Hz. Peyğəmbərimizin (səvs) son
günləri idi və bir gün Cəbrayıl (ə)
Hz. Peyğəmbərin hüzuruna enir.
Qısa söhbətdən sonra Hz.
Peyğəmbər (səvs) Cəbrayıldan (ə)
soruşur:
- Ey Cebrayıl mənim ölümümdən
sonra bir daha yer üzünə
enəcəksənmi?
Cəbrayıl (ə) cavab verir:
- Enəcəyəm ey ALLAHın Rəsulu.
Enəcəyəm ki, 10 ən qiymətli olanı
aparım.
Hz. Peyğəmbər (səvs)
təəcüblənərək soruşur:
- Ey Cəbrayıl məndən sonra yer
üzündə 10 ən qiymətli olan
nədir?
Cəbrayıl (ə) cavabında:
Ey ALLAHın Rəsulu birinci
enişimdə ən qiymətli olan "
bərəkət"i aparacağam. Daha
sonrakı enişlərimdə isə insanların
qəlbindəki dost sevgisini,
qohumlara qarşı olan məhəbbəti,
rəhbərlərin ədalətini, insanlar
arasındakı haqq-ədaləti,
insanların bir-birilərinə inamını,
qadınların abır və həyasını, sülhü.
Doqquzuncu enişimdə müqəddəs
kitab " Qurani Kərim "i və ən son,
onuncu enişimdə ALLAHa olan
inamı aparacağam.
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 42 Bölmə: Maraqlı melumatlar