Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslamda İNTİM: İslamda EŞQ, Eşqdə İSLAM

İslamda İNTİM: İslamda EŞQ, eşqdə İSLAM
İslamda intim: icazə və qadağalar

Sevgi hissi hər bir kəsdə mövcuddur. İnsan sevir. O, ata-anasını, doğmalarını, sevimli oyuncaqlarını, çayın şırıltısını, gülləri sevir. Sevgisiz yaşamaq mümkün deyil. Çünki Allah bu hissi hər bir insanın təbiətinə yerləşdirib. Bu hisslərin arasında elə bir şirin sevgi var ki, ustadlar ona şerlər qoşub, dastanlar yazıb. Əlbəttə ki, söhbət kişi ilə qadın arasındakı ülvi sevgidən gedir. Leyli və Məcnun, Əsli və Kərəm, Romeo və Cülyetta… Unudulmaz qəhrəmanlar. Bir-birinə sevgi duyan insanlar ruhən və qəlbən bir-birlərini istəməklə yanaşı, eyni zamanda bir-birlərinə cismən yaxınlığa can atırlar. Allah bu yaxınlığa olan tələbatı hər bir normal insanın təbiətində qoyub. Əks halda insan normal həyatdan özünü məhrum etmiş olacaq. Unutmayaq ki, Allah Adəmi yaratdıqda, onu tək qoymayıb Həvvanı da yaratdı. Axı kişinin qadına, qadının da kişiyə təbii tələbatı var! Buna görə, İslam dini bu təbii tələbatı ödəmək üçün hətta erkən yaşlardan ailə qurmağı daha məqsədəuyğun hesab edir. Şübhə yox ki, kişi ilə qadın arasındakı cinsi təmas ailə həyatının ayrılmaz hissəsidir. Bəs görəsən, İslam dininin bu məsələdə nə kimi icazə və qadağaları var?




Sevgi mütləqdir

İlk öncə onu qeyd etmək lazımdır ki, İslama görə kişi ilə qadın qarşılıqlı sevgi əsasında ailə həyatı qurmalıdır. Yalnız belə olduqda ən ideal və ən xoşbəxt ailəyə sahib olmaq mümkündür.

Cütlüklər arasında sevgi olanda nəinki məişət qayğıları rahatlıqla öz həllini tapır, bu həmçinin intim münasibətləri daha ehtiraslı, daha ülvi, daha sarsılmaz və davamlı edir. İslama görə, kişi ilə qadın bəzi istisnalar olmaqla, istənilən vaxtda cinsi əlaqə ilə məşğul ola bilərlər.


Həzrət Məhəmməd Peyğəmbər kişilərə belə məsləhət verib: «Qadınınızla yaxınlıq etməyiniz sədəqədir. Oradakılar soruşdular: Ey Allahın elçisi, şəhvətimizə görə savab da qazanırıq?! Həzrət dedi: …Halal yolla şəhvətini söndürən savab qazanır!»

Ümumiyyətlə həm kişi, həm də qadın qarşı tərəfin istəyini nəzərə alıb, vaxtı, həvəsi olmasa belə, buna etiraz etməməli və həyat yoldaşının istək və tələbatınıən gözəl şəkildə ödəməlidir. Əziz Peyğəmbərimiz bu barədə çox gözəl deyib: «Kişi həyat yoldaşını cinsi əlaqəyə çağırdığı zaman, qadın ocaq başında hətta yemək bişirirsə də, ərinin dəvətinə cavab versin». Lakin hər iki tərəf bir-birini nəzərə alıb, başa düşməlidir. Yəni, məsələn, qadın və ya kişi xəstələnərsə, onlar bir-birinə güzəştə getməyi bacarmalıdır.

Qadının qadınla, kişinin kişi ilə cinsi əlaqəsi

Həm qadının qadınla, həm də kişinin kişi ilə cinsi əlaqəyə girməsi birmənalı olaraq haram və yolverilməz, çirkin hərəkətlərdən sayılır. Qurana nəzər yetirək: «…Siz qadınları atıb, şəhaətlə kişilərin üstünə gəlirsiniz. Siz doğrudan da həddi aşmış bir tayfasınız!» Onların üstünə yağış yağdırdıq. Bir gör günahkarların axırı necə oldu». («Əraf» surəsi, 81-84-cü ayələr). Əziz Peyğəmbərimiz də bu haqda söyləyib: «Bir qadın digər qadına çılpaq bədənini toxundurmasın. Kişi kişinin övrətinə, qadın isə qadının övrətinə baxmasın. Bir kişi kişi ilə eyni yataqda, bir qadın bir qadınla eyni yataqda yatmaqdan çəkinsin!..»

Onanizm və zoofiliyaya

Həm onanizm, həm də zoofiliya dinimizdə ən pis əməllərdən sayılır. Quranda belə bir ayə var: (əl-Muminun» surəs«O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar… Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. Bundan artığınını istəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır)i, 5-7-ci ayələr).
Ayədən də göründüyü kimi, insan öz fitri ehtiyaclarını təbii yollarla ödəməlidir. İslamda heyvanlarla əlaqə, yəni zoofiliya da qəti şəkildə haram sayılır. Həzrət Məhəmməd Peyğəmbər bunu qəti şəkildə pisləyib: «Heyvanla cinsi əlaqədə olan şəxs - lənətlənmişdir!»

İslamın haram etdiyi cinsi əlaqə növləri

İslama görə, kişinin qadının aybaşısı olduğu halda onunla cinsi əlaqəyə girməsi yolverilməzdir. Qurani-Kərimdə bu barədə bunlar qeyd olunur: «…Heyz (aybaşı) əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (aybaşıdan) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!”(«Bəqərə» surəsi, 222-ci ayə).


Bunu unutmaq olmaz!

- Qadın bütün gözəlləşdirici vasitələrə əl atmalıdır ki, ərinə ən xoş anları yaşada bilsin. İslamda bu, çox dəstəklənir! O, ən gözəl paltarlarını geyinməli, ərinin xoşladığı ətirlər vurmalı, bəzək əşyalarından, cəlbedici gecə paltarlarından istifadə etməlidir.

- Cinsi əlaqədən öncə cütlüklər cansıxan sözlər danışmasa yaxşıdır. Əksinə bir-birinin könlünü açan şirin söhbətlər etməli, sevgi dolu sözlər deməlidirlər. Bu söhbətlərə bir qədər də ehtiras qatılarsa, cinsi əlaqə daha şirin alınar.

- Önəmli məsələlərdən biri cütlüklərin cinsi əlaqə zamanı təmiz, təravətli olmalarıdır. Kişi ilə qadının təmiz bədənlərindən bir-birlərinə gələn təbii qoxu çox təsirli gücə malikdir. Buna görə, vücudun təmizliyi ən mühüm şərtlərdən biridir.

- Cinsi əlaqəni daha təsirli, davamlı və maraqlı etmək üçün fantaziyanı işə salmaq lazımdır. Hərəkətlər, pozalar zaman-zaman dəyişilsə yaxşıdır. Onların seçimi isə ər-arvadın ixtiyarındadır.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 226 Bölmə: Maraqlı melumatlar
loading...