Əziz Peyğəmbərimiz (s) Ramazan ayına
xüsusi diqqət ayırardı. Onun Şəbaniyyə
xütbəsi bu ayın həqiqətlərini hamıya
açmışdır. Ancaq Ramazan ayının
həqiqət və xüsusiyyətləri bununla bitmir. (Erfan) İmam Sadiq (ə) Həzrət Peyğəmbərdən
(s) nəql edir: “Heç zaman Peyğəmbər
(s) və İmamlar (ə) bu ayın adını tək
çəkməzdilər. O zaman ki, Ramazan
ayının adını dillərinə gətirirdilər, həmin
sözə ehtiram verəcək kəlməni də onunla bir yerdə zikr edirdilər”. İmam Baqir (ə) bunun səbəbini belə
açıqlamışdır: “Ramazan - Allahın
adlarından biridir”. Bu səbəbə onlar
Ramazan ayını ehtiramla zikr edərdilər.
Ramazan ayına itaət etmək təqvadandır Allah-Təala Quranda buyurur: “Hər kəs
Allahın ayinlərini (mərasimlərini) böyük
tutsa, (bilsin ki,) əslində o, ürəklərin
pərhizkarlığından irəli gəlir”. (“Həcc”
32). Yəni bu insan dəyərli və pak qəlbə
malikdir və o zaman ki, İlahi ayinlərə əməl etmək istəyərsə, ehtiramla yada
salar. Ona əməl edəndə isə bütün
şərtlərinə riayət edər. Təqvalı qəlb - ən
dəyərli qəlbdir. Mübarək Ramazan ayına ehtiram Mübarək Ramazan ayı - Allaha
qovuşmaq ayıdır. O kəs ki, Ramazan
ayına bağlıdır, oruc tutmaqla bağları
həqiqi bağ olacaqdır. O, ancaq
mədəsinin aclığı ilə deyil, bütün varlığı
ilə bu aya bağlanmalıdır. Quran buyurur: “Hər kəs gözəl əməl sahibi
olaraq özünü Allaha təslim etsə,
şübhəsiz ki, o, lap möhkəm bir ipə əl
atmış olur. Bütün işlərin aqibəti Allaha
aiddir”. (“Loğman”, 22). “Allah yaxşı iş
görənləri dost tutar”. (“Maidə”, 93). O zaman ki, insan Ramazan ayına
bağlanır, o deməkdir ki, əgər qeybət
edərsə, dilinə deməlidir ki, sən orucsan.
Yəni sözünü saxla. O zaman ki, gözü
naməhrəmə düşür, baxmağa meyli
olur, həmin meyli məhdudlaşdırmalı və düzgün həddə çatdırmalıdır. İnsan o
zaman ki, küçəyə çıxır, gözünə
deməlidir ki, Ramazan ayıdır, bu aya
hörmət edib, bu kimi işlərdən çəkinmək
lazımdır (əlbəttə ki, bu, hər bir aya, hər
bir günə aiddir, amma sadəcə, Ramazan ayı – insanda mənəvi immunitetin
formalaşması üçün çox əlveriçli
fürsətdir). Qulağına və mədəsinə də
eyni sözləri deməlidir. Bəli, Ramazan
ayına həqiqi bağlanmaq bu cür
olmalıdır. Allah Təala buyurmuşdur ki, insanın
bütün əməlləri özünə aiddir, orucdan
başqa. “Oruc Mənim orucumdur, sənin
deyil. Çünki sən layiq olmadın ki, oruc
sənin olsun. Mən öz kərəmimlə sənə
tofiq verirəm ki, oruc tutasan. Ancaq namaz bu qədər əzəməti ilə sənindir.
Namaz zamanı baxmayaraq ki, bütün
varlığın, əzaların və üzvlərin namazladır,
sənə aiddir. Ancaq oruc Mənimkidir”. “Mən xalis mülkümü bu ayda sizə
təqdim edirəm. Çünki Kəriməm. Və sən
bu otuz gündə Mənim bu xəzinəmdən
nə qədər bacarırsan, bəhrələn. Nə
qədər bəhrələnsən də Allah razı olmaz”. Bəli, o kəs ki, bütün varlığı ilə Ramazan
ayına bağlı olar - həqiqi mömindir.
Ramazan ayına bəzən sonsuz dəniz də
deyirlər. Belə ki, bizə verilən behiştin
sonu vardır. Ancaq bu sönsuz dənizdə
Allahın oruc tutana məhəbbəti nəhayətsizdir. Bir batini göz və pak qəlb
istəyir ki, insan görsün və dərk etsin.
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 106 Bölmə: Maraqlı melumatlar