Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MƏNSURUN GƏLƏCƏYİNDƏN DƏQİQ XƏBƏR

Əbu Bəsir deyir: Mən və İmam Baqir(ə) Rəsulullahın məscidində oturmuşduq və İmam Səccad(ə) o zaman sağ idi. Bu zaman Mənsur Dəvaniqi və Davud ibni Süleyman varid oldular. Bu Abbasi xəlifələrinin (Mənsur onlardan biri idi.), hökumətə çatmadığı zamanında idi. Davud İmam Baqirin(ə) hüzuruna yetişdi. Həzrət buyurdu: Niyə Mənsur gəlmədi?
Cavab verdi: Çəkinir.
İmam buyurdu: Çox keçməyəcək ki, o, camaatın hökumətinə çatacaq, onlara müsəllət olacaq, bütün islam hökumətində hökmranlıq edəcək və uzun ömrü olacaq. Xəzinələri və malları yığacaq belə ki, ondan əvvəlkilər bu cür etməmişdilər.
Davud Mənsur Dəvaniqin yanına gedib, onu İmamın(ə) dediklərindən xəbərdar etdi. Mənsur İmamın(ə) yanına gəlib dedi: Sizin hüzurunuza gəlməməyimin səbəbi sizin böyük olmağınızdır. Davud gətirdiyi xəbər nə idi?
Həzrət buyurdu: Dediyim sözlərin hamısı olacaq.
Mənsur: Bizim hökumətimiz sizin hökumətinizdən qabaq olacaq?
İmam(ə) : Bəli!
Mənsur: Məndən sonra mənim oğlum hökumətə çatacaq.
İmam(ə): Bəli!
Mənsur sual etdi: Bəni Üməyyə hökumətinin müddəti çox olacaq, ya bizim hökumətin? İmam: Sizin hökumətiniz daha uzun olacaq. Hökumət sizin övladlarınızın əlində olacaq və top kimi onunla oynayacaqlar. Bu atamın mənə verdiyi xəbərdir. Mənsur hökumətə çatdığı zaman İmam Baqirin(ə) dediyi sözündən heyrətləndi.


Tarix: 03.06.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 45 Bölmə: Maraqlı melumatlar
loading...