Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyatdakı Cənnət əsintiləri

Bir qisim çətinlikləri olsa belə, həyat, heç də İddia edildiyi kimi pis deyil.
Bəli, yaşam boyunca, zaman zaman bir qisim çətinliklər, bir qisim xəyal qırıqlıqlarıyla qarşılaşıla bilər. Ancaq, varlıqla içli-çöllü olmaq, növ növ gözəlliklərə oyanmaq, gözəl şeyləri tanımaq; ən baş döndürücü, ən təəccüblü şeylər arasında gəzmək; ən nəfis qoxulan iyləmək, ən ləziz şeyləri dadmaq; nəfəs almaq, çöllərdə gəzmək; inanmaq, ümid etmək, o dünyaya aid min bir gözəlliyi burada hazırlamaq və min bir gözəllik üçün hazırlanmaq kimi insanla, insanın duyğularıyla gələn nə qədər gözəl şey varsa, dərhal hamısı da həyat vasitəsiylə sezilməkdə, həyat vasitəsiylə qavranılmaqda və həyatla qazanılmaqdadır.

Əslində bir çox istiqamətləriylə ölüm də gözəldir. Ancaq o, həyatını, düşünərək, inanaraq, inandığını yaşayaraq davam etdirənlər üçün çox xoşbəxt və arzu edilə biləcək qədər sevimli bir aqibət olsa da, həyatını cismaniyyətə bağlı keçirənlər üçün heç də darıxılacaq bir şey deyil. Əksinə o, belələri üçün fövqəladə darıxdırıcı,sıxıcı,dadsız və ağrılı bir sondur.

İnanan insanın nəzərində həyat, hər yanıyla min bir gözəlliyin qaynağı və Uca Yaradanın sonsuz rəhmətinin bir təzahürüdür. Həyat sayəsində içində yaşadığımız və eyni zamanda bir parçası olduğumuz bu şirin dünyanı yaxşılaşdırmağa, gözəlləşdirməyə çalışar, inanc və ümidlərlə girdiyimiz fərqli bir zaman ölçüsündə, hər cür təsəvvürlərin üstündə zövqlərə çatar, işin eynilə həzz halına gəldiyini duyar və həyatımızı qatlayaraq yaşaya bilərik.

Min bir rəng cümbüşü içindəki bu təbiət kitabı, ondakı bu başdöndürücü gözəllikləri sezib anlaya biləcək idrak və şüur, gözəlliklərə oyanmış bir könül sonra bütün bunların yanında, əşyada qənaətə sahib və istifadəyə malik olduğumuza əlamət saya biləcəyimiz bir iradənin bəhs edilməsi və insanın da bütün bunların fərqində olması... bəli, bütün bunlar gözəl deyilmi?

Bundan əlavə olsa olsa insana, hər-gün ayrı bir nizam və gözəllik qapısını axtarıb tapmaq və onu açmağa məcbur etmək, sonra da qaranlıqları arxaya ataraq davamlı işıqlıqlara doğru qaçmaq qalır.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 61 Bölmə: Maraqlı melumatlar
loading...