Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Savab Qazanmanın 6 Asan Yolu

1.Sədəqə savabı istəyirsiniz, amma
imkanınız yoxdu?
O zaman qarşılaşdığın insanlara
təbəssüm bəxş et. Peyğəmbərimiz
(s.a.v) buyurmuşdur: "Möminin
möminə qarşı təbəssümü sədəqədir". 2.Günahlarının saralmış yarpaqlar kimi
tökülməsini istəyirsən mi?
Qarşılaşdığın insana əlini uzatmağın
bəs edər,xoş niyyətlə salamlaş, söhbət
et. Peyğəmbərimiz(s.a.v)
buyurmuşdur:"İki mömin qarşılaşdıqda, biri əlini uzadıb
salamlaşarsa, günahları saralmış
yarpaqlar kimi tökülər". 3.Sədəqənin ən çox savab
qazandıranını vermək istəyirsən? Bu
da çətin deyil.
Küsənləri barışdır, aralarını düzəlt.
Peyğəmbərimiz(s.a.v) buyurmuşdur:
"Sədəqənin ən savablısı, küsülüləri barışdırmaqdır". 4.Rəbbimizin köməyini istəyirsən?
Sənə İlahidən hədiyyələrin gəlməsini
istəyirsən?
Elə isə, Sən də insanlara kömək et,
dəstəyini əsirgəmə. Peyğəmbərimiz
(s.a.v) buyurmuşdur: "Qul,qardaşının köməyində olan müddətdə, ALLAH da
onun köməyindədir". 5.Kamil bir müsəlman olmaq
istəyirsən? Bu da çətin deyil.
Yetər ki, heç kimlə küsülü qalma.
Peyğəmbərimiz(s.a.v) buyurmuşdur:
"Kamil müsəlmana din qardaşı ilə üç
gündən artıq küsülü qalması halal deyil". 6.Rəbbinin mərhəmətini əldə etmək
istəyirsən?
Elə isə həm insanlara,Həm də digər
canlılara mərhəmət et. Peyğəmbərimiz
(s.a.v) buyurmuşdur: "Mərhəmət
etməyənə, mərhəmət edilməz. Siz bu dünyada canlılara mərhəmət edin ki,
Rəbbimiz də sizə axirətdə mərhəmət
etsin".


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 73 Bölmə: Maraqlı melumatlar
loading...