On bir yerdə salam vermək məkruhdur; yəhudi və nəsraniyə, cümə namazında imam cümə xütbə söylədiyi və camaatın da qulaq asdığı vaxt, hamamda və başqa halda çılpaq vəziyyətdə olana, azan və ya iqamə deməklə məşğul olana, Qur`an oxuyana, hədis, yaxud elmi məsələ barəsində danışmaqla məşğul olana, qumarbaza, mahnı oxuyana, günah halında olan hər bir kəsə, ayaqyolunda olana və naməhrəm qadına.
On bir şey hafizəni qüvvətləndirər; halal yemək, şirniyyat, ət, mərci, Ayətəl-Kürsi oxumaq, həmişə dəstəmazlı olmaq, üzü qibləyə oturmaq, ata-anaya itaət etmək, əməl sahibi olan alimin üzünə baxmaq, alimin sözünə qulaq asıb ona əməl etmək və gecə namazı.
On bir şey ölümü gecikdirər; çoxlu sədəqə, çoxlu dua, ata-anaya itaət, gecə namazı, dan yeri açılmamışdan (yəni, fəcrdən, sübh azanından qabaq) istiğfar etmək, gecə-gündüz nafilələrinə riayət etmək, camaat namazı, mö`minlərdən ötrü dua, çoxlu Qur`an oxumaq, gizlində də, aşkarda da Allahı yad etmək və salavat göndərmək.
Xoşagəlməz xüsusiyyətlərin kökü on bir şeydir; çox yemək, çox danışmaq, qəzəb, paxıllıq, mal-dövlət məhəbbəti, şöhrətpərəstlik, təkəbbür, özünəpərəstiş, riya, lovğalıq, özünübəyənmə və bir də xəsislik.
Bəyənilmiş əxlaqın da on bir kökü var; tövbə, Allahdan qorxmaq, ümid, zahidlik, səbr, şükür, ixlas, doğru danışmaq, təqdirə razılıq, camaatı sevmək, ölümü yad etmək.
Həzrət Əli (ə) deyir ki, bir gün Peyğəmbərdən (s) soruşdum: “Məsx edilmiş (şəkli dəyişdirilmiş) heyvanlar hansılardır?” Buyurdu: “On üç heyvan; fil, ayı, donuz, meymun, ilanbalığı, kərtənkələ, yarasa, qara qurd, əqrəb, hörümçək, dovşan, süheyl və zöhrə (sonuncu iki heyvan dənizdə yaşayan su heyvanlarıdır.)” Soruşdum:
“Bunların məsx olmasının səbəbi nədir: Buyurdu: Fil «ləvatla məşğul olan» bir kişi idi. Ayı «mərde mabuni» idi ki, kişiləri özünə çağırırdı. Donuz olanlar bir dəstə nəsrani idi ki, Allahdan onlara asimandan bir yemək göndərmələrini istədilər və bu istəkləri həyata keçdi, lakin, bu hadisə onların küfrlərini daha da artırdı. Meymun olanlar öz dinlərinin şənbə günü barədə onlara verdiyi göstərişə boyun əyməyənlər idi. İlanbalığı öz arvadını başqa kişilərin ixtiyarında qoyan bir dəyyus idi. Kərtənkələ köçəri həyat tərzi yaşayan bir nəfər idi ki, Həccə gedənlərin yolu üstündə gizlənib onların mallarını oğurlayardı. Yarasa da xurma oğrusu idi ki, camaatın xurmasını elə ağacların üstündən oğurlayardı. Qara qurd dostların arasını vurmaqla məşğul olan sözgəzdirən bir şəxs idi. Əqrəb acıdilin biri idi ki, dili ilə hamını sancardı. Hörümçək ərinə xəyanət edən qadın idi. Dovşana çevrilən də bir qadın idi ki, heyz və s. qüsullar almazdı. Süheyl yəmən əhlindən olan bir nəfər idi. Zöhrə isə Harut və Marut adlı mələkləri aldadan nəsrani qadın idi.”
Mərhum Şeyx Səduq buyurur ki, məsx olan insanlar üç gündən artıq yaşamırlar və onların nəsil artırma qabiliyyətləri də olmur. Yuxarıda qeyd olunan məsx olunmalar şərti xarakter daşıyır. Yə`ni, məsx olunan insanlar sadəcə olaraq adları çəkilən heyvanlar şəklinə çevrilmişlər, nəinki, həmin heyvanların mənşəyi bu məsx olunmadan başlanır.
Həzrət Əli (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Müsəlman qarnının altında (insanın cinsiyyət üzvünün ətrafında) olan tükləri təmizləməyi qırx gündən artıq təxirə salmamalıdır.”
Həzrət Riza (ə) ata-babalarından (ə) həzrət Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Meracda olarkən ərşdən asılmış bir kişi gördüm ki, öz qohumlarından şikayət edirdi. Ondan soruşdum: “Şikayət etdiyin qohumunla sənin aranda nə qədər fasilə var?” Dedi: “Qırx ata.” (yəni insan gərək bacardığı və tanıdığı qədər öz ata-babalarını yad edərək, hətta, qırx nəsil özündən qabaqkıların da, əldən vermiş olduqları əməlləri yerinə yetirib, onlar barəsində dua və ehsan etsin.)
Aristotel deyib: “Padşahla yoldaşlıq etməkdən çəkin, dostunla təvazökar ol, düşməninə qarşı bədgüman, başqaları ilə xoş keçin, özün barədə nəfsani və dinin ziddinə olan istəklərinə qarşı müxalif ol, Allah qarşısında isə təqvalı ol.
Loğman öz oğluna vəsiyyətində deyib: Ey oğul! Sənə altı şey vəsiyyət edirəm. Bu altı şeydə əvvəldəkilərin və axırdakıların elmi xülasələnib:
1. Dünyada qalacağın müddətdən artıq bu aləmə bağlanma.
2. Axirət üçün orada qalacağın qədər iş gör.
3. Allaha Ona ehtiyacın olduğu qədər itaət et.
4. Bütün qüdrət və bacarığını atəşdən nicat tapmağa sərf et.
5. Atəşə dözməyə qüdrətin çatdığı qədər günah et.
6. Günah edərkən elə bir yer seç ki, heç kəs səni görməsin. (Yəni, hətta, Allah və mələklər də.)
Cəbrail (ə) buyurub: “Mən dünyada üç şeyi sevirəm; yolunu azmışa (itən şəxsə) yolu göstərmək, zərər çəkmişə kömək, zavallı insanlarla dostluq edib onlara məhəbbət göstərmək.”
Həzrət Riza (ə) buyurub: “Hər kim məni qürbətdə ziyarət etsə Qiyamət günü üç anda onun köməyinə gələrəm və onu qorxudan xilas edərəm; sağdan və soldan əməl dəftərlərinin verildiyi zaman, sirat körpüsündən keçən zaman və əməllər haqq-hesab olunan zaman.”
Allah-təala üç qadını qəbir əzabından amanda saxlayıb Qiyamət günü Fatimeyi Zəhra (ə) ilə məhşur edər. Həmin qadınlar bunlardır; ərinin əli aşağı olan zaman səbr edən (və ondan ayrılmayan) qadın, ərinin bəd əxlaqına səbr edib ondan boşanmayan qadın və mehriyyəsini ərinə bağışlayan qadın.Hzrəti Məhəmməd (s.ə.s)
Yalan yalnız üç yerdə caizdir; qadının razılığından ötrü, döyüş meydanında və (küsülülərin arasını) düzəltməkdən ötrü.
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 201 Bölmə: Maraqlı melumatlar