Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslam və əmanət

Əmanətə xəyanət etməmək, dinimizin diqqətlə üzərində dayandığı əxlaqi vəzifələrimizdən biridir. Qorunmaq və saxlanmaq məqsədi ilə insana verilən maddi və mənəvi hər cür əşya əmanət sayılır. Əmin olmaq eyni zamanda peyğəmbərlərin sifətlərindəndir

Quranı Kərimdə; "Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı, insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir" (Nisa 58) buyurulmuşdur. Bir əvvəlki mövzuda qeyd etdiyimiz hədis-i şərifdə əmanətə xəyanət edən kəslərin ikiüzlülüyü daşıdıqları vurğulanmışdır. Əmanəti inkar etmək, qorumamaq ya da sui-istifadə etmək həmişə xəyanət sayılmışdır.

Pul və mal cinsindən olan əmanətlər, maddi əmanət sinfinə girər. Bunların qorunması, istəndiyində əskiksiz olaraq sahiblərinə geri verilməsi lazımdır. Xüsusilə dövlət malının qorunmasında xüsusi bir diqqət göstərilməlidir. Çünki o mallarda yoxsul və yetimlərin hüquqları olduğu kimi, bizdən sonrakı nəsillərin də haqları vardır.

Allahın əmr və qadağanları ilə bizə izah edilən adam və ya dövlət sirləri həmişə mənəvi əmanətlərdəndir. Bütün vəzifələrimiz, ağlımız, sağlamlığımız, ailəmiz və onun hər cür təhlükəsizliyi də mənəvi əmanətlərdəndir.

İçində oxuduğumuz məktəb, Gəzdiyimiz yol, dinləndiyimiz park kimi cəmiyyətə aid mallar ictimai əmanətlərdəndir. Bunlara yaxşı baxmaq və vəzifələrimizi etmək, bu əmanətləri qorumaq deməkdir. Çünki Allah

"Ey möminlər, Allaha, peyğəmbərə xəyanət etməyin. Belə belə aranızdakı əmanətlərə də xəyanət etməyin "(Ənfal 27) buyurmuşdur.

Əmanətə xəyanət etməmək, fərd və cəmiyyət həyatı üçün son dərəcə əhəmiyyətli bir mövzudur. Əks halda xalq və dövlət fəlakətə süründürülər. Güvən qalmaz və cəmiyyət zərər görər


Tarix: 04.06.2013 / 20:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 70 Bölmə: Maraqlı melumatlar
loading...