Əbud-Dərdə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Üç adam vardır ki, Allah onları sevir, onlara gülümsəyir və onlarla sevinir. Onlardan biri o kimsədir ki, (bir dəstənin tərkibində döyüşə gedər, dəstə düşmən tərəfindən) aşkar olunduqda dəstənin arxasından canı ilə Uca Allah üçün döyüşər, ya öldürülər, ya da Allah ona yardım edər və onu qoruyar». Bu zaman Allah buyurar: «Bu qulumun Mənim üçün necə səbr etdiyinə bir baxın!» Həmçinin o kimsə ki, gözəl arvada və rahat yatağa sahib olub gecə vaxtı (yatağından ibadətə) qalxar. Bu zaman Allah buyurar: «O, şəhvətini tərk edib Məni zikr edir, əgər istəsəydi yatardı». Həmçinin o kimsə ki, yoldaşları ilə birlikdə səfərdə olub, oyaq qalaraq onların qarovulunu çəkər, sonra da yatar, yaxşı və pis gündə sübh çağı (ibadətə) qalxar».
(əl-Albani «Sahihut-Tərğib vət-Tərhib»də (? 629) və «Silsilətul-Əhədisis-Sahiha»da (? 3478) həsən demişdir.)
Tarix: 24.04.2013 / 21:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 40 Bölmə: Maraqlı melumatlar