Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səni Ağladan Nədir?

Böyük övliyalardan biri həcc zamanı İblisi Ərafatda gördü - zəifləmiş, bənizi solmuşdu, gözü yaşlı və pərişan bir halda idi. Övliya İblisi tanıyıb dedi: -Nə üçün gözün yaşlıdır? kim ağlatdı səni? -Ticarət fikri olmadan, sırf Allah rizası üçün həccə gələnlərin arzularının Allah tərəfindən qəbul edilməsindən qorxuram. -Yaxşı, səni zəiflədən nədir? -Hacıları gətirən atların inləmədən, kişnəyərək gəlmələrindən kədərləndim. Mənim yolumla gedənləri belə aparsaydılar, sevincimin həddi-hüdudu olmazdı. -Çox yaxşı, bəs bənizini solduran nədir? -Müsəlmanların ibadətlərinə davam etmələri və bir-birlərinə əl tutmaları. Əgər Allaha qarşı üsyanda köməkləşsəydilər, sevincim çoxalardı. -Səni çökdürüb, belini bükən nədir? -Bəndələrin “ya Rəbbi, Səndən son nəfəsdə kamil imanla ölməmi istəyirəm” deyə yalvarmasıdır. Halbuki mən onların dünyadan imansız getmələri üçün çalışmaqdayam. Allaha belə yalvaranların mənim nə üçün çalışdığımı anlamalarından qorxuram.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 59 Bölmə: Maraqlı melumatlar
loading...