Bismillahi-Rehmani-Rehim!
Ət-Tövbə sürəsi Ayə 100:
﴿وَالسَّابِقُونَ الأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالأَنصَارِ وَالَّذِينَ اتَّبَعُوهُم بِإِحْسَانٍ رَّضِيَ اللّهُ عَنْهُمْ وَرَضُواْ عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي تَحْتَهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ذَلِكَ الْفَوْزُ الْعَظِيمُ﴾
“Mühacirlərdən, ənsardan və yaxşılıqda onlara itaət edənlərin öncüllərindən Allah razıdır. Onlar da Allahdan razıdırlar. Onlar üçün altından çaylar axan bağlar hazırlanmışdır və orada əbədidirlər. Budur böyük qurtuluş və feyz.”
Nöqtələr
◘Bu ayədə ilkin İslam dövrü müsəlmanları üç dəstəyə bölünmüşdür: İslam və hicrətdə öncüllər; Peyğəmbərə (s) və mühacirlərə yardımda öncüllər; onların yolunu davam etdirən arxada gələnlər.
◘İmam Sadiq (ə) buyurmuşdur: “Allah öncə müsbət keçmişli mühacirləri, sonra ənsar və köməkçiləri, daha sonra onların ardıcıllarını yada salır. Beləcə, hər bir dəstənin məqamı öz yerində bəyan olunmuşdur.”
◘Müsəlmanların ümumi rə`yinə görə, İslamı qəbul etmiş ilk qadın həzrət Xədicə olmuşdur. Bütün şiə və bə`zi sünni mənbələrinin bildirdiyinə görə, İslamı qəbul etmiş ilk kişi Əli ibn Əbi-Talibdir (ə). Həzrət Əlinin (ə) ilk iman gətirən kişi olduğunu hamı qəbul etsə də, bə`ziləri bildirirlər ki, on yaşlı növcavanın imanı ciddi deyil. Onların cavabında deməliyik ki, Həzrət İsa və həzrət Yəhya da uşaq vaxtı peyğəmbərliyə çatmışdı.
Bildirişlər
1. Yaxşı işdə öncüllük dəyərdir. Hərəkatlarda öncüllərin mövqeyi hifz olunmalıdır.
2. Mühacirlərin və ənsarın bir qismi ilahi razılıq əldə edə bilmir.
3. Keçmişdəkilərin hər baxışına yox, kamilliklərinə itaət dəyərdir.
4. Mö`min Allahın qəzavü-qədərindən razı olarsa, Allah da ondan razı olar.
5. Behişt iman, öncüllük, hicrət, yardım və ehsan sayəsində əldə olunur.
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 125 Bölmə: Maraqlı melumatlar