Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Barbie və Rezzan,Fulla,Əmin

Son illərdə əsasən müsəlman uşaqlar üçün olan gəlinciklərdən çox bəhs edilir. Rəzzan adlı hicablı “barbi” gəlinciklərindən sonra indi də Qurandən surələr oxuyan “Əminə” adlı gəlinciklər buraxıldı. Oyuncaqların uşaqların həyatında böyük rolu var. Xüsusən qız uşaqlarının ən sevdiyi oyuncaq deyiləndə ilk olaraq gəlincikləri düşünürük. Bunların barbi adlandırılan kiçik ölçülərindən uşaq böyüklüyündə olan gəlinciklərə qədər bir çox növü var. Ağlayan, danışan və ya altını isladan gəlinciklərə demək olar ki, hər oyuncaq mağazasında rast gəlmək mümkündür. Lakin son illərdə əsasən müsəlman uşaqlar üçün olan kuklalar da dəbdədir.

“Rəzzan” adlı hicablı barbi gəlinciklər bir çox müsəlman ölkələrində böyük maraqla qarşılanmışdı. Müsəlman uşaqlar üçün istehsal edilən kuklalara biri də əlavə edildi. Bu kuklalar ərəb dilində kəlmeyi-şəhadət gətirir, Qurandan qısa surələr və ayələr oxuyur, hətta ayələrin tərcümələrini də verirlər.

“Əminə” adlı gəlincik açıq qəhvəyi gözlü, çəhrayı yanaqlı və gülərüzlüdür. Onun gül naxışları ilə bəzədilən çəhrayı baş örtüyü qara saçlarını örtür. Uzunluğu təxminən 25 sm olan gəlinciyin əlinin iç hissəsini və ya ayaqlarını basdıqda danışmağa başlayır. Əminə gəlincik, ilahilər deyir, Qurandan ayələr oxuyur. Uşaqlar həmin gəlinciklərlə yalnız oyun oynamır, həm də onların sayəsində namaz surələrini əzbərləyirlər. Əminə gəlincik surələrin tərcümələrini izah edir. Lakin bu məallar hələlik ingilis dilindədir. Bunun səbəbi bu gəlinciklərin ilk dəfə İngiltərə bazarı üçün nəzərdə tutulmasıdır. Amma insanların böyük marağına səbəb olduğuna görə gəlinciklər qısa müddət ərzində Almaniya bazarlarına da daxil oldu.

Həsən Muslan Almaniyanın Qərbində yerləşən Krefeld şəhərindəki mağazasında həmin gəlinciklərdən satır və insanlar bunu çox aldıqlarına görə tez-tez yeni sifarişlər verir. Həsən Muslan insanların bu marağından çox razı olduğunu belə ifadə edir: “Uşaqlar bu gəlinciklərlə oynamaqla İslam dininə bir az da yaxınlaşır. Mənim uşaqlığımda belə oyuncaqlar yox idi. Quranı əzbərləməliydim, lakin tərcüməsi mənə çox izah edilmədi. Heç kim də məni belə oyunlarla dinə yaxınlaşdırmağa çalışmadı. Məncə belə oyuncaqlar uşaqlarımıza çox şeylər öyrədəcək, onların İslama olan maraqlarını artıracaq. Mən onların hər birinin gözəl müsəlman olacaqlarına ümid edirəm.”

Ailələrin bu gəlinciklərə münasibəti: Öz uşaqlarını Həsən Muslanın mağazasından bir qədər kənarda yerləşən bağçaya göndərən müsəlman ailələrin bəziləri də bu fikirdədirlər. Bir valideyn belə deyir: “Məncə bu gəlinciklərin haradan gəldiyini bilsək, problem yaranmaz. Əgər həmin oyuncaqlar surələri öyrənməkdə uşaqlara kömək edəcəksə, o zaman bu müsbət qarşılanmalıdır.”

Başqa bir valideyn isə bu gəlinciklərin kiçik yaşlı uşaqlara mənfi təsir etməyəcəyini bildirir. Məncə bu uşaqlar üçün maraqlı olduğuna görə onlar demək olar ki, hər şeyin səbəbini öyrənmək istəyirlər. Təxminən 5 yaşından başlayaraq analarından bu gəlinciyin başının nə üçün örtüldüyünü soruşacaqlar.”

Lakin həmin fikirlərlə razılaşmayan ailələr də var. Bunlar əsasən müsəlman olmayan ailələrdir. Bir ata Əminə adlı gəlinciklərlə bağlı münasibətini belə bildirir: “Şübhəsiz ki, belə oyuncaqlar uşaqları çətinliyə salır, onların fikirlərini qarışdırır. Buna görə də tövsiyə edirəm ki, həmin gəlincikləri alan ailələr çox diqqətli olsunlar.”

Digər valideyn belə deyir: “Kiçik yaşlı uşaqlar belə şeylərə qarşı çox həssas olurlar. Bu səbəbdən mən həmin gəlinciklərin satılmasına tənqidi yanaşıram.”

Bu gəlinciklərin uşaqları çətinliyə saldığı, yoxsa onların dini hisslərinə oyun vasitəsilə zənginlik qatması ilə bağlı ailələrin fikirləri çox fərqlidir. Lakin müsəlman alim Maykl Kifer bu gəlinciklərin uşaqları dindar etməyəcəyini bildirir və ailələrə belə bir məsləhət verir: “Məncə uşaqlar arasında ibtidai sinif müəllimləri tərəfindən dinlərarası dialoq keçirilə bilər. Bağça yaşlı uşaqlar üçün onlara öz dinlərini xatırladan layihələr həyata keçirmək olar. O zaman hər hansı problemin olacağını düşünmürəm.”


Tarix: 06.06.2013 / 20:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 222 Bölmə: Maraqlı melumatlar
loading...