Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Duanın Qəbul Olma şərtləri

Duanın qəbul olma şərtləri:
1.Dua edən halal tikə yeməlidir-Çünki duanın qəbul olmasının əsli halal tikədir. Allah buyurur :
Mən duanın qəbul olunmasını halal tikədə qərar vermişəm.Bir nəfər peyğəmbər (s) yanına gəlib duasının qəbu olmasını istədi.Peyğəmbər buyurdu :
-Yeməyini pak və halal et.
2.Bəndəçilik etmək- Allah öz vədinə xilaf çıxmaz. Hər kəs Allaha itaət etsə və onu çağırsa əlbət əvəzini alar. Əməlsiz dua edən yaysız ox atan kimidir.
3 .Qəlbdən diqqət etmək lazımdır- Peyğəmbər (s) həzrət Əli (ə) vəsiyyət edərkən buyurur:
- Allah qafil olan ürəyin duasını qəbul etməz.
Həzrət Əli buyurur:
- Xalis niyyət ilə azad olmaq mümkündür .Qorxu çox olanda Allaha pənah apar.
4.Qəbul olmağa yəqin və inam olsun- Peyğəmbər(s) buyurur :
-Hər kəs Allahı çağırsa və ziyanında, xeyirində onun tərəfindən olduğuna inansa, duası qəbul olunar.
5.Duadan əvvəl sədəqə verilsin- İmam Sadiq buyurur :
-Atam bir hacət istəyəndə zöhr vaxtı istər, əvvəl sədəqə verər ,xoş ətir vurub məscidə gedərdi.
6. Duanı salavat ilə başlayıb bitirmək lazımdır -Sadiq(s) buyurur :
-Əgər Allahdan hacət istəyirsinizsə duanızı peyğəmbər(s) və əhli beytinə calavat göndərməklə başlayın və bitirin. Çünki Allah elə deyil ki, duanı əvvəl və axırını qəbul etsin, lakin ortasını qəbul etməsin.
Peyğəmbər buyurur :
-Mənə salavat göndərməyiniz duanızın qəbul olması və əməllərinizin zəkatıdır.
7. Əlləri yuxarı qaldırmaq lazımdır - İmam Sadiq buyurur:
- Bu Allahın elm və qüdrətinə bərabərdir. Lakin o özü əmr etmişdir ki ,bəndələr əllərini yuxarı qaldırsınlar. Çünki ruzi mənbəyi səmadır.
Əgər bəndə dua edərkən əllərini yuxarı qaldırsa, Allah onu boş qaytarmaz, öz fəzlini və rəhmətini əta edər .


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 88 Bölmə: Maraqlı melumatlar
loading...