Əvəzində böyük bir mükafat hasil olacağından və onun üzərimdəki haqqının böyük olacağından ötrü, hər adı çəkildikdə, əzandan sonra, Cümə günü və hər vaxtda Məhəmmədə (ona və ailəsinə salam olsun) salavat gətirməyə çalışmaq. (Heç şübhəsiz ki, Peyğəmbərə (ona və ailəsinə salam olsun) salavat gətirmək ən fəzilətli və mömini Allaha yaxınlaşdıran ən böyük əməllərdəndir. Bir müsəlman ona salavat və salam gətirməklə, Rəbbindən salavat və salama, cənnətdə dərəcəsinin yüksəlməsinə, savablarının artmasına, günahlarının bağışlanmasına, dünya və axirətdə böyük bir xoşbəxtçiliyə nail olar. Allaha həmd olsun, səhih bir hədisdə Peyğəmbərdən (s.ə.s) onun belə buyurduğu sabit olmuşdur: “Kim mənə bir dəfə salavat oxuyarsa Allah ona on dəfə salam-dua edər (Kitab-üz-zikr və-d dua).
Sünəndə Peyğəmbərdən belə buyurduğu rəvayət edilmişdir: “Bir toplum bir məclisdə bir yerə gəlib, orada Allahı zikr etməzlərsə, mənə salavat oxumazlarsa qiyamət günü bu onlar üçün peşmanlıq olar”. Allah təala biz müsəlmanları bu cür qəflətdən qorusun. Təbii ki, əgər içərinizdə elə insan var ki, cahillərin məclisinə gedir, o ən az qəlbində bu zikrləri yerinə yetirməlidir. Çünki ola bilər ki, sən uca səslə zikr etsən, Allaha həmd edib, Peyğəmbərə salam desən cahil və şəriətdən xəbərsiz biri sənin bu sözündən qıcıqlana bilər. Əlbəttə sən çalışmalısan ki, cahillərdən uzaq durasan. Amma indi dəvət məqamıdır və ətrafımızda olanların əksəriyyəti şəriət cəhətdən bilgisizdirlər. Bu cür insanlarla ilk dəfə qarşılaşdıqda, əgər onlar zikrin və salavatın nə olduğunu bilmirlərsə və yaxud yas məclislərindən eşitdiklərini bilirlərsə onda sənin söhbətə Allaha həmd və Peyğəmbərə salamla başlamağın onlar üçün anlaşılmaz olacaq və ya mütləq sənə etiraz edəcəklər. Hər bir halda Allaha həmd olsun. Həqiqətən də adicə bir məclisə daxil olanda “Əs-Səlamu Aleykum” dediyin zaman görərsən ki, bu gənclər ya səni vəhabilikdə iddiham edəcək, yaxud da qeyri ciddi cavab verəcəklər. Ola bilsin ki, bu tez bir zamanda yoluna düşdü. Çünki artıq cəmiyyətimizdə bu cür salamlar və dualar yayılır və anlaşılır. Ehtimal olunan çox az sayda gənclərin bu salamı bilməmələridir. Mən mövzudan uzaqlaşmamış qeyd edim ki, Allahı zikr və Peyğəmbərə salavat və dua eləmək salam vermək qədər vacib bilinməlidir. Bu işə etinasızlıq etmək olmaz. Yəqin ki, bu yazını oxuyana qədər bu məsələdən qəflətdə idin. Amma indi artıq bilirsən ki, mütləq ən azı dilinin altında Allaha həmd və Peyğəmbərinə salam göndərməlisən. Unutma ki, sən bilməsən də yanında hazır olub hər bir kəlamını qeyd edən yazıçı mələk var. Onlara salam olun. Allahın bütün elçilərinə və elçilərin xatəmi Məhəmmədə salam və dua olsun. Amin!)
Hadisələrin üzərində duraraq ibrətlər alıb, dərslər çıxarmaq, hər hadisədən çıxarılan nəticələrdən faydalanmaq və bu nəticələri yaşantımızla əlaqələndirməyə çalışmaq surəti ilə Məhəmmədin (ona və ailəsinə salam olsun) həqiqi həyat heykayəsini (Siyəri-Nəbi, Peyğəmbərin Həyatı) oxumaq.
Məhəmməd Peyğəmbərdən (ona və ailəsinə salam olsun) rəvayət olunan və elm əhlinin də səhih qəbul etdikləri hədislərdən meydana gələn sünnətini, mənalarını anlamağa çalışaraq öyrənmək və Peyğəmbərlik təbliğinin əhatə etdiyi böyük hikmətləri, uca əxlaqı, Allah təalaya nöqsansız ibadət etmək və yalnız yaradıcıya boyun əymək vacib olduğunu göz önündə canlandırmaq.
Əsaslı xüsusiyyətləri ön plana çəkmək şərti ilə, Məhəmməd Peyğəmbərin (ona və ailəsinə salam olsun) sünnətinin hamısına tabe olmaq.
Müstəhəb olan əməllərdə Məhəmmədi (ona və ailəsinə salam olsun) örnək götürməyə çalışmaq və hər şeydə onu örnək götürməyə çalışmaq üçün, həyatımızda müstəhəb olan əməli heç olmasa bir dəfə də olsa yerinə yetirməyə çalışmaq.
Məhəmməd Peyğəmbərin (ona və ailəsinə salam olsun) sünnətindən hər hansı bir şeylə ələ salmaqdan şiddətlə çəkinmək və bundan uzaq durmaq.
Məhəmmədin (ona və ailəsinə salam olsun) sünnətinin insanlar arasında ortaya çıxmasından, yayılmasından ötrü sevinc və xoşbəxtlik duymaq.
Məhəmmədin (ona və ailəsinə salam olsun) bəzi sünnətlərinin insanlar arasında itməsindən (tərk edilməsindən) üzüntü və qayğı duymaq.
Peyğəmbəri (ona və ailəsinə salam olsun) və ya onun sünnətini tənqid edən hər kəsə qəzəb etmək.
Peyğəmbərimizin (ona və ailəsinə salam olsun) həyat yoldaşları və övladları olan əhli beytinə sevgi və məhəbbət bəsləmək, Peyğəmbərin (ona və ailəsinə salam olsun) əqrəbaları və müsəlman olmaları səbəbi ilə onlara sevgi və məhəbbət bəsləməyi vəsilə edərək Allah təalanın razılığına nail olmağa çalışmaq. Onlardan günahkar olan varsa, onun hidayət tapmasına çalışmaq. Çünki onun hidayət tapması, başqasının hidayət tapmasından, Peyğəmbərə (ona və ailəsinə salam olsun) daha sevimlidir. Necə ki, Ömər bin Xəttab (Allah ondan razı olsun) – Peyğəmbərin (ona və ailəsinə salam olsun) əmisi Abbasa (Allah ondan razı olsun) belə demişdir:
“Yavaş ol ey Abbas! Allaha and içirəm ki, sənin müsəlman olduğun gün, əgər (atam) Xəttab müsəlman olsaydı, sənin müsəlman olmağın, onun müsəlman olmağından mənə daha sevimli gəlirdi. Bunun da səbəbi sənin müsəlman olmağının, Xəttabın müsəlman olmağından Peyğəmbərə (ona və ailəsinə salam olsun) daha sevimli gəldiyini bildiyim üçündür”.(əl-Albani,səhih hədislər silsiləsi,hədis 3341)
Peyğəmbərin (ona və ailəsinə salam olsun) əhli beyti mövzusundakı vəsiyyətinə görə hərəkət etmək. Necə ki, Peyğəmbər (ona və ailəsinə salam olsun) belə buyurmuşdur:
“Əhli beytimə yaxşı davranmanız barədə sizə Allahdan qorxmanızı xatırladaram. Əhli beytimə yaxşı davranmanız barədə sizə Allahdan qorxmanızı xatırladaram. Əhli beytimə yaxşı davranmanız barədə sizə Allahdan qorxmanızı xatırladaram”
(Müslim)
Peyğəmbərin (ona və ailəsinə salam olsun) səhabələrini sevmək, onlara hörmət göstərmək və onların, elm, əməl və Allah Təala yanındakı mövqelərinin, özlərindən sonra gələn möminlərdən daha fəzilətli olduqlarına inanmaq.
Sahib olduqları mövqelər ilə Peyğəmbər mirasına sahib olmalarından ötəri, alimləri sevmək və onlara dəyər vermək. Çünki alimlər, Peyğəmbərlərin varisləridirlər. Onları sevmək və onlara dəyər vermək, onların bir haqqıdır. Bu davranış, eyni zamanda Peyğəmbərin(ona və ailəsinə salam olsun) öz ümməti üzərindəki haqqlarından biridir.
----------------
Peyğəmbərlərin Sonuncusuna Beynəlxalq Kömək komitəsi
Tərcümə və tədqiq edən: Əkrəm Həsənov (İlahiyyatçı, AMEA M. Füzuli adına Əlyazmalar institunun kiçik elmi işçisi, dissertantı)
Bakı, AMEA M. Füzuli adına Əlyazmalar institutu.
Tarix: 13.04.2013 / 16:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 342 Bölmə: Maraqlı melumatlar