Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahid Olmağa Gəldim

Kimsənin görmədiyi sən, indi, səni yoxluqda görəni "görməklə" vəzifələndirilmisən. Görməklə vəzifələndirilən sən, görünən deyil idin, görən də deyil idin. Görünməyin üçün var olmağın lazım idi heç olmasa. Amma O sənin yoxluğunu gördü, səni yoxluğunda da gördü. O səni gördüyü üçün sən var oldun, görünən və görən oldun.

Heç görünən olmasaydın, heç bir gözün gözdəsi olmayacaqdın. Görən olmasaydın, görən olmadığını belə görən ola bilməyəcəkdin. Sənə hər kəs kor olacaqdı. Dahası, sənə kor olduqlarına da kor olacaqdılar. Səni görə bilmək üçün axtarışa çıxmayacaqdılar belə. Səni görmək üçün gözləri yolda olmayacaqdı belə. Gözləri səni görmür deyə narahat olmayacaqdı. Sən hər şeyə kor olacaqdın. Dahası, hər kəsə kor olduğuna da kor olacaqdın. Görmək üçün işıq belə axtarmayacaqdın. Görəcək bir şeylərə ehtiyacın olduğunu belə görə bilməyəcəkdin. İşıq olsa belə gözünə dəyməyəcəkdi. Gözlərin görünməyə dəyər şeyləri görməyə dəyər olmamış olacaqdı.

İndi, harada dayandığına bir bax.. Ən başında söyləməyin istənən cümləni bir daha düşün:
"Əşhədu" Yəni, "Mən şahidlik edərəm ki"
Görülməyən və görməyən sənin, heç görülməsə görülməsi gözlənilməyən sənin, heç görməsə görməyi gözləməyən sənin, onsuz da görünməyə dəyər olana və görənə "şahid"olaraq seçilməyin, nə böyük sürpriz.. O ki görəndir; sən görməsənsə də görünərdi. Səni şahid seçməsə də görünürlüyündən bir şey azalmazdı.

Sən görünən deyilkən səni görən, indi özü görünən deyilkən "məni gör!" deyir. Üstəlik sənin görünməmə səbəbin yoxluğun idi. Onun görünməmə səbəbi isə varlığının sərhədsizliyi, sonsuzluğu. Üstəlik, sənin görməyin Onun görməsindən borc alınmış. Sənin ONU görməyinə O heç bir şəkildə möhtac deyil. Səni yox olduğun halda görəni, Sən onsuz da var olduğu halda görməklə "şəhid" sayılırsan. Görməyə və görünməyə möhtac sən, görməyə və görünməyə əsla möhtac olmayan Ona "şahid" olmağı Ona lütf sanırsan.

Halbuki

Sən görünməzdin.
Görünmədiyin halda O gördü səni.
Görünən etdi.

Halbuki

Sən görməzdin.
Sən görmədiyin halda, sənin görmədiyini O gördü.
Səni görən etdi.
Görünən və görən etdiyi sənə kompliment dedi.
Sənin Onun görünən və görən olduğu gerçəyinə şahidlik faktoru istədi.
"Məni gör!" dedi.
Gördünmü aldığın şərəfi?
Gördünmü heç görünməz yerlərdən sənə çatan iltifatı?
Gördünmü heç görə bilmədiyin tərəflərdən sənə edilən lütfkarlığı?

Elə isə

Sahib olmağa deyil, şahid olmağa mübtəda ol!
"Mən" deyə başlamağı layiq olduğun tək cümlə bu olmalı:
"Mən şahidlik edərəm ki, yoxdur ilah, ancaq Allah var."
"Mən" mübtədasının önünə, sonu gəlməz, səni doyurmaz, əlində qalmaz şeyləri düzmə.

De ki:

"Mən sahib olmağa deyil, şahid olmağa gəldim


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 96 Bölmə: Maraqlı melumatlar
loading...