Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslamın fərd və kütlələrə təqdim edilməsi

İslamın fərd və kütlələrə təqdim edilməsi

Açıq dəvətlə əmr olunduğu andan etibarən Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) xüsusilə həcc və yarmarka zamanlarında çıxıb müxtəlif ərəb qəbilələrini və fərdlərini İslama dəvət edərdi. [/size]

Cahiliyyə dövründə Məkkəyə yaxın olan üç əsas yarmarka mövcud idi. Bunlar Uqaz, Məcnə və Zül Məcaz yarmarkalarıydı. Uqaz yarmarkası Taiflə Nəhlə arasındakı bir kənddə təşkil edilirdi. Burada təşkil olunan bazar Zül-Qadə ayının ilk günündən iyirmisinə qədər davam edərdi. Daha sonra Məcnəyə keçid alar və burada Zül-Qadənin sonuna qədər olan müddətdə bazar qurardılar. Bura Məkkənin alt tərəfində olan bir vadidir. Zül Məcaz isə, Ərəfat dağının arxasında təşkil edilirdi. Burada qurulan bazar isə, Zil-Hiccənin ilk günündən səkkizinə qədər davam edərdi. Daha sonra da həcc vəzifəsini icra etmək məqsədiylə dağılışırdılar.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın İslama və özünə yardım etməyə çağırdığı qəbilələr bunlardır :
Amir bin Sasaa oğulları
Muharib b. Hasfə oğulları
Fəzarə oğulları
Ğassan
Mürrə
Hənifə oğulları
Səlim oğulları
Abis oğulları
Nasi oğulları
Buqa oğulları Kində oğulları
Haris b. Kəb oğulları
Uzrə
Hudaramə

Dəyişik səbəblər və müxtəlif üslublarla da olsa, bu qəbilələrdən heç biri dəvətə qarşılıq vermədilər. kimisi gözəl və nəzakətli bir üslubla rədd edərkən, kimiləri də dəvətə qarşılıq verməkçün Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`dan sonra risalətin özlərinə verilməyini şərt qoydular. Kimiləri isə, qövmün və qəbilən səni bizdən daha yaxşı tanıyırlar, onlar iman etmədikcə, biz də iman etmərik. Demişdilər. Dəvəti ən çirkin şəkildə rədd edən qövm Müseylimətul-Kəzzabın qövmündən gələn heyət olmuşdur.


Tarix: 02.05.2013 / 22:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 74 Bölmə: Maraqlı melumatlar
loading...