunda getməkdə qərarlı olduğunu sübut etməlidir. Nəfsinin eqoist ehtiraslarını Rəbbinin məmnuniyyətinə seçməyəcəyini də davranışlarıyla göstərməlidir.
Peyğəmbərimiz(səv) də bir hədisində; "İman, ürəkdən bilib təsdiq etmə, dil ilə söyləyib təsdiq etmə, bədən üzvləriylə də əməl etməkdir." (Hz. Əli r.ə. Kutubu Sittə, 16. Dəri , Sf. 492) buyurar.
Allah, imanı yaşamağı qəbul edən qulunun qarşısına səbir göstərməsi lazım olan çətinliklər çıxaracaq və göstərəcəyi reaksiyalarla onu sınayacaq. Allah Quranda Bəqərə Surəsi, 155. ayədə, möminləri qorxu, aclıq, mallardan, canlardan və məhsullardan azaltmaqla sınayacağını bildirər.
Quranla xəbər verilməsinə baxmayaraq, iman edən insanın qarşılaşdığı çətinliklərə çaşması doğru deyil. Yaşanan çətinliklər sıravi kimi görünən gündəlik problemlər ya da böyük bir fəlakət kimi görünən hadisələr ola bilər. Səmimi mömin, bütününə imtahan gözüylə baxar, Allaha təvəkkül edər və ONU məmnun edəcək ən uyğun olan davranışı göstərər.
Mömin çətinlikdən, əziyyətdən, bəladan qaçmaz , çünki hər şey qüsursuz olsa, o zaman sınama olmaz. İmanın sınanması və yaşanan çətinliklər qarşısında imanın yetkinləşməsi, qısacası möhkəm ola bilmək üçün insanın çətinlik çəkməsii, canının ağrıması lazımdır.
İmtahan məkanı olaraq yaradılmış dünya, yaşadığımız hadisələrlə sınandığımız, sonsuz həyatımıza keçiş mərhələsidir. Çətinlik yaşamadan və o çətinlik anlarında Rəbbimizə sədaqətimizi, səbrimizi, təvəkkül və təslimiyyətimizi göstərmədən sonsuz xoşbəxtliyə çata bilmərik. Yaşadıqlarımızın imtahan verdiyinin şüurunda olsaq və gözəl əxlaq göstərsək, ən şiddətli çətinlik zamanında da Allahın köməyini ümid edə bilərik.

Yoxsa sizdən əvvəl gəlib-keçənlərin halı başınıza gəlmədən cənnətə girəcəyinizimi sandınız? Onlara elə bir yoxsulluq, elə dözülməz bir çətinlik çatdı və elə sarsıldılar ki, sonunda elçi, bərabərindəki möminlərlə; "Allahın köməyi nə vaxt olacaq?" deyirdi. Diqqət yetirin. Şübhəsiz Allahın köməyi çox yaxındır. (Bəqərə Surəsi, 214)
Allaha könüldən yönələn insan, yaşadığı çətinlik nə cür böyük olursa olsun, mütləq bir asanlıqla qarşılaşacaq və Allahın diləməsiylə doğrunu tapacaq. İmtahan dünyasının ən böyük qazanclardan biri, iman sahiblərinin sınamalar qarşısında göstərdikləri gözəl əxlaq, cəsarət və səbrin, onların axirətdəki dərəcələrini artıracaq olmasıdır. Bu, imtahanın hər vaxt möminlərin lehinə olan sirridir.
Yaşadığımız hər hadisədə bir İlahi hikmət vardır. Mömin bu gerçəyi hər vaxt ağılında tutar və daim Allahın məmnuniyyətinə uyğun rəftarlar sərgiləyərək imtahanını qazanmağa çalışar. İnanan insan imtahana talib olar; imtahanda Rəbbini görər və imtahanını sevər. Dünyada yaşadığımız imtahanların isə, ümid etdiyimiz sonsuz cənnəti düşündüyümüzdə heç bir əhəmiyyəti yoxdur.
"Yoxsa siz, Allah, içinizdən cəhd edənləri (səy göstərənləri) ifadə edib-ayırt etmədən və səbr edənləri də ifadə edib-ayırt etmədən cənnətə girəcəyinizimi sandınız?" (Əl İmran Surəsi, 142)
Allah eşqi ilə yanan qul, imtahanı, ağrıları Rəbbinə tam təslim olaraq yaşadıqdan sonra, alacağıi qarşılıq ən gözəlidir. Təvəkkülünün, səbrinin qarşılığında sonsuz qurtuluşu qazanar; əziyyət onu cənnətə çatdırar.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 84 Bölmə: Maraqlı melumatlar
loading...