Həqiqətən, gənclərin öz yolunu azma səbəbləri və onların problemləri çoxdur və müxtəlifdir. Ona görə ki, insanlar gənclik dövründə fiziki və əqli inkişaf baxımından bir çox böyük mərhələlər keçirlər. Çünki bu mərhələlər inkişaf dövrü olduğu üçün onlar cismanı və fiziki dəyişiklik baxımından sürətli inkişafa yiyələnirlər. Belə bir mərhələdə müsəlman gənci özünü nəfsi saxlamaq, iradəsini qorumaq, doğru yola aparan hikmətli idarəçiliyə hazırlamalıdır.
AZĞINLIĞIN ƏN MÜHÜM SƏBƏBLƏRİ:
1. Vaxtı boş keçirmək:
Vaxtı boş keçirmək düşüncəni, ağlı və fiziki gücü məhv edən bir xəstəlikdir. Belə ki, bədən hərəkət etməli və fəaliyyət göstərməlidir. Əgər bədən hərəkət etməz və fəaliyyət göstərməzsə, bu zaman düşüncə kütləşər, ağıl daralar və fiziki güc zəifləyər. Bundan sonra isə insanın qəlbinə vəsvəsələr hakim kəsilər və pis fikirlərə düşər. Ola bilsin ki, boş vaxtlarından vərdiş etdiyi pis bir əməlini daha da qatılaşdıracaq bədxah istəklərə də düşsün. Bunun həlli yolu aşağıdakı kimidir: həmin gənc onu bu boşluqdan ayıracaq və cəmiyyətində həm özü və həm də başqaları üçün onu sağlam bir işçiyə çevirəcək oxuyub-yazma, ticarət və başqa bu kimi istədiyi işə can atmalıdır.
2. Bir ailədə yaşayan və digər gənc və ya yaşlı nəslin bir-birinə qayğısızlığı,
biri-birilərindən kənar gəzmələri: Yaşlı nəslin bəzi nümayəndələri özlərinin və başqalarının gənc övladlarının sapıntılarını görərkən, onların ayağa qaldırılıb islah olunmasına acizanə baxaraq öz ümidlərini kəsirlər. Bununla da həmin gənclərə qarşı nifrət, onlardan uzaqlaşmaq və istər yaxşı, istərsə də pis yaşadıqları vəziyyətdə onlara əhəmiyyət verməmək meyilləri artır. Elə də olur ki, bunu bütün gənclərə aid edir və bununla da özlərində onlara qarşı pis düşüncələr yaradırlar. Cəmiyyət bununla ikiyə parçalanır, gənc və ya yaşlı nəsil biri-birinə xor gözü ilə baxır. Bu da cəmiyyətləri viran qoyan bəlalardandır.
Bu problemi həll etmək üçün gənc və yaşlı nəslin bütün nümayəndələri öz aralarında yaranmış bir-birilərinə yadlaşma və bir-birilərindən uzaqlaşma məsələsini həll etməli, habelə hər bir kəs cəmiyyətin gənc və yaşlılarla birgə bir bədəni təşkil etməsinə və onun hər hansı bir üzvünün sıradan çıxdığı təqdirdə bütün bədənin sıradan çıxacağına inanmalıdır.
Həmçinin yaşlı nəslin nümayəndələri öz üzərilərinə düşən gənclər kimi böyük məsuliyyəti dərk etməli və onların islah olunması mövzusunda qəlblərinə kök atmış ümidsizliyi özlərindən uzaqlaşdırmalıdırlar. Həqiqətən, Allah hər şeyə qadirdir. Nə qədər insan öz yolunu azırsa azsın, Allah onu haqq yoluna yönəldər və həmin insan da hidayət yoluna işıq salan bir məşəl və qurtuluş yolunun dəvətçisinə çevrilər.
Gənclər də öz növbəsində böyüklərinə hörmət etməli, yaxşı münasibət bəsləməli və onların məsləhətlərini dinləməlidirlər. Çünki onlar hadisələri və həyatın qanunlarını gənclərin dərk etmədiklərindən də gözəl anlayırlar. Deməli, yaşlı nəslin hikmətli biliyi gənc nəslin güc-qüvvəsi ilə vəhdət təşkil edərsə, cəmiyyət Allahın iznilə qurtuluşa və səadətə nail olar.
