Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR) MƏLİK – MƏLĪK - MƏƏLİK

əl-Məlik – əl-Məlīk - Hökmüdar, kral mənasında bir kəlimədir. Mə-Lə-Kə felindən gəlir. Məlik, sahib olmaqdır. Həm bir şeyə sahib olmağı, həm də qüvvətli olmağı əhatə edir. O, özündən başqa heç bir ilah olmayan Məlikdir (mütləq sahibdir)». (əl-Həşr 23). Məlik – kəliməsi də işlədilə bilər. Mütləq Məlik ancaq və ancaq Allahdır. Çünki Quranda mülkün yalnız Allaha aid olması dəfələrlə qeyd edilmişdir. «Göylərin və yerin, ikisi arasında olanların mülkü Allahındır». (əl-Maidə 18). «De ki: «Allahım! Mülkün sahibi. Mülkü dilədiyinə verir, dilədiyindən isə alırsan». (Ali İmran 26). «Haqq Məlik olan Allah ucadır». (əl-Muminun 116). «Haqq məclisində, qadir hökmüdar (MƏLĪK) Allahın hüzurunda olacaqlar». (əl-Qəmər 55). Allah həqiqi Rəbb, həqiqi Məlik və həqiqi İlahdır. O, Rəbb olması ilə bütün varlıqları yaratmış, Məlik olması ilə hamısına üstün gəlmiş, İlah olması ilə də onlara ibadət etmələrini əmr etmişdir. Bu üç sözün dərin mənalarını, ucalıq və ululuğunu yaxşıca düşün. Allah bu üç sözü ən gözəl bir ifadə və üslub ilə Nəs surəsində birlikdə zikr edərək: «İnsanların Rəbbi, İnsanların Məliki, İnsanların İlahı. Bu üç tamamlama imanın bütün təməllərini və Allahın gözəl İsim və Sifətlərinin mənalarını əhatə etməkdədir. Allah bizim tək Rəbbimiz, Məlikimiz, və İlahımız olduğuna görə sıxıntı və müsibət anlarında Ona sığınmaqdan başqa çarəmiz yoxdur. Bizim Ondan başqa bir sığınacağımız, barınacağımız məbudumuz yoxdur. Buna görə də sadəcə Ona dua edilməli, yalnız Ondan qorxulmalı və Ona ümüd bağlanmalıdır. Ondan başqa kimsə sevilməməli, boyun əyilməməli və itaət edilməməli-dir. Yalnız Ona güvənməliyik. Ondan başqa Rəbb yoxdur. O, bütün varlılıqların məlikidir. Sən də daxil bütün varlılıqlar Onun mülküdür. Rəbbin və Məlikin olan. Həm də sənin İlahındır. Bir an belə Ona ibadət etməkdən uzaq durma. Sənin Ona olan ehtiyacın həyata və ruha olan ehtiyacından daha çoxdur. Bütün bunları bilən Rəbbə, Məlikə və İlaha sahib olduğunu bilən Ondan başqa kimsədən yardım diləməz, başqasına sığınmaz, başqasına dua etməz, qurban kəsməz, nəzir deməz.
əl-Məəlik – “Haqq-Hesab (Qiyamət) gününün sahibinə!”. (əl-Fatihə 4).


Tarix: 05.05.2013 / 14:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 53 Bölmə: Maraqlı melumatlar
loading...