1 - Әmәnәti saxlamaq ruzi, әmanәti xәyanәt isә yoxsulluq gәtirər.
2 - Övladın öz ata vә anasına mәhәbbәt dolu baxışı ibadәt sayılır.
3 - Facir (azğın) şәxs tә`riflәndikdә, ilahi әrş titrәyər vә Allah?taala qәzәbә gәlər.
4 - Nadanlıq üzündәn iş görәn şәxsin xarabkarlıqları, islahatından çox olar.
5 - İman iki hissәyә bölünür: Onun yarısı sәbr (dözüm), yarısı isә şükrdәn ibarәtdir.
6 - Hazır olan şәhvәti görmәdiyi vә`dә verilmiş (Behişt) üçün tәrk edәn şәxsә xoş (alqış) olsun.
7 - Ümmәtimdәn iki dәstә saleh olarsa, ümmәtim dә saleh olar, onlar yollarını azarsa, ümmәtim dә yolunu azar. Soruşdular: Ey Allahın elçisi! Onlar kimdir? Buyurdu: Fәqihlәr vә rәhbәrlәr.
8 - Dünya mö`minin zindanı, kağırin isә cәnnәtidir.
9 - Xalq üçün elә bir gün gәlәcәkdir ki, o günün xalqı canavar olacaq vә canavar olmayan canavarlar tәrәfindәn yeyilәcәkdir.
10 - Dünyanın sonunda әn az tapılan şey, e`tibarlı qardaş vә halal pul olacaqdır.
11 - Qur`anın haram etdiyini halal sayan şәxs, (Allaha va İslam dininə) iman gәtirmәmişdir.
12 - Peşimançılıq tövbә (etmәk) -sayılır.
13 - İman qəlbdә әqidә (bağlamaq), dildә danışıq vә bәdәnlә әmәl etmәkdәn ibarәtdir.
14 - Pisliyi tәrk etmәk sәdәqә vermәk (demәk) ? dir.
15 - Ümmәtim üçün üç şeydәn qorxuram; (Hәddindәn artıq) paxıllıq, nәfsani istәklәr vә azğın rәhbәrlər.
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 87 Bölmə: Maraqlı melumatlar