.★★★..:::.QURAN və MəN.:::..★★★.
Dedim: Çox tənhayam...
Dedi: Mən ki sənə çox yaxınam. ("Bəqərə",186)
Dedim: Bilirəm SƏN mənə yaxınsan, amma mən SƏNDƏN uzağam. Kaş ki mən də SƏNƏ yaxın ola biləydim.
Dedi: Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində RƏBBİNİ yad et. ("Əraf", 205)
Dedim: Bu da SƏNİN köməyini istəyər.
Dedi: ALLAHIN sizi bağışlamasını istəməzsinizmi? ("Nur", 22)
Dedim: Əlbəttə ki, məni bağışlamağını çox istəyirəm.
Dedi: (Elə isə) RƏBBİNİZDƏN bağışlanmağınızı diləyin və ONA tövbə edin. Həqiqətən, RƏBBİM (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir! ("Hud", 90)
Dedim: Çox günahkaram, bu qədər günahla mən nə edim?
Dedi: Məgər onlar bilmirlər ki, ALLAH qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar. Və ALLAH tövbələri qəbul edəndir, rəhmlidir?! ("Tövbə", 104) Dedim: Dəfələrlə tövbə edib tövbəmi pozdum, artıq üzüm qalmadı.
Dedi: Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan (ALLAHDIR)! Ondan başqa heç bir tanrı yoxdur. ("Ğafir", 3)
Dedim: Bu qədər günahım var, hansının tövbəsini edim?!
Dedi: ALLAH bütün günahları bağışlayandır. ("Zumər", 53)
Dedim: Yəni gəlsəm, yenə məni bağışlayarsanmı?
Dedi: Axı günahları ALLAHDAN başqa kim bağışlaya bilər? ("Ali-İmran", 135)
Dedim: Nə qədər gözəlsən ALLAHIM! Bilmirəm bu sözlərin qarşısında nə üçün içim içimə sığmır və şam kimi yanmağa başlayıram, Səni çox sevirəm. Dedi: Şübhəsiz ki, ALLAH tövbə edənləri və təmizlənənləri sevir. Birdən:
“İLAHİM və RƏBBİM, mənim SƏNDƏN başqa kimim var”, -dedim. O da: “ALLAH ÖZ bəndəsinə kifayət deyilmi?” ("Zumər", 36) - dedi.
Dedim: SƏN ki məni bu qədər çox sevirsən və mənə qarşı bu qədər həlimsən mən nə edə bilərəm?
Dedi: Ey iman gətirənlər! ALLAHI çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin! (Sübh,zohr,esr, sam və isa namazlarını qılın!). Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. (Və ya: mələkləri də Ondan sizin bağışlanmağınızı dilərlər!). ALLAH möminlərə rəhm edəndir! ("Əhzab", 41-43)
ALLAH-ım günahlarımı bağışla İNŞALLAH.... AMIN...!!!
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 141 Bölmə: Maraqlı melumatlar