Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müqəddəs Kəlamlar

"Zəifləri mənim yanıma gətirin.
Çünki siz onların bərəkətinə ruzi yeyirsiniz və kömək olmursunuz."Məhəmməd(s.a.s) peyğəmbər

"Bizə qarşı məhəbbət və yaxşılıq edə bilməyən şəxs,
bizim fəqirlərimizə kömək və yaxşılıq edə bilməz."İmam Kazim(ə)

"Hər kəs müsəlman kasıblarından birinə ehtiyacı olan paltarı versə ya da yaşayışını təmin etsə,
Allah yetmiş min mələyə əmr verər ki,qiyamət gününə qədər onun hər bir günahı üçün istiğfar etsin".İmam Sadiq(ə)

"Kasıba mal cəhətdən kömək edən və camaatla
insaflı rəftar edən şəxs həqiqi mömindir"Məhəmməd(s.a.s) peyğəmbər

"Hər kəsin evi olsa(ona ehtiyacı olmasa) və bir möminin evə ehtiyacı varsa,birini möminə verməsə,
Allah mələklərinə buyurar;"İzzətimə və cəlalıma and olsun!O,bəndəmə paxıllıq edib ona dünyada
ev vermədiyinə görə onu heç vaxt cənnətdə sakin etməyəcəyəm."İmam Sadiq (ə)

"Əgər insan əmin olsa ki,Allah ona etdiyi yaxşılıqların
əvəzini verəcək,yaxşılıq və ehsandan çəkinməz"Həzrəti Əli(ə)

Qiyamətdə oxa və gülləyə bənzər bir şey arxadan ona dəyər və onu sürətlə cənnətə aparar.
Ona deyərlər;"Bu sənin yaxşı əməllərinə görədir."İmam Sadiq(ə)

"Mömini doyuran şəxsə ənnət vacib olar"Biharul ənvar

"Hər kəs mehribanlıqla yetimin başına əl çəksə,onun əlinin altında olan tüklərin sayı
qədər həmin şəxsin əməl dəftərinə savab yazılar"Həzrəti Əli (ə)

İmam Kazim (ə) buyurub;"Alim Allah buyurr;"Mən varlını şərafətinə görə varlı etmədim.
Və kasıbı zəlilliyinə görə kasıb etmədim.Bəlkə,varlıları kasıbların vasitəsi ilə
imtahan etdim.Əgər kasıblar olmasaydı,varlılar cənnətə layiq olmazdı"

Hədisdə gəlmişdir ki,qiyamətdə zahidlər və abidlər Allahdan üzr istəyərlər.
Amma Allah kasıblaradan üzr istəyər və buyurar;"Ey bəndəm!Sənə dünya malı vermədim.
Dünya sənin üçün azdı.Sənin məqamın çox ucadır.Kasıblıq-insanı imtahan etmək üçün
bir əmanətdir.Ona düçar olan və gizlədən şəxs elə bil ibadət edir."

Peyğəmbər (s.a.s) buyurub;"Nə vaxt kasıb və varlı "Sübhənallahi,vəlhəmdulillahi və la
ilahə illəllahu vallahu əkbər"-desə,varlının savabı kasıbın savabı qədər olmaz,hətta varlı
Allaha xatir on min dirhəm ehsan etsə də.İlahi,məni kasıblarla məhşur et.""Varlılar qiyamət güün
deyərlər"Kaş dünyada gücüm çatdığı qədər dünya malından istifadə edəydim."


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 90 Bölmə: Maraqlı melumatlar
loading...