Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəl hekayə...

Bir gün süd satmaqla məşğul olan bir adam gəmi ilə səyahətə çıxır... Özü ilə götürdüyü kisədə uzun müddət topladığı qızıllar olur.. O, göyərtədə sakit bir yerə çəkilib dönə-dönə qızıllarını saymağa başlayır. Bu arada onunla bir sırada oturan meymun dirəkdən tullanıb qızıl kisəsini götürür və dərhal (təkrar) dirəyin başına dırmaşır... Süd satan qışqırmağa başlayır.. Camaat göyərtəyə toplaşır...
Gəminin məsul işçiləri meymuna nə qədər xoşluqlar nümayiş etdirsələr də, bütün cəhdlər nəticəsiz qalır... Bir nəfər dirəyə dırmaşmaq istədi.. Lakin meymun əlindəki qızıl kisəsini dənizə doğru sallamağa başlayan kimi: «Aman kisəni dənizə atmasın» — deyərək, ondan da vaz keçdilər. Meymuna ən sevdiyi yeməkləri göstərsələr də, xeyri olmurdu... Bütün gəmi sakinlərinin gözü meymunda idi, maraqla müşahidə edirdilər.. Elə bu əsnada hamının təəccübünə səbəb olan bir hadisə baş verdi.. Meymun kisənin ağzını açdı və bir qızıl çıxarıb dənizə atdı... İkinci qızılı çıxarıb göyərtəyə atdı.. Süd satan qızılı dərhal götürdü, amma təbii ki, gözlərini yuxarıdan ayırmadı...
Meymun üçüncü qızıılı dənizə, dördüncünü yenə də göyərtəyə atdı.. Və beləcə davam etdi. Bir qızıl dənizə, o biri göyərtəyə... Bu vəziyyəti görənlər: «Meymunu vuraq, qızılları qurtaraq» dedilər. Lakin südçü: «Madam ki, qızılların yarısını gəmiyə atacaq, mən digər yarısını itirməyə razıyam...» İnsanlar süd satanın belə bir qənaətə gəlməsinə əhəmiyyət vermədiklərinə görə, səbəbini də soruşmadılar.. Südçü məsələni belə açıqladı: «Bildiyiniz kimi mən bu qızılları süd sataraq qazanmışam. Ancaq satdığım südə yarı-yarıya su qatıb satmışam. İndi edənə deyil, etdirənə baxıram və edilənin məqsədə uyğun olduğunu görürəm. Sudan qazandığımı suya atır, süddən qazandığımı mənə...»


Tarix: 08.06.2013 / 14:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 134 Bölmə: Maraqlı melumatlar
loading...