Allah-təala buyurur:
“O kəslər ki, xalq onlara: “Camaat (Əbu Süfyan və tərəfdarları) sizə qarşı qüvvə toplamışdır, on-lardan qorxun!” - dedikdə bu söz onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” - deyə cavab verdilər” (Ali-Imran: 173).
“Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qor-xudan titrəyər. Allahın ayələri oxunduğu zaman hə-min ayələr onların imanlarını daha da artırır, onlar yalnız öz Rəbbinə təvəkkül edər” (əl-Ənfal: 2).
“Bir surə nazil edildiyi zaman münafiqlərdən: “Bu sizin hansınızın imanını artırdı?” - deyənlər də var. Möminlərə gəlincə, (hər bir surə) onların imanını artırar və onlar (bu surələrin nazil olmasına) sevinərlər” (ət-Tövbə: 124).
“Möminlər (müttəfiqlərin) ordu hissələrini gördükdə dedilər: “Bu, Allahın və Peyğəmbərinin bizə olan zəfər vədidir. Allah və Peyğəmbəri düz buyurmuşlar!” Bu (vəziyyət) onların yalnız (Allaha) imanını və itaətini artırdı” (əl-Əhzab: 22).
“Möminlərin imanını imanla artırmaq üçün onların ürəklərinə Öz dərgahından arxayınlıq (xatircəmlik) göndərən Odur. Göylərdəki və yerdəki bütün ordular Allahın ixtiyarındadır. Allah hər şeyi biləndir, Hikmət sahibidir!” (əl-Fəth: 4).
“Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Biz onların sayını ancaq kafirlərin imtahana çəkilməsi, kitab verilənlərin yəqinlik hasil etməsi, iman gətirənlərin imanının daha da artması, kitab əhlinin və möminlərin şübhəyə düş-məməsi və həmçinin ürəklərində mərəz olanların “Allah bu məsəllə nə demək istəyir?” deməməsi üçün etdik. Allah istədiyi adamı haqq yoldan belə az-dırar və istədiyini də doğru yola yönəldər. Rəbbin ordularını Onun Özündən başqa heç kəs tanımır. Bu, insanlar üçün bir öyüdnəsihətdir” (əl-Muddəs-sir: 31).
Tarix: 08.05.2013 / 20:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 41 Bölmə: Maraqlı melumatlar