3. Öz yolunu azmış insanlarla əlaqə yaratmaq və onlarla dostluq etmək:
Həqiqətən, bu amil gənclərin ağlına, düşüncəsinə və davranışlarına güclü təsir göstərir. Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) belə buyurmuşdur: “İnsan öz dostunun dinində olar. Siz də kiminlə dostluq edəcəyinizə diqqət yetirin!”(Hədisi Tirmizi “Kitab əz-Zühd”də rəvayət etmiş (45-ci fəsil 2378-ci hədis) və onun qərib-həsən olduğunu bildirmişdir. Albani “Sahih əl-Cəmi”də hədisin həsən olduğunu qeyd etmişdir. )
Başqa bir hədisdə isə Peyğəmbər (s) belə buyurmuşdur: “Pis yoldaş ağzından od puskürən insan kimidir. O ya sənin paltarını yandırar, ya da ondan pis qoxular hiss edərsən.”(İmam Buxari “Alqı-satqı” kitabında ətir və misk bölümündə (2101), həmçinin ‘Kəsilən və ovlanan heyvanlar’ kitabında misk bölümündə (5534) bu hədisi qeyd etmişdir.
Imam Müslim isə “Qohumluq əlaqələri və ədəb” kitabında yaxşı istək bölümü, “salehlərin məclisləri” (2628).)
Bunu aradan qaldırmaq üçün gənclər özlərinə xeyirli, doğru və ağıllı dost seçməlidilər ki, sonradan onların xeyirlərində, doğruluğundan və ağıllarından da faydalana bilsinlər. İnsanlar belələri ilə yoldaşlıq etməzdən əvvəl onların vəziyyətləri və kimliyini xəbər alırlar. Əgər onlar yüksək əxlaqlı, dinə doğru əməl edən və tərifəlayiq şərəfə malikdilərsə, bu onların əldə etməli və qazanmalı olduğu ən ali bir məram olduğundan onlarla münasibət qurmalıdırlar. Belə olmadığı halda isə bu cür insanlardan çəkinməli, uzaqlaşmalı və gözəl sözlərə, yaxşı münasibətə aldanmamalıdırlar. Bu, bədbin insanların sadə camaatı özlərinə çəkmək üçün əl atdıqları yalançılıqdır. Bəlkə də onlar bununla öz çirkinliklərini artırır və yaratdıqları fitnə-fəsadları bununla ört-bastır etmək istəyirlər.
4. İnsanı öz dinində və əqidəsində şəkk-şübhəyə salan məqalələrdən, qəzetlərdən, jurnallardan və digər mətbuat vasitələrindən bəzi iftiraçı yazıların oxunması:
Bu cür məlumatlar insanı yüksək əxlaqi dəyərlərdən pis fikirlərə sürükləyir. O cümlədən bu vasitələr haqqı batildən, xeyri şərdən fərqləndirmək üçün dərin dini bilik və kəskin düşüncə müqaviməti olmadığı təqdirdə gəncləri küfrə və rəzalətə aparır.
Bu kimi məlumatların oxunması gəncləri başdan ayağa dəyişir. Çünki bu məlumatlar heç bir maneəsiz gənclərin ağıl və düşüncələrindəki geniş məhsuldar əraziyə öz mənfi təsiri göstərir, onun yenidən sağalmasına maneəçilik tərədir və gənclərin ağıllarında və yaşayışlarında müxtəlif cizgilərinlə özünü biruzə verir.
Bunun aradan qaldırılması üçün gənclər bu cür məlumatlardan kənar olub qəlblərində Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) olan sevgi toxumlarını səpən, Allaha imanı və saleh əməli dirçəldən və bu yolda səbr etməyi öyrədən kitabları oxumalıdırlar.
Faydalı kitabların ən əhəmiyyətlisi Allahın kitabı, həmçinin elm əhlinin səhih isnadla, ağla sığan, səmimiyyətlə ortaya çıxardıqları Allahın kitabını açıqlayan Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun!) Sünnəsi və elm əhlinin hər iki müqəddəs mənbədən dini dərindən bilmək üçün qələmə aldıqları elmi əsərlərdir.
5. Bəzi gənclərin İslamın insan azadlığını buxovlaması, gücünü və qüvvəsini əlindən alması haqqında zənnə qapılmaları:
Gənclər bu cür zənnə düşərək İslamdan qaçırlar. Həmçinin, onlar İslamı öz camaatını geriyə çəkən və onların inkişafına və tərəqqisinə maneəçilik törədən bir din olduğunu düşünürlər.
Bu müşkülatı aradan qaldırmaq üçün ağlagüman təsəvvürlərin üzərindən sədd çəkmək, cavanları maarifləndirmək və onların İslamın həqiqətlərini görmələrini təmin etmək lazımdır. Şair gözəl buyurmuşdur:
Ağzı xəstə və yara olan bir insan içdiyi suyun acı olduğunu sanar.
İslam insan azadlığını buxovlamır. Əksinə, o insanlara hədsiz mütləq azadlıq verərkən bir insanın azadlığı başqa insanın azadlığını pozmaması üçün onu düzgün nizama salar və sağlam istiqamətə yönləndirər. Hədsiz mütləq azadlıq istəyən bir insanın cəzalarsız və qanunsuz onu əldə etməyi mümkünsüzdür. Qanunların və cəzaların tətbiq olunmadığı təqdirdə isə insan azadlıqları arasında toqquşma yaranar, özbaşınalıq hökm sürər və qarışıqlıq ortaya çıxar.
Uca Allah dini qayda-qanunları hədd adlandıraraq hökmlərin ali olduğunu buyurmuşdur: “Bunlar (bu hökmlər) Allahın hədləridir, bunları aşmayın!” (əl-Bəqərə, 187) Digər bir ayədə isə bunun məcburu olması haqqında belə buyurur: “Bunlar Allahın hədləridir (hökmləridir). Onlardan kənara çıxmayın.” (əl-Bəqəqə,229)
Burada bəzi insanların zənn etdikləri buxovla əl-Həkim (hikmətli) və əl-Xabir (hər şeydən xəbərdar) olan Allahın öz qullarına qanun kimi qoyduğu doğru istiqamət və nizam-intizam arasında böyük fərq var.
Buna görə də bu problemin ortaya çıxmasına heç bir lüzum yoxdur. Nizam-intizam bu quruluşun bütün sahələrində real bir qanun olduğu kimi, insan da öz təbiət etibarilə həmin real nizam-intizama tabedir
İnsan aclıq və susuzluğun tələbatlarına, həmçinin yemək-içmək qayda-qanunlarına tabe olaraq, səhhətini qorumaq üçün miqdar, keyfiyyət və növ nöqteyi-nəzərindən yemək və içməyinin nizamına özünü alışdırır.
Həmçinin, insan şaşayışında, geyimində, davranış və hərəkətlərində öz ölkəsinin adətlərinə əsaslanaraq ictimai qayda-qanunlara uyğunlaşır. Məsələn, o, paltarların geyinilmə tərzi və növü, evin tikilmə tərzi və formasına, o cümlədən hərəkət qaydalarına uyğunlaşır. Onu da qeyd edək ki, əgər insan bunlara uyğunsuzluq göstərərsə, adət halını almış işlərə qarşı çıxanlara deyilənlər ona da deyilər.
Bütün həyat işlərin məqsədəuyğun hərəkət etməsi üçün müəyyən qanunlarla tənzimlənir. Əgər ictimai qanunlara tabeçilik göstərmək bir tabeçilik nümunəsidirsə, burada cəmiyyətin yaxşılığı və özbaşılanılığın aradan qaldırılması məqsədi olmalı və heç bir vətəndaş bundan üz çevirməməlidir. Şəri qayda-qanunlara bu cür itaətkarlıq göstərmək ümmətin mənafeyi üçün qaçınılmaz bir işdir. Belə olan halda, bəzi insanlar bundan necə boyun qaçıra və İslamın insan azadlığını buxovlamasını necə düşünə bilərlər? Həqiqətən, bu, açıq-aydın bir böhtan və insanı günaha sürükləyən batil bir zəndir.
Beləliklə də İslam insanın güc-qüvvəsini buxovlamır, əksinə İslam düşüncə, ağıl və fiziki gücün açıq-aydın meydanıdır.
İslam insanın hörmət duyması, ağlını və düşüncəsini inkişaf etdirməsi üçün onu fikrini artırmağa və idrakını dərinləşdirməyə səsləyir. Uca Allah belə buyurur: “(Ya Peyğəmbər! Bu müşriklərə) de: "Mən sizə ancaq bir öyüd verəcəyəm. Allah xatirinə (məni dinlədikdən sonra məclisimdən) iki-iki, bir-bir durun (durub gedin), sonra da bir dərindən düşünün...” (Səba, 46) Başqa bir ayədə isə Uca Allah belə buyurur: “De: "Bir gör göylərdə və yerdə (Allahın birliyini və qüdrətini sübut edən) nələr var.” (Yunus, 101)
İslam dini insanları təkcə fikri artırmağa və idrakı dərinləşdirməyə səsləməklə kifayətlənmir, əksinə o düşünməyən, idrakını dərinləşdirməyən və təfəkkürünü genişləndirməyən insanları qınaq hədəfinə çevirir.
Allah təala buyurur: “Məgər onlar göylərin və yerin mülkünə (Allahın göylərdəki və yerdəki səltənətinə, qüdrətinə), Allahın yaratmış olduğu hər şeyə, əcəllərinin yaxınlaşması ehtimalına diqqət yetirib düşünmürlərmi?” (əl-Əraf, 185) Digər bir ayədə isə uca Allah buyurur: “Məgər onlar öz-özlüklərində Allahın göyləri, yeri və onların arasındakıları ancaq haqq-ədalətlə və müəyyən bir müddət üçün yaratdığını düşünmürlərmi?” (Ər–Rum, 8) Başqa ayədə: “Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik, başqa şəklə salarıq (qüvvəsini alar, gözünün nurunu aparar, hafizəsini zəiflədib bildiklərini unutdurar, özünü də uşaq kimi edərik). Məgər (kafirlər bütün bunları gördükdən sonra Allahın hər şeyə qadir olduğunu) dərk etməzlərmi?” (Yasin, 68)
Ayələrdə idrakın və təfəkkürün genişləndirilməsi haqqında gələn əmrlər ağıl və düşüncənin bacarığının artırılmasından başqa bir şey olmadığı halda bəzi insanlar İslamın insanın gücünün buxovlaması haqqında necə düşünə bilərlər? “Onlar çox böyük-böyük danışırlar. (Ağızlarından çıxan söz necə də böyük küfrdür). Onlar ancaq yalan deyirlər!” (Əl–Kəhf, 5) İslam öz övladlarına insanın canına, dininə və düşüncəsinə heç bir zərər–ziyanı olmayan bütün əməlləri icrasına icazə verir.
Həmçinin İslam təmiz ruzilərin yeyilməsinə icazə verir. Uca Allah belə buyurur: “Ey iman gətirənlər! Sizə verdiyimiz rüzilərin (halal və) təmizindən yeyin! Əgər Allaha ibadət edirsinizsə, (bu nemətlərə görə) Ona şükür edin!” (əl-Bəqərə, 172) Həmçinin, uca Allah buyurur: “Yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!” (əl-Əraf, 31) O cümlədən dinimiz həm hikmət, həm də fitrət nöqteyi nəzərindən bütün geyimləri geyinilməsinə icazə verir: “Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas (və ya mal-dövlət) nazil etdik. Lakin təqva libası daha yaxşıdır (xeyirlidir).” (əl-Əraf, 26) Allah buyurur: “(Ya Peyğəmbərim!) De: "Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?" De: "Bunlar dünyaya iman gətirənlər üçündür (lakin kafirlər də onlardan istifadə edə bilərlər), qiyamət günündə (axirətdə) isə yalnız mö’minlərə məxsusdur". Biz ayələrimizi anlayıb-bilən bir tayfaya belə ətraflı izah edirik” (əl-Əraf, 32) İslam şərii nigah altında qadınlardan xoşlanmağa da icazə vermişdir: “Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin (yaxud: o halda təkcə bir nəfər azad qadınla evlənin və ya əlinizin altında olan kənizlərlə kifayətlənin).” (ən-Nisə, 3) O da qeyd olunmalıdır ki, İslam var-dövlət qazanmaq sahəsində öz övladalının bacarığını buxovlamamış, əksinə onlara razılıqla bütün adil qazanc yolunu halah buyurmuşdur. Uca Allah bu barədə belə buyurur: “Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir” (əl-Bəqərə, 275) Başqa bir ayədə isə: “Yeri (Yer kürəsini) sizə ram edən Odur. Onun qoynunda gəzin, (Allahın) ruzisindən yeyin. Axır dönüş də Onadır!” (əl-Mülk, 15) Həmçinin: “Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın! (Yenə öz işinizə qayıdın!) Və Allahı çox zikr edin ki, nicat tapıb səadətə qovuşasınız! (Hər iki dünyada muradınıza yetişəsiniz!)” (Əl–Cumuə, 10)
Bunlardan sonra bəzi insanların İslamın insan bacarığını buxovlaması haqqında dedikləri sözlər öz doğruluğunu necə isbat edə bilər?!
Tarix: 13.04.2013 / 17:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 667 Bölmə: Maraqlı melumatlar