1 Alimlәrdәn soruşun, hikmәtli şәxslәrlә danışın vә yoxsullarla (bir yerdә) әylәşin.
2 - Savadı olmayan halda xalqa fәtva verәn şәxs, göy vә yer mәlәklәri tәrәfindәn lә`nәtlәnәr.
3 - Allah?taala yaxşı danışıb, bәhrәlәnәn vә sakit olub, amanda qalan bәndәyә rәhm etsin.
4 - Üç xüsusiyyәtә malik olan şәxsin imanı kamillәşmişdir:
(Birinci): Fərəh və sevinci onu batil işlәrә çәkmәyәn;
(İkinci): Әsәblәşdikdә haqdan kәnara çıxmayan;
(Üçüncü): İqtidara malik olduqda, haqqı olmayan şeyә әl uzatmayan.
5 - Rahatlıq (sakitlik və asta davranış) Allahdan, tәlәsmәk isә şeytandandır.
6 - Hәzrәt Peyğәmbәr (s) bir gün evdәn xaric olduqda, (ağır) daşı yerindәn qaldıranları görüb buyurdu: Sizin daha güclü pәhlivanınız әsәblәşәn halda özünü (tәmkinli) saxlayandır.
7 - Daha üstün imanlınız, daha çox әxlaqlı olanınızdır.
8 - Gülәrüzlü olmaq kinlәri aradan aparar.
9 - Hәya iki cürdür: Ağıllı vә ağılsızlıq (hәyaları); Ağıllı hәya bilikdәn, ağılsızlıq hәyası isә nadanlıqdandır.
10 - Allaha vә cәza (Qiyamәt) gününә imanı olanlar öz vә`dinə әmәl etmәlidir.
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 63 Bölmə: Maraqlı melumatlar