Altıncı misal
Allahın elçisi (sav) dünyanı dənizə salınan barmağa bənzətmişdir. Belə ki, barmaqla gələn dəniz suyu dünyaya, dənizin sonsuzluğu və böyüklüyü isə axirətə bənzədilir. Bu da ən gözəl misallardandır. Çünki dünya müddəti nə qədər çox olsa da, tükənən və fanidir.
Axirət isə əbədi və tükənməzdir. Məhdud bir şeyin qeyri-məhdud bir şeylə müqayisəsi mümkün deyil. Əgər göylərlə yerin xardal dənəsi ilə dolu olması fərz edilsə və hər min ildən bir bir quş gəlib həmin xardal dənələrindən birini götürsə, xardal dənələri tükənəcək, lakin axirət tükənməyəcək. Misalda dünyanın axirətlə müqayisəsi bir xardal dənəsinin digər xardal dənələri ilə müqayisəsi deməkdir. Bu baxımdan da əgər dəniz mürəkkəb olsa, ona daha yeddi dəniz qatılsa, yer üzərindəki ağacların hamısı qələm olub Allahın kəlamlarını yazsa, dənizlər və ağaclar tükənəcək, lakin Allah kəlamları tükənməyəcəkdir. Çünki Allah kəlamlarının nə əvvəli, nə də sonu vardır. Dənizlərin və qələmlərin isə sonu vardır.
İmam Əhməd və başqaları belə deyirlər: «Allah-taala istədiyi vaxt danışmaqdadır. Onun müqəddəs kamilliyi danışmaq keyfiyyətini də özündə ehtiva edir. Çünki danışan danışmayandan daha mükəm¬məldir. O da Allahdır ki, danışmaqdan nə yorular, nə də ki, bezər. O, məxluqatını kəlamları ilə yaradar, kəlamları ilə də idarə edər. Bu Onun mülkinin rübubiyyətinin, ilahlığının həqiqətidir. O, Tanrıdır, hər şeyin sahibidir və yeganə ibadətə layiq haqq məbud¬dur. Nəticə olaraq onu demək olar ki, dünya axirət nəfəslərindən bir nəfəs, axirət saatlarından bir saatdır».
Tarix: 15.04.2013 / 20:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 86 Bölmə: Maraqlı melumatlar