Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BƏRZAX ALƏMİ

Ölüm – insan həyatının sonu demək deyil. Ölüm – yeni bir başlanğıc, ümumi silsilənin davamıdır. Ölüm zahiri görünüşdə qəribə və qorxunc bir şey olduğu halda, öz daxilindəki olan mahiyyətinə görə isə çox maraqlı və ümid verici bir prosesdir. Bir kəsin ölümü, sanki bir nəfərin başqa ölkəyə köçməsidir. Ətraf mühit və şərait dəyişsə də, həyat yenədə davam edir, sadəcə başqa ölçülərdə.

Ölmək, sanki yuxuya getməkdir, lakin ölüm halı həqiqətdir, yuxu deyil, sadəcə varlığın digər bir mərhələdəki davamıdır – bərzah həyatıdır. Bu hər kəsi gözləyir! Lakin, ölümün özündən qorxmaq deyil, ondan sonra baş verəcək proseslərdən qorxmaq lazımdır. Bunun üçün ölümə düzgün hazırlıq etmək lazımdır. Lakin bu hazırlıq əvvəlcədən qəbir qazımaq və ya kəfəni həmişə özü ilə daşımaq deyil. Əsl və düızgün hazırlıq – məhz öldükdən sonra vəfat edənin başına gələ biləcək hadisələrə qarhı hazırlaşmaq, özünü müəyyən dərəcədə onlardan qorumaq və qabaqcadan əmin-amanlıq qazanmaqdır. Bütün bunun üçün isə, Bərzah Aləmi barəsində məlumat toplamaq lazımdır.

Həyat yolu bizi hara aparır?

İnsan daimə düşünməlidir ki, haradan gəlib haraya gedəcək, necə gəlib necə gedəcək? Yaradılış ilə son nəticə arasındaki mövcud olan məsafə hansı mərhələlərdən keçir? İnsanın ölümündən sonra hansı proseslər baş verir? Məgər həyat o qədər mənasızdır ki, ölümdən sonra heç bir nəticə yoxdur? Axı belə olsa idi, onda həyatın heç bir məqsədi olmazdı, yaxşılığın əhəmiyyəti, pisliyin isə ziyanı olmazdı. Lakin insan əbəs yerə yaranmayıb və mütləq gəldiyi yerə qayıdacaqdır.
«Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman (zənn) edirsiniz?!» (Möminlər: 115)
Hər bir kəs, kimliyindən asılı olmayaraq Allahın haqq-hesab hüzuruna qayıdacaq, yanında da yalnız onun əməlləri olacaq.
Ənəs (r), Rəsulüllahın (s.ə.s.) belə buyurduğunu rəvayət etmişdir: «Üç şey ölünü təqib edir: ailəsi, malı, əməli. İkisi geri dönüb qayıdır, birisi isə onunla qalır. Ailəsi və malı geri dönür, etdiyi yaxşı və pis əməlləri onunla qalır»
(Buxari, Kitabur-Rikaq; Muslim, Kitabuz-Zühd vər-Rikaq, 2690; Tirmizi.)

ÖLÜM ANI!

Təbii ki, hər bir fərdin bərzah həyatı onun vəfatı ilə başlayır. Yəni, hər bir fərd vəfat etməklə, əvvəlcə ruhu, sonra isə cismi də qəbr aləminə – bərzah aləminə – köçür. Hər kəsin vəfatı bir anda baş verir. Bu an – ölüm anıdır. Lakin, zahirən çox qısa görsənən bu an, əslində daxilən bir çox hadisələrlə axan prosesdir. İrəlidə bu barədə daha ətraflı danışılacaq.
Ölüm anı müstəqil bir mərhələdir və onun özünə məxsus halları və cərəyan edən hadisələri mövcüddur. Bu anın başlanğıcı, sürməsi və tamamlanması var. Ölüm faktının əsas amili – bədəndən ruhun çıxmasıdır. Ölüm anı isə – ruhun bədəndən çıxma prosesidir. Vəfat edəcək kəs istər yaşlı olsun, istərsə də cavan, istər xəstə olsun, istərsə də sağlam, istər qəzaya uğrayan olsun, istərsə də əmin-əmanlıqda olsun – onun vəfatı yalnız ruhun bədəndən çıxması ilə baş verə bilər. Ruh – sağ olanın həyat amilidir, vəfat edənin isə ölüm amilidir. Beləliklə də ölüm – sadəcə xəstələnmək və ya yaralanmaq deyil. Burada əsas amil – ruhun bədəndən çıxıb-çıxmamasıdır, ruhun bədəndə qalıb-qalmamasıdır. Necəki, ana bətnində də, döl vəziyyətində olan uşağa ruhun verilib-verilməməsi ilə onun həyat əlamətlərinin müşahidə edilməsi, onun, artıq, diri olub-olmaması nişanələrinin meydana gəlməsidir. Beləliklə də, ruhun bədənə daxil olması dirilik, bədəndən çıxması isə ölülük amilidir. Bu bir həqiqətdir. Doğuş təyin olunan bir qədər olduğu kimi, olüm də təyin olunan bir əcəldir.
Ölüm, sanki dünya həyatı ilə bərzah həyatı arasında bir keçid mərhələsidir. Vəfat edən kəs ölüm anından bərzaha düşənə qədər qısa da olsa bir neçə mərhələdən keçir. Bu mərhələlər əcəl ilə başlayan və bərzah aləminə daxil olmaq ilə nəticələn ümumi bir prosesdir.
Bu proses barədə həm Allahın kəlamı olan Qurani Kərimdə, həm də Allah Elçisini Hz. Muhammədin (s.ə.s.) pak təlimində (sünnəsində) açıq şəkildə bildirilibdir.

«Nəhayət, birinizin əcəli gəlib çatdıqda onun ruhunu (canını) mələklər alar. Onlar (öz vəzifələrində) heç bir əyər-əksikliyə yol verməzlər (nə bir an tələsər, nə bir an geçikərləl)!» (Ən-am: 61).

«Can boğaza yetişdiyi (birinin ölümü gəlib çatdığı və artıq ruhunun boğazına çatdığı) zaman. Siz ona baxıb durursunuz (əlinəzdən heç bir şey gəlmir). Biz (isə) ona sizdən daha yaxınıq, amma siz (bunu) görmürsünüz!» (Əl-Vaqiə, 56: 83 - 87).

Ölüm anına və ruhun vəziyyətinə dair Peyğəmbərimizin s.ə.s. bir sıra gözəl hədisi var. Onlardan bir neçəsini burada zikr edək.

Əbu Said əl-Hudridən (r) edilən rəvayətdə Peyğəmbər (s.ə.s.) belə buyurub: «Ölən adam onu yuyanı, kəfənləyəni, daşıyanı və qəbirdə uzadanını görür.»(İmam Əhməd; Təbarani «Əvsat»-da; İbni Əbu Dünya; Mərvizi. İm. Suyuti, «Aləmul Bərzah»..)

Mücahiddən edilən bir rəvayətdə bildirilir ki: «İnsan öldükdə bir mələk onun ruhunu alır. Onu qəbrə qoyuncaya qədər o hər şeyi – yuyanı, daşıyanı və s. – görür.»(İbni Əbu Dünya. İm. Suyuti, «Aləmul Bərzah»..)

Abdurrahman bin Əbu Leyladan edilən digər bir hədistə bildirilir ki: «İnsan öldükdə onun ruhu mələyin əlində qalır. Qəbrə çatdıqda mələk ruhu ona qaytarır.»(İbni Əbu Şeybə. İm. Suyuti, «Aləmul Bərzah»..)

Əbu Hureyrədən (r) rəvayət edildiyinə görə, Peyğəmbər (s.ə.s.) belə buyurub: «Cənazəni tez aparın. Salehdirsə onu xeyrə aparırsınız. Saleh deyilsə o, boynunuzdan (daha tez) atılacaq bir şeydir.»(Buxari; Müslim. İm. Suyuti, «Aləmul Bərzah»..)

İbn Abbasdan edilən rəvayətə görə Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur: «Hər ölən öz qassalını (qüsl edəni) tanıyır (görü). Əgər ölən kəs cənnətlə müjdələnsə, daşıyanlara yalvarıb deyir ki, - məni tez aparın. Əgər cəhənnəmlə müjdələnsə, tələsməmələrini rica edir.»
(Əbul-Həsən bin Bərra, «Ridvan» kitabında, zəif bir isnadla. İm. Suyuti, «Aləmul Bərzah»..)

Bir rəvayətdə bildirilir ki: «Hər ölənin ruhu mələyin əlində qalır. (Bu ruh) Onu yuyanlarını, kəfənləyənləri və onların etdikləri digər işlərini görür. Əgər danışmaq iktidarında olsaydı, onların yüksək səslə ağlamalarını qoymazdı.»
(İbni Əbu Dünya, Bəkir bin Abdullah əl-Müznidən.)

Hüzeyfədən (r) belə rəvayət edilmişdir: «Ruh mələyin əlində qalır. Qassal (qüsl edən şəxs) cəsədi sağa sola çevirir. Qəbrə aparılınca, mələk onun ruhu ilə bərabər cəsədini daşıyanları təkib edir. (Cəsəd) Qəbrə qoyulduqda onun ruhunu cəsədinə qeri qaytarır.»(Beyhəkki. İm. Suyuti, «Aləmul Bərzah»..)

Huzeyfədən (r) edilən digər rəvayətdə belə bildirilir: «Ruh mələyin əlində qalır, cəsəd yuyulur. Mələk onunla bərabər qəbrə qədər gedir. Üstü torpaqla bağlandıqda ruhu cəsədə buraxır. Beləliklə də insan həmin vaxt qəbr sualına tutulur.»
( İm. Suyuti, «Aləmul Bərzah»..)


Tarix: 12.04.2013 / 20:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 524 Bölmə: Maraqlı melumatlar
loading...