Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəsulullahı (Allahın Ona Salavatvə Salamı Olsun) Y

Peyğəmbər (Allahın ona salavat
və salamı olsun) buyurmuşdur:
«Kim məni yuxuda görübsə
oyandıqdan sonra da məni
görəcəkdir. Çünki şeytan mənim
şəklimə girə bilmir». (Buxari və
Muslim)
1. Peyğəmbər (Allahın ona salavat
və salamı olsun) buyurdu: «Kim
məni yuxuda görmüşsə
həqiqətəndə məni görmüşdür.
Çünki şeytan mənim şəklimə girə
bilmir». (Buxari)
2. Peyğəmbər (Allahın ona salavat
və salamı olsun) buyurdu: «Kim
məni (yuxuda) görürsə
doğurdanda görmüş olur.
Həqiqətən şeytan mənim şəklimə
girə bilmir«. (Buxari və Muslim)
3. Peyğəmbər (Allahın ona salavat
və salamı olsun) buyurmuşdur:
«Kim məni yuxuda görübsə
oyandıqdan sonra da məni
görəcəkdir. Çünki şeytan mənim
şəklimə girə bilmir». (Buxari və
Muslim)
Hədisdən çıxan faydalar;
1. Peyğəmbərin (Allahın ona
salavat və salamı olsun) boyu,
rəngi, siması, saqqalı və bəzi
vəsfləri barəsində varid olmuş
rəvayətlərə uyğun olaraq yuxuda
görmək mümkündür.
2. Bu hədisləri şərh edən əl-
Mənəvi buyurmuşdur:
«Peyğəmbəri (Allahın ona salavat
və salamı olsun) səhih yuxuda
görmək: peyğəmbəri səhih nəql
ilə sabit olmuş surəti ilə
görməlidir. Ayrı vəsflərlə gördüyü
halda uzun, qısa, çox qara və s.
onu görməmiş sayılır.
3. əl-Mənəvi Peyğəmbərin (Allahın
ona salavat və salamı olsun)
«oyandıqdan sonra da məni
görəcəkdir» kəlməsini şərh
edərək buyurur ki: (qiyamət
günü) ona yaxın olmaq və
şəfaətinə çatmaq deməkdir.
4. Bəzi sufilər üçüncü hədisə
əsasən elə iddia edirlər ki, onlar
peyğəmbəri bu dünyada həyatda
görürlər. İbn Həcər onlara rədd
edərək buyurur ki: «Belə olacağı
təqdirdə onlarında səhabə və
qiyamət gününə qədər səhabə
olacağı anlamına gəlir» (Bunuda
heç bir müsəlman deməz).
5. Sufilərin kitablarının birində
oxudum. Əbu-l-Mavahib əş-Şizili
dedi: «Peyğəmbər mənə dedi …
deyərək uydurma hədis zikr edir.
Müəllifdən həmin şəxsin səhabə
olub olmadığını soruşdum. O
«yox, əksinə onunla peyğəmbər
arasında beş şeyx olduğu halda
onu görüb» deyə cavab verdi.
Mən ona «Səhabələr peyğəmbəri
ölümündən sonra heç onu
həyatda görməyiblər»-dedim və o
bununla qane olmadı. Öz-özümə
dedim: «Bu peyğəmbərin
adından yalan uyuduranlardandır
hansı ki, peyğəmbər bunlardan
çəkindirərək deyib: «Kim mənim
adımdan yalan danışarsa
Cəhənnəmdə yerini hazır bilsin«.
(Buxari və Muslim)
6. Şeyxul-İslam Zəkəriyə əl-
Ənsaridən hər hansı bir nəfərin
peyğəmbəri görərək ona nəyisə
əmr etməsi barəsində
soruşduqda O «belə bir şey
bəyənilmir hətta haramdır»- deyə
cavab vermişdir. Alimlərin
yuxudan hökm çıxarılmamasına
aid aşıq-aşkar kəlamları vardır.
7. İbn Arabi kimi bəzi sufilər elə
iddia edirlər ki, onlar şəriət elmini
bir başa peyğəmbərin özündən
götürürlər. Onlar Uca Allahın bu
ayəsinə «…Bu gün dininizi sizin
üçün kamil etdim, sizə olan
nemətimi tamamladım və bir din
olaraq sizin üçün İslamı bəyənib
seçdim…» (əl-Maidə, 5) müxalif
olurlar.
8. Vəfatından sonra həyatda
peyğəmbəri gördüyünü iddia
edənlərə ən böyük cavab Uca
Allahın bu ayəsidir. «Onların
arxasında diriləcəkləri günə
qədər bərzəx vardır». (əl-
Muminun surəsi, 100)
(«bərzəx – qayıdışı olmayan
maneə» deməkdir)


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 91 Bölmə: Maraqlı melumatlar
loading...