Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
İmam Hüseyn (ə) buyurub: «Mən elə bir qətlə yetirilənəm ki, insanların insani duyğularını təhrik edirəm. Elə bir mömin yoxdur ki, məni xatırladıqda ağlamasın.»
İmam Hüseyn (ə) buyurub: Mənim şənim ölümdən qorxan adamın şəni kimi deyil.
İmam Hüseyn (ə) buyurub: “Əgər Məhəmməd (s)-in dini mənim ölümümlə qalarsa, ey qılınclar doğrayın məni!”
İmam Hüseyn (ə) buyurub: Əgər bir şəxs bizim fəryadımızı eşidə, ya bizim qaraltımızı görə, amma bizə kömək etməyə və fəryadımıza yetişməyə Allahın haqqı vardır ki, onu üzü üstə cəhənnəmə atsın.
Aşura günü İmam Hüseyn (ə) buyurub: «Pərvərdigara, Sənin qəza-qədərinə razıyam və Sənin əmrinə təsliməm. Səndən başqa məbud yoxdur, ey fəryad edənlərin fəryadına yetəni.»
İmam Hüseyn (ə) buyurubdur: “Mənim yolumda və əqidəmdə olan şəxs heç zaman Yezid və Yezid kimilərdən beyət etməz.”
Aşura günü imam Hüseyn (ə) düşmənlərin müqabilində bu şüarı şücaətlə buyurub: «Heyhat-heyhat, alçaqlıq və zillət bizdən çox-çox uzaqdır.»
İmam Hüseyn (ə) buyurubdur: İzzətlə ölmək zillətlə yaşamaqdan yaxşıdır.
İmam Hüseyn (ə) buyurur: “Bə’zi insanlar dünyanın bəndəsidirlər və dindarlıqları yalnız dildədir. Maddi həyatlarına uyğun gələnədək dinlə yoldaşlıq edirlər. İmtahana çəkildikdə isə dindarlar az olur.”
İmam Hüseyn (ə) buyurur: “Fisq-fücur əhli ilə (günahkarlarla) yoldaşlıq etmək insana qarşı sui-zənn yaradır.”
İmam Hüseyn (ə) buyurur: “Mən ölümü eynilə xoşbəxtlik, zalımlarla yaşamağı isə ağrılı bir əzab sanıram.”
İmam Hüseyn (ə) buyurur: “Xalqın ən səxavətlisi o kəsdir ki, heç bir hədiyyə ummadığı şəxslərə (bir şey) əta etsinlər.”
İmam Hüseyn (ə) buyurur: “Üzr istəməli olacağın işdən uzaq ol. Çünki mömin nə pis iş görər, nə də üzr istəyər.”
İmam Hüseyn (ə) buyurur: “Başqalarının günahından qorxan, lakin öz günahının cəzasını yaddan çıxaranlardan olma.”
İmam Hüseyn (ə) buyurur: “Salam verməyin yetmiş savabı var. Onun altmış doqquzu salam verənin, biri isə salamı alanındır.”
İmam Hüseyn (ə) buyurur: “Möminin haqqını yerinə yetirmək, Allaha edilən ibadətlərin ən üstünüdür.”
İmam Hüseyn (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Dünyaya məhəbbət bəsləmək qəm-qüssəni artırar, zahidlik və pəhrizkarlıq isə qəlb və bədənə aramlıq bəxş edər.”
Səfvan Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Həsənə (ə) heybət və gözəl davranışımı, Hüseynə (ə) isə səxavət və mehribanlığımı (əta etdim).”
Allahın Rəsulu həzrət Muhəmməd (səlləllahu ələyhi və Alihi və səlləm) buyurubdur: «Həqiqətən Hüseyn hidayət çırağı və nicat gəmisidir.»
İmam Hüseyn buyurur: Allahın Rəsulunun(s) otağına daxil olduqda gördüm ki, Übəyy ibni Kəb də onun yanındadır. Allahın Rəsulu mənə buyurdu: Ey Əba Əbdillah, xoş gəlmisən! Ey göylərin və yerlərin zinəti!
Übəyy Peyğəmbəri Əkrəmə (s) dedi: Ey Allahın Rəsulu (s), necə mümkün ola bilər ki, səndən başqa bir şəxs göylərin və yerlərin zinəti olsun?!
Allahın Rəsulu (s) buyurdu: Ey Übəyy, məni haqq olaraq peyğəmbərliyə seçən Allaha and olsun, Hüseynin göydə olan məqamı yerdə olan məqamından üstündür və həqiqətən ərşin sağ tərəfində «Hüseyn hidayət çırağı və nicat gəmisidir» yazılmışdır.
Tarix: 05.06.2013 / 22:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 138 Bölmə: Maraqlı melumatlar