Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ay ilə Dünya arasındakı məsafə

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

Qəmər (AY) surəsində yenə bir möcüzə ilə qarşılaşırıq. Bu surədə Ay ilə Dünya arasındakı hərflərin uzunluq nisbəti Kosmos'dakı Ay-Dünya məsafəsinə işarə edir. Qəmər (AY) surəsinin içərisində yalnız bir yerdə Dünya (Ard) sözü keçməkdədir.

Surənin başlığı olan "Ay" sözü ilə "Dünya" sözü arasındakı hərflər cəmi 333 ədəddir və araya tam olaraq 111 ədəd Ay sözü sığışmaqdadır. Çünki Ərəbcədə Qəmər (Ay) sözü 3 hərfdən ibarətdir.

Eyni şəkildə planetimiz Dünya ilə Ay arasına da ortalama 111 ədəd Ay sığışmaqtadır yəni aradakı məsafə Ay diametrinin cəmi 111 qatıdır. Bir kosmos xəritəsini araşdırdığınız zaman da bunu görə bilərsiniz. Ya da ən təməl astronomiya kitablarında da bu məlumata rast gələ bilərsiniz. Bu hesablamada istifadə edilən uzaqlıq məsafəsi ortalama məsafədir çünki, Ayın eliptik bir orbiti vardır.

Lakin, Quranın nazil olduğu dövrdə nə aradakı yüz minlərlə kilometrlik məsafə, nə də Ayın diametri bilinmirdi. Bu baxımdan bu məlumat böyük əhəmiyyət daşımaqdadır. Ayrıca Quranda Ay adında yalnız bir surə vardır və bu surədə yalnız bir yerdə Dünya sözü keçməkdədir. O səbəblə bu əhəmiyyətli tapıntı riyazi baxımdan təsadüfü deyil.


Tarix: 08.06.2013 / 14:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 97 Bölmə: Maraqlı melumatlar
loading...