Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çox əzəmətli, böyük olan ALLAHIN qüdrəti!

Bismillahir Rəhmanir Rəhim...
Göylərdə və yerdə nə varsa (hamısı) Onundur! O, (hər şeydən) ucadır, (hər şeydən) uludur! (Şura Surəsi, 4)

Allahın böyüklüyü və əzəməti şübhəsiz bir insanın anlayışının çox üstündədir. Lakin insan yenə də öz ağılının sərhədləri daxilində Allahın nə qədər güclü və qüdrətli olduğunu görə bilər, anlaya bilər. Çünki bütün kainat Allahın böyüklüyünü göstərən saysız örnəklə doludur. İnsan yalnız içində yaşadığı dünyanı bir az araşdırsa, hər şeyi yaradan Allahın əzəmətini hiss edəcək.

Ağırlığı tonlarla olan buludları daşıyan səma, min metrlərlə yüksəyə uzanan dağlar, içlərində milyonlarla növ canlının olduğu dənizlər, çaxan şimşək və onun ardından gələn göy gurultusu və Allaha boyun əymiş milyardlarla canlı... Bunlar və burada sayıla bilməyən saysız detal Allahın böyüklüyünün açıq dəlillərindəndir.

Bir də dünyanın bir az xaricinə çıxıb düşünək. Belə bir nümunə kainatı yaradan sonsuz əzəmət sahibi Rəbbimizi bir az daha dərin qavramağımıza kömək olacaq:

Kainat adını verdiyimiz sərhədsiz bir məkan içində yaşayırıq. Bu gün elm adamlarının çata bildikləri məlumat səviyyəsinə görə bu kainat, içində milyardlarla qalaktikanı saxlayır. Yaxşı bu qalaktikaların içində nələr var? Yenə, elmin bizə bildirdiyinə görə, hər qalaktikanın içində milyardlarla ulduz olduğunu bilirik. Biz də içində milyardlarla ulduz ehtiva edən milyardlarla qalaktikadan birinin içində, Dünya adı verilən və saatda 1670 km. sürətlə heç dayanmadan dönən bir planet üzərində yaşayırıq. Və şübhəsiz bu rəqəmlərlə düşünüldüyündə, kainatın içindəki varlığımızın, bir toz zərrəciyinin dünya içindəki varlığıyla belə müqayisə edilə bilməyəcək dərəcədə olduğu aydın olacaq.

İnsan, səmimi olaraq düşündüyündə də milyardlarla qalaktikanı yaradan və bütününü idarəsi altında tutan Rəbbimizin əzəmətini dərk edə bilər. Rəbbimiz bütün kainatı yaradan, milyardlarla ulduzu saxlayan, milyardlarla qalaktikanın hamısını idarəsi altında saxlayan böyük bir gücün sahibidir. Allah, Öz üstün sifətlərini bir ayədə belə xəbər verməkdədir:

Allah… Ondan başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsünü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə Surəsi, 255)


Tarix: 07.06.2013 / 19:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 82 Bölmə: Maraqlı melumatlar
loading...