Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR) -CƏMİ’

əl-Cəmi’ – Bir yerə gətirmək, dağınıq olan şeyləri toplamaq mənasındadır. «Rəbbimiz olacağına şübhə edilməyən bir gündə bütün insanları toplayan sənsən, Allah öz vədəsindən əsla dönməz». (Ali İmran 9). «Allah sizi toplanma gününə cəm edəcəyi gün…». (ət-Təğabun 9). «Həqiqətən Allah münafiqləri və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır». (ən-Nisa 140).

Cəmi – həm zatı, həm də feli sifətdir. Zatı olaraq Allahın bütün gözəllikləri və fəzilətləri özündə toplaması və bunlara sahib olma mənasındadır. Feli olaraq isə Allah sevən qəlbləri bir yerə toplaması, ölümündən sonra dağınıq, yox olan bədən parçalarını təkrar dirilməklə bir yerə gətirən, ruhu və bədəni birləşdirən Odur. «Əgər sən yer üzündə nə varsa hamısını xərcləsəydin belə yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Çünki O, yenilməz qüvvət və hikmət sahibidir». (əl-Ənfal 63). İbn Kəsir deyir ki: «Cəmi – Allah qiyamət günü bütün insanları yenidən diriltdikdən sonra hüzurunda toplayacaqdır» (İbn Kəsir 2/12. )


Tarix: 05.05.2013 / 16:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 56 Bölmə: Maraqlı melumatlar
loading...