Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QURANDA 11 Psixoloji Noqte

Bismillahir Rahmanir
Rahim


1. Quranın nəzərincə üç növ şəxsiyyət mövcuddur: mömin, kafir və münafiq. («Bəqərə», 2-20).

2. Mömin şəxsiyyətlər üç dərəcəyə bölünür: onlar ki, özlərinə zülm edirlər; onlar ki, təmkinlidirlər; qabaqda gedənlər. («Fatir», 32).

3. Kafir şəxsiyyətin bariz nümunəsi odur ki, qəlbini və düşüncələrini qıfıllamışdır, təzə söz eşitməyə və fərqli düşüncə qəbul etməyə heç bir yol qoymamışdır. Ona görə də həqiqəti dərk etməkdə acizdir.

4. Quranın nəzərincə münafiq şəxsiyyətin xüsusiyyəti zahir və batinində ikili kök atmasıdır. Ona görə də, şəkk və şübhəyə düçar olur və bir məsələdə hökm çıxarmaqda aciz olur. (“Munafiqun”, 8-20).

5. Qurani-Kərimdə qəm və qüssəni yaradan amillər və onların aradan qaldırılması haqda çox sayda ayələr vardır. Bəzən ayrılıq qəmini görüş ilə, bəzən yoxsulluq qəmini müjdə ilə, bəzən də Rəsullahın (s) qəmini Uca Allahın tövsiyələri ilə müalicə edir.

6. Quranın nəzərində qorxu iki növdür: bəyənilmiş qorxu və bəyənilməmiş qorxu. Bəyənilmiş qorxu Allahdan və onun ədalətindən qorxmaqdır. Bu da rəftarı islah edər. Bəyənilməmiş qorxu isə müəyyən səbəblərə görə əzab çəkməkdir ki, bu da nəfsə hakim olmağı aradan aparar. Belə qorxu ilə mübarizə etmək lazımdır. (“Əhzab”, 10-11).

7. Quranın nəzərincə qəzəbin iki növü vardır: faydalı qəzəb və dağıdıcı qəzəb. Faydalı və ya yerində olan qəzəb, hədəfə çatmaq yolunda lazım olur. Ancaq dağıdıcı qəzəbi müalicə etmək lazımdır. Qurani-Kərim bunun üçün səbir etməyi tövsiyə edir, yaxşı əməlləri mükafatlandıracağını vəd edir, Allahın qüdrətini və qəzəbini yada salır. (“Şura”, 36, 37, 43; “Ali-İmran”, 133 və 143, “Nur”, 22).

8. Quranda psixologiyanın iki növ müdafiə mexanizminə işarə edilmişdir: səbəb axtarmaq (“Bəqərə”, 11-12), reaksiya vermək (“Bəqərə”, 204-205 və “Munafiqun”, 4).

9. Quran mədəniyyətində ən təsirli psixoterapiya Quran nəsihətlərindən və moizələrindən istifadə etməklə olur. (“Yunis”, 57).

10. Quranın psixoterapiya üslubundan daxili rahatlıq və iman əldə edin. (“Ənam”, 82).

11. Allahı yada salmaq qəlbləri rahat edər. (“Rəd”, 28).

Həqiqətən mən ,şər yaratmaq ,fitnə-fəsad törətmək, zülm və riyakarlıq üçün deyil , cəddimin (s) ümmətini islah etmək ,əmr be məruf və nəhz əz münkər etmək üçün qiyam etdim

Hz İmam Hüseyn əleyhissalama


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 128 Bölmə: Maraqlı melumatlar
loading...