Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mülayim olmaq və qəzəbdən əl çəkmək

İslamın mülayimliyi əmr etməsi onun kamilliyindəndir. Gözəl əxlaq qəzəbi tərk etməkdir. Kim tez qəzəblənərsə pisliklərə dözməz və bir pislik baş verəndə özünü idarə edə bilməz. Beləliklə o gözəl əxlaq və davranışın nə olduğunu bilməz. Ona görə İslam mülayim olmağı və qəzəblənməməyi əmr etmişdir.
Allah taala buyurur:
"Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış, Cənnətə tələsin. O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər." (Ali İmran: 133-134).

Peyğəmbər (sav) mülayimliyin Allah tərəfindən sevilən xasiyyət olduğunu bildirərək səhabələrdən sayılan Abdullah İbn Əşəcc əl-Qeysə (r) buyurmuşdur:
"Səndə, Allah taalanın sevdiyi iki xasiyyət: mülayimlik və səbr vardır"(Müslim: 1\ 48\ ? 17.)
Qəzəb bütün şərləri özündə cəm edir. Ağıllı və xeyirxah insan qəzəbli halda ən pis iş və qatı cinayət törədə bilər. Ona görə bir kişi Peyğəmbərin yanına gəlib deyir:
"Mənə tövsiyə et! Peyğəmbər  buyurur: "Qəzəblənmə" həmin adam sualını bir neçə dəfə təkrarladı və Peyğəmbər  eyni cavabı verdi"(Buxari: 10 \519\ ? 6116.)
İslam müsəlmana mülayimliyi, geniş qəlbli olmağı və əziyyətə dözməyi öyrədir. Belə halda insanın nəfsi rahat olar. Birinci, qəzəblənən insan təlaş və kədər içərisində olar. Ikinci, mülayim insanı hər kəs sevər. Əgər kimsə ona pislik etsə o buna səbr edər, pislik edən adamın günahından keçər. Bunu görən həmin adam etdiyi pisliyə görə özünü məzəmmət edər və peşman olar.
İslam şəriəti kamil şəriət olduğundan müsəlmanın ehtiyacı olan hər bir iş haqqında danışmışdır. O sadəcə olaraq mülayimliyi əmr, qəzəbi də qadağan etməmişdir. Hətta bunun qarşısını necə almağın yolunu da açıqlamışdır. Qəzəblənən adama Allahın mərhəmətindən qovulmuş şeytanın şərindən sığınmağı:
"Əuzu bil¬ləhi minəş şeytanir rəcim" deməyi, - əmr etmişdir"(Bu, Süleyman İbn Sərdin hədisində qeyd edilmişdir. Buxari: 10\ 465\ ? 6048. Müslim: 4\ 2015\ ? 2610.)
Çünki qəzəb şeytan şərinin bir növüdür. Həmçinin:
"Peyğəmbər (sav) qəzəblənən adama dəstəmaz almağı əmr etmişdir"(Bu, Əbu Davudun Utbə əl-Qurazidən (r) rəvayət etdiyi hədisdə deyilmişdir. Həmin hədis həsən hədisdir.)
Çünki su qəzəbin hərarətini soyudur.
Eləcə də ayaq üstədirsə oturmaq əmr edilmişdir. Əgər qəzəbi getməsə, onda dirsəklənməlidir. Çünki ayaq üstə olan adam hərəkət etmək və həyəcanlanmağa hazır olur. Oturan qəzəblənməkdə ayaq üstə durandan bir pillə aşağıdır. Dirsəklənən isə tamamilə qəzəbdən uzaq olar"(Bu, Əbu Davudun (5\ 141 \ ? 4782) Əbu Zərrdən (r) rəvayət etdiyi hədisdə qeyd edilmişdir. Hədis həsəndir.)
Qəzəbli olarkən peşmançılıq gətirən bir əməli etməmək üçün, bu halda oturmaq və ya dirsəklənmək əmr edilmişdir.
Bəzi hallarda, Allaha asilikdə və haram buyurduqlarının halal edildiyini gördükdə, Allah xatirinə qəzəb¬lənmək yaxşı əməllərdən sayılır. Belə məqamlarda Allah üçün hirslənməyi şəriət tərifləmiş, lakin onun üçün digər şəriət qanunları şərt qoyulmuşdur. Məsələn, dili söyməkdən və ya təhqir etməkdən qorumaq, bu növ qəzəbə səbəb olan – Allaha asilik və s. aradan qalxdığı anda qəzəbin sönməsi şərtdir. Aişənin (r) dediyinə görə:
Peyğəmbər (sav) heç vaxt özü üçün qisas almamışdır. Qisası yalnız Allaha asilik edənlərdən almışdır "(Buxari: 6\ 566\ ? 3560. Müslim: 4\ 1813\ ? 2327.)


Tarix: 09.05.2013 / 13:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 135 Bölmə: Maraqlı melumatlar
loading